Piyəruna sıxani



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə52/136
tarix02.01.2022
ölçüsü1,36 Mb.
#45278
1   ...   48   49   50   51   52   53   54   55   ...   136
Azsayli xalqlarin folkloru II kitab

 
Əzrayılın nənnisi 
1956-cı  ildə  Şamaxının  Dəmirçi  kəndindən  Lahıca  avto-
mobil  yolu çəkilir. Avtomobil  bu  yolla  ilk dəfə  Lahıca gələndə 
hamı şənnik edir. Avtomobildə gəzintiyə çıxmağı  Quluya təklif 
edirlər. “Mənim Əzrayılın nənnisində nə işim?” – deyir. 
 
Bu necə lampadır ? 
Altmışıncı illərdə Lahıca elektrik işığı çəkirlər. Növbə Qu-
lugilə çatır. Lakin Qulu etiraz edir. Nə qədər dilə tuturlarsa, Qulu 
“Vallah,  mən  Mingəçevirə  gedə  bilmərəm”,  deyir.  Elektriklər 
başa salırlar ki, işığı yandirmaq üçün Mingəçevirə getmək lazım 
deyil. Lakin Qulu inadından dönmür. Deyir: 
- Bir lampanın ki, özü burda, xodu Mingəçevirdə ola, ona 
etibar yoxdur. 
Yunu qazanc 
Qulu  ximranlı  Şirinbəyimdən  motal  şoru  alır.  Dəri  yaxşı 
aşılanmadığı  üçün  şor  tüklü  olur.  Bir  neçə  gün  sonra  Şirinbə-
yimlə rastlaşan Qulu başlayır dil-ağız etməyə: 
–  Allah  ömrünü  uzun  eləsin,  Şirinbəyim  bacı,  Bundan 
sonra  motal  şorunu  anacaq  səndən  alacağam,  çünki  səndən 
aldığım şoru uşaqlar yedi, yunundan da yorğan sırıdıq. 

Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin