Piyəruna sıxani


Partiya  komitəsinin  katibi  Lahıca  galir  və  klubda  camaat



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə51/136
tarix02.01.2022
ölçüsü1,36 Mb.
#45278
1   ...   47   48   49   50   51   52   53   54   ...   136
Azsayli xalqlarin folkloru II kitab


Partiya  komitəsinin  katibi  Lahıca  galir  və  klubda  camaat 
qarşısında  çıxış  edir.  Uzun-uzadı  nitqdən  sonra  hədə-qorxu  ilə 
deyir  ki,  kimin  normadan  artıq  heyvanı  varsa  hamısını  dövlətə 
təhvil verməlidir. 
Danışan  çox  olur,  hamı  birinci  katibin  bu  fikrini  alqışla-
yır. Qulu dözməyib söz istəyir. Üzünü katibə tutub deyir: 
- Yoldaş katib, mənim vur-tut bir uzunqulağım var. Bəxti-
mizdən  о  onar  yaxınlarda  bala  doğub.  Qoduq  karınıza  gələrsə, 
sözüm yox, günü bu gün təhvil verim. 
 
Günah toyuqdadır 
Qəsəbə  sovetinin  sədri  bir  gün  Qulu  Şeydanı  yanına  ça-
ğırtdırıb narazı-narazı deyir: 
- Belə olmaz axı, ay Qulu. Dövlətə altmış yumurta borclu-
san. Niyə vermirsən? 
Qulu deyir: 
- Hörmətli sədr, cəmi bir toyuğum var, о da özünü öldürsə 
gündə  bir  dənədən  artıq  yumurtlaya  bilməz.  İndi  sözün  nədir, 
toyuğun işini mən görməliyəm ? 
Bəxtimiz gətirib.  
Rayon  partiya  komitəsinin  birinci  katibinin  qəbuluna  gə-
lən Qulu kənədə su çəkmək üçün n pul ayrılmasını xahiş edir. 
“Nə  pul,  –  deyə  katib  hirslənir.  –  Sizin  olan-qalan  suyu-
nuzu da kəsmək lazımdır”. 
Qulu başlayır şükür etməyə. Katib bunun səbəbini soruşur: 
Qulu cavabında deyir: 


 
 
50 
- Bəxtimiz gətirib ki, birinci katibsən. Gücün de yalnız su-
ya  çatır.  Allah  eləməmiş,  bir  az  böyüsəydin  çorəyimizi  də  kə-
sərdin 

Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin