Piyəruna sıxani



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə20/136
tarix02.01.2022
ölçüsü1,36 Mb.
#45278
1   ...   16   17   18   19   20   21   22   23   ...   136
Azsayli xalqlarin folkloru II kitab

ġƏBƏDƏLƏR 
 
Deyir,  özünnən  böyüyün  gözəttə  yolun,  salam  vər,  soruş 
halın, amanət istəsə  ver dünya  malın,  qonşusuna var  istəmiyən 
özü varrı olmaz. Deyir,  əriştə  aşı turşulu, kələmli, isti-isti  içər, 
ağzı  yanar  kasıbın.  Bazara  gedər  söydəsin  bilməz,  aldadallar, 
beli sınar kasıbın. 
Deyir, aş bişirər dadı yox, ləzzəti yox, beş kişinin arasında 
adı  yox,  cibində  beş  şayı  qara  pılı  yox,  nöytə  versin,  ləmpiyə 
töhsün. Əvvəl axşamnan sönər lampası kasıbın, ölənətən diyər, 
Xuda Kərimdi. 
Ustad şəbədəni bir demiyib, iki deyib. Der, qaşdarı qələm 
kimi, kağıza yazmağ olar. Gözzəri əlvan bılaği, suunnan içməy 
olar. Bırnı Şəki fındığı, sındırıb yeməy olar. Dodağı qayim-qay-
mağ  siyirib  yeməy  olar.  Dişdəri  sədəf  kimi,  könnəyə  qoymağ 
olar. İzzəti ki, hörməti, eldə işi, varı gərək. Çayı süzüb qonağla-
ra vermək üçün məcməyisi, kişinin malı gərək. 
Ustad şəbədəni iki demiyib, üş deyib. Der, hayladım, huy-
ladım  çıxdı  qəmişdən,  elə  bildim  karvan  gəldi  yemişdən.  Der, 
su  gəldi  yetişdi  atam  nəzərə.  Yığdı  kül-külfətin  töhdü  məzara. 
Hər il  yemiş gətirirdi  bazara. Bu il  baş tutmadı, xiyar da gətirə 
bilmədi.  Arpadan,  buğdadan  əlim  üzüldü,  umudum  sənə  qaldı, 
ey dadi-bidad, dari tayası. Ustad şəbədəni üş tamam elədi. 
Öküz diyər, dağdan əndirün məni, ustad gətirib boyundu-
ruğ ipi boynuma. Ağır-ağır zəmilərim var mənim. Həranki kota-
na  yetməsəm,  cəllad  çağırıb  vurdurun  boynumu.  Qoyun  diyər, 


 
 
29 
yaz olanda güllər başı qoymaram, qış olanda çör-çöp başı  qoy-
maram.  O  öydə  ki,  mən  olsam  yoxsullux  qoymaram.  Güllü-
güllü  balalarım  var  mənim,  əlvanlı-güllü  xaliçələrim  var  mə-
nim. Keçi deyər,  mənim  adım Əbdül  Kərimdi, dərim qavallara 
çəkiləndi. Qannı-qannı qayalarım var mənim, şeytan-şeytan ba-
lalarım  var  mənim.  Üç  ay  qış,  deer,  bu  quri  dağlar  mənim  ye-
rim, Xuda Kərimdi (S: 25; T: 1).  

Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin