Piyəruna sıxani


Qulu və Ģələli köpək əhvalatı



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə44/136
tarix02.01.2022
ölçüsü1,36 Mb.
#45278
1   ...   40   41   42   43   44   45   46   47   ...   136
Azsayli xalqlarin folkloru II kitab

 
Qulu və Ģələli köpək əhvalatı 
Qonşu kənddən evə qayıdarkən Qulu Şeyda yol kənarında 
kəndin yaxınlığında yenicə köç düşmüş qoyun fermasının köpək-
ləri ilə qəflətən üz-üzə gəlir. Köpəklər Qulunun üstünə cumurlar. 
Qulu  əlindəki  agacla  özünü  köpəklərdən  müdafiə  edir.  Çoban 
alaçığının lap yaxınlığında ardıc koluna bağlanmış bəd bir köpək 
isə hürə-hürə var-qüvvəsilə dartınırdı. Az sonra kolu kötüyündən 
qoparıb  zəncir  qarışıq  Qulunun  üstünə  hücum  edir.  Bayaqdan 
özünü  köpəklərdən  məharətlə  müdafiə  edən  Qulu  ardıc  коlunu 
çəkib gətirən köpəyi görəndə bərk qorxur və yerə oturub ağlama-
ğa başlayır. Xoşbəxtlikdən fermanın çobanı Əvəzxan özünü yeti-
rib köpəkləri qovur. Çoban Qulunun ağladığını görüb deyir: 
-  Ay  Qulu,  əvvəllər  itlərdən  qəti  qorxmadığını  söyləyər-
din, indi isə ağlayırsan ! 
-  Mən it demişdim, deməmişdim ki, bir şələ kolu da beli-
nə  götürüb  üstümə  hücum  çəksin,  –  deyə  Qulu  gözünün  yaşını 
silə-silə çobana cavab verir. 

Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin