Piyəruna sıxani



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə49/136
tarix02.01.2022
ölçüsü1,36 Mb.
#45278
1   ...   45   46   47   48   49   50   51   52   ...   136
Azsayli xalqlarin folkloru II kitab

Sən əziyyət çəkmə 
Qulu Şeyda bir müddət süd satmaqla dolanır. Onu mömin 
və təmiz adam kimi tanıyan papaqçı Əbdül süd alanda Qulu so-
ruşur: 
- Əbdül kişi,sirr deyilsə, nə bişirəcəksən? 
- Urəyim yayma istəyir. 
- Lap yaxşı, amma bişirəndə su qatma, nə qədər lazımdır-
sa özüm əlavə etmişəm. 
 
Həngamə 
Qonşunun iti Qulugilin qatığını içir. Arvadı da iki ayağını 
bir başmaga dirəyir ki, gərək iti öldürəsən. Qulu görür ki, arvad 
yaman yerdə haqlayəb. Deyir: 
- Arvad,  bu  uzun  həngamədir.  Tutaq  ki,  gecənin  bir  alə-
mində qatığı içməyə gələn iti güllə ilə vurdum. İtin yiyəsi de tü-
fənglə yüyürdü üstümə ki, it oğlu, it, mənim itimi niyə öldürmü-
sən? Tənbəllik eləməyib qoşalelənin о biri güzünü də boşaltdım 
kişinin kəlləsinə, о da canını tapşırdı sənə! Səsə camaat gələcək. 
Mən qaçacağam meşəyə. Indi təsəvvür et ki, mən meşədə, bura-
da da camaat hayıfımı səndən alir. Vur ki, vurasan. Hə, bu boy-
da həngaməyə razısansa, iti bu saat о dünyaliq eləyim. 
Qulunun danışığından qorxuya düşən arvad: 
– Yox, ay kişi, allah eləməsin, sen nə danışırsan ?! 
Qulu dərindən nəfəs alıb razılıqla deyir: 
– Dedim axı, arvad, bu uzun həngamədir. 
Qulu Şeydanm tez-tez üzlü və hədsiz dərəcədə pinti qona-
ğı olurmuş?. 
Qonağın  da  bir  şakəri  vardı.  Hər  dəfə  yuxarı  kəndlərdən 
enib Lahıcda qalanda əvvəlcə Qulunun qapısını dğyüb əlindəki 
əsanı  Qulugildə  qoyar,  alverini  qurtarandan  onar  özünü  verər-
miş Qulugilə ki, bəs  əsanın dalınca  gəlmişəm. Dəvət gözləmə-
dən evə qalxanda Qulu da qalırmış içi qırıla-qırıla, 
Yağışlı günlərin birində Qulunun qapısı döyülür. Qulu çı-
xıb görür ki, zəhləsi getmiş kəsdirib qapını. Qonaq deyir: 


 
 
48 
- Qoy əsam qalsın sizdə, qayıdanda götürərəm. 
Qulu özünü saxlaya bilmir: 
- Bilirsən, qardaş, yagış yağır, kuçələr də sürüşkəndir, yı-
xılıb  eləyərsən,  əsan  qalar  yiyəsiz.  Allah  xatirinə,  agacını  da 
özünlə götür. 
Qonaq о gedən, bu gedən, bir də Qulunun həyətinə yaxın 
duşmür... 

Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin