Piyəruna sıxani



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə16/136
tarix02.01.2022
ölçüsü1,36 Mb.
#45278
1   ...   12   13   14   15   16   17   18   19   ...   136
Azsayli xalqlarin folkloru II kitab

 
*  *  * 
Qasım adında bir xan Lahıcı ələ keçirərək onlara illik xərac 
təyin edir. Bir ailə bunu edə bilmir. Həmin ailənin Hüseyn və Zül-
füqar  adlı  iki  oğulları  varmış.  Ailə  qardaşlardan  böyüyünü  satıb 
borcu  vermək  istəyir. O  yalvarır ki, onu  satmasınlar.  O daha  ba-
carıqlıdır. Kiçik qardaş da özünün satılmasına razı olmur. Axırda 
Lahıc camaatı pul yığıb qardaşları bu vəziyyətdən xilas edir. 
Digər  bir  rəvayətdə  deyilir  ki,  Qasım  xanın  əsgərləri  la-
hıcların  evlərində  yaşayır  və  hər  evdən  tələb  edirdilər  ki,  hər 
gün onlara plov  bişirilsin. Bir  müddət sonra  əhalidə  olan düyü 
qurtarır. Amma  bu rəhmsiz dağlılar dediklərindən əl çəkmirlər. 
Kəndin sakinləri onların əmrlərinə əməl etmirlər və “Düyü yox-
dur”, – deyə etiraz edirlər. Əsgərlər belə bir hiylə işlədirlər. On-
lardan  biri  yalandan  özünü  elə  göstərir  ki,  dişi  ağrıyır.  Biri  də 
diş  həkimi  kimi  gəlib  deyir  ki,  ağrıyan  dişinə  düyü  qoymasan 
dişin elə ağrıyacaq. Dişi ağrıyan da ev sahibindən xahiş edir ki, 


 
 
23 
heç  olmasa  bir  dənə  də  olsa,  düyü  dənəsi  tapsın.  Ev  sahibi  də 
məcbur olur və  ona  bir düyü dənəsi  verir. Bunu  görən  əsgərlər 
başlayırlar ev sahibini vəhşicəsinə döyməyə ki, bir düyü dənəsi 
tapan,  deməli,  daha  çox  tapa  bilər.  Amma  Qasım  xanın  zülmü 
çox  çəkmir,  yaxınlaşmaqda  olan  Mustafa  xanın  qorxusundan 
onlar qaçıb Qubaya gedirlər (S:29; T: 2).  
 

Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin