Piyəruna sıxani



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə53/136
tarix02.01.2022
ölçüsü1,36 Mb.
#45278
1   ...   49   50   51   52   53   54   55   56   ...   136
Azsayli xalqlarin folkloru II kitab

 
Allah vergisi 
Qonşusu  Məcid  iri  bir  qazı  soyutma  bişirir,  amma  ailə 
üzvləri  arasında  bölüşdürməkdə  çətinlik  çəkir.  Qulunu  çağırır. 
Qulu agzı sulana-sulana başlayır qazı bölməyə. Başını boynu ilə 
bir yerdə qoparıb Məcidə uzadır. Ayaqlarının hərəsini bir oğlu-
na verir. Qanadları qizlarındir,  – deyir. Bölə-bölə yumşaq tikə-
lərdən də əz ağzına atır. Axırda qalir qazın quru qafası, onu da 
Məcidin arvadına verir. Bu bölgüdən ev sahibinin narazı qaldı-
ğını görüb deyir: 


 
 
51 
Mısmırığını niyə sallamısan? Bundan ədalətli bölgü olar?! 
De görüm,  bu evin  başçısı kimdir? Sən! Demək qazin  başı sə-
nindir. Ayaqlarını oğlanlarına verdim ki, arxayın ol, sən gözünü 
yuman kimi onlar da qıçlarını qatlayıb oturacaqlar evdə. Evinə 
yiyəlik edəcəklər. Paylarına qanad düşən qizların  qu quşu kimi 
uçub gedəcəklər ər evinə Qafasi da arvadına ona görə məsləhət 
gördüm  ki,  arvad  quru  qəfəs  kimi  şeydir.  İstədiyin  vaxt  qol-
qabırğasını sındırıb dədəsigilə yola sal. 
Məcidin qaşqabağı açılır : 
- Afərin, Qulu. Vallah, mən mühasibliyimlə qazı bölə bil-
məzdim. Bu məharət səndə hardan? 
Qulu fəxrlə : 
- Allah vergisidir, – deyir. 

Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin