Piyəruna sıxani



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə18/136
tarix02.01.2022
ölçüsü1,36 Mb.
#45278
1   ...   14   15   16   17   18   19   20   21   ...   136
Azsayli xalqlarin folkloru II kitab

Tərcüməsi: 
Biri  vardı,  biri  yoxdu.  Bir  şahla  vəzir  təğyiri-libas  olub 
yola  düşdülər.  Qış  idi.  Bunlar  gedib  şəhərin  kənarına  çıxdılar. 
Burada bir kənd vardı. Orda bir qapını döydülər. Qapını açdılar 
və  içəridən səs gəldi  ki, gəlin. Qonaqlar dedilər ki,  biz  Allahın 
qonağıyıq, dərvişik, onların atlarını bağladılar. Evə girəndə qo-
naqlar  gördülər  ki,  ev  sahibinin  on  uşağı  var.  Qonaqlar  soruş-
dular ki, arvad hardadır? Kişi cavab verir ki, o balaca otaqdadır, 
orada uşaq dünyaya gətirir. Ev sahibi deyir ki, yemək üçün bir 
parça  quru  çörəyi,  içməyə  də  ancaq  su  var.  Qonaqlar  çörəyi 
yeyəndən sonra yatırlar. 
Bir az sonra kişi o biri otaqdan bir oğlan uşağı gətirir və 
deyir  ki,  bir  oğlum  olub.  Vəzir  çoxbilmiş  idi,  uşağa  baxdı, 
güldü. Şah səbəbini soruşanda dedi ki, bu oğlanın kəbini sənin 
qızınla olacaq. Vəzir də həmişə nə desəydi, o da olurdu. Şah da 
deyir ki, mən də buna imkan verməyəcəyəm. Vəzir deyir, Allah 
yazan yazını heç kim poza bilməz. Ertəsi gün şahla gedərkən ev 
sahibinə deyir ki, mən bir tacirəm, pulum da çoxdur, sən gəl bu 
təzə  doğulmuş  körpəni  mənə  ver,  sənə  çoxlu  pul  verərəm.  Sən 
bu  on  uşağı  böyüt,  mən  də  aparım  bu  bir  uşağı  böyüdüm.  Kişi 
deyir  ki,  qoy  gedim,  arvadla  məsləhətləşim.  Arvada  bunu 
deyəndə razılaşır və deyir ki, bir az pulları olar, uşaqlarına pal-
paltar alarlar, evlərini təmir edərlər. Uşağı tərəzinin bir gözünə, 
qızılı da o biri gözünə qoyurlar, ağırlığı qədər qızıl alırlar. Şahla 


 
 
26 
vəzir uşağı götürüb yola çıxırlar. Gələndə bir dağın üstü ilə ke-
çirlər.  Şah  deyir  vəzirə  ki,  sən  deyirdin  bu  oğlanın  kəbini  mə-
nim qızımla kəsiləcək, mən bunu indi elə pozum ki... Uşaq bir 
kisədə idi, onu kisə qarışıq dağdan atanda kisə dağın döşündəki 
bir palıd ağacına ilişir, elə qalır ağacda.  
Sənə  kimdən  deyim,  bir  qoca  ovçudan  ki,  onun  da  uşağı 
yox idi. Uzaqdan görür ki, ağacda bir şey var, amma tərpənmir. 
Yaxına  gedir  görür  ki,  bir  kisədir  içində  də  bir  uşaq.  Başlayır 
Allaha  dua  etməyə  ki,  ömrünün  bu  axır  vaxtında  ona  bir  hə-
diyyə verib Allah. Uşağı götürüb gedir evə. Bunların da bir ke-
çiləri olur, bunun südündən uşağa  verirlər. Bütün camaat deyir 
ki,  ovçu  Mursəlin  altmış  yaşında  bir  oğlu  olub.  Bu  sirri  ancaq 
ovçu,  bir  də  arvadı  bilirdi.  Oğlanın  da  adını  qoyurlar  Yusif. 
Yusif böyüyür qəşəng bir oğlan olur. Bir gün şah həmin yerlər-
dən keçirmiş. Şah üçün ziyafət düzəldirlər. Kəndin böyüyü neçə 
baş  qoyun  kəsir.  Süfrəni  açırlar.  Amma  kəndxuda  deyir  ki,  bu 
xörəkləri şahın qabağına kim qoyar? Hamı deyər ki, Mursəl ki-
şinin oğlu Yusif. Yusif də məclislərə gedərdi. Yusifdən soruşur-
lar ki, o şahın qabağına yemək apara bilər? O da razılaşır. Yusif 
yemək və şərab qoyulmuş sinini şahın qabağına gətirəndə vəzir 
onu görür və yenə gülür. Şah səbəbini vəzirdən soruşanda deyir 
ki,  yadındadırmı  on  səkkiz  il  bundan  əvvəl  bir  uşağı  dağdan 
atdın, bu cavan həmin uşaqdır. Şah kəndxudanı çağırıb soruşur 
ki, bu uşaq kimindir, onu bura çağır. Mürsəl kişidən soruşur ki, 
onun neçə yaşı var. O da cavab verir ki, yetmiş səkkiz. Yenə so-
ruşur ki, bu oğlan onundur? Mürsəl deyir ki, camaatın  yanında 
deyə  bilmərəm.  Axır  Yusifin  sirrini  şaha  açır.  Mürsəl  deyir  ki, 
indi bu sirri sən, mən və bir də arvadım bilirik. Şah məəttəl qalır 
bu işə. Vəzir deyir ki, görürsən Allahın yazdığını heç kim poza 
bilməz.  Şah  Mürsəl  kişiyə  deyir  ki,  bu  oğlunu  3  günlüyə  ver 
mənə. Götürür bir məktub yazır verir Yusifə, məktubda da yazır 
ki, bu məktubu gətirən adamın başını vurun. Deyir Yusifə ki, bu 
məktubu  aparıb  verirsən  şəhərdə  vəzirimə.  Yusif  gəlir  saraya. 
Yusif  bura  gələndə  yorğun  olduğundan  oturur  bir  yerdə  yuxu 


 
 
27 
tutur.  Məktub  da  qalır  əlində.  Şahın  qızı  da  həyətdə  gəzirmiş  . 
Görür ki, qəşəng bir oğlan həyətdə yatıb əlində də məktub. Aşiq 
olur  oğlana.  Məktubu  açıb  oxuyur,  götürür  atasının  xətti  ilə 
yazır ki, bu məktubu gətirən adamın üç gün müddətində qızımla 
toyunu  elə.  Vəzir  məktubu  alır,  orda  yazılanları  oxuyur  və  şah 
necə deyirsə elə də edir. Şahın da səfəri uzun çəkir və bir  ildən 
sonra qayıdır. Qayıdarkən görür ki, qızı qucağında uşaq yanında 
əri onu qarşılayır. Şah soruşur ki, bunlar kimdir. Cavab verir ki, 
bu kürəkənin, bu da nəvən. Şah nəvəni qucağına alaır və vəzirə 
deyir  ki,  get  o  məktubu  gətir  görüm  ordan  nə  oxumusan?  Şah 
görür ki, öz xətti ilə yazılıb ki, qızımı bu məktubu gətirən adam-
la  3  gün  müddətində  toyunu  elə.  Daha  şahın  deməyə  sözü  ol-
mur. Vəzir qayıdır ki, şah sağ olsun, mən demədimmi ki,  Alla-
hın yazdığını heç kəs poza bilməz (S: 29; T: 2). 

Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin