Piyəruna sıxani



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə57/136
tarix02.01.2022
ölçüsü1,36 Mb.
#45278
1   ...   53   54   55   56   57   58   59   60   ...   136
Azsayli xalqlarin folkloru II kitab

 
Pivənin faydası 
Gününü sərxoşluqda keçirən bir nəfər Qulu Şeydadan so-
ruşur: 
- Ay Qulu, pivənin faydası var? 
Qulu: 
- Əlbəttə, Pul verib köpük alırsan, pivəsi da qalir sənə qa-
zanc. 
 
Minə dözən min birə də dözər 
1941-ci ildə Qulu atası Şeyda ilə Bakıdan qayıdarkən Şa-
maxıdan Lahıcadək piyada getməli olurlar. Yolda atası möhkəm 


 
 
53 
xəstələnir. Məlhəm kəndindəki Nənə bulağına çatanda vəziyyəti 
tamam pisləşir. Ölüm ayağında Şeyda kişi oğlundan üzünü qib-
ləyə çevirib yasin oxumasını xahiş edir. 
Qulu yasin oxuyur və  çox keçmir ki, atası dünyasını dəyi-
şir.  Camaat  yığışıb  Şeydanı  el  adəti  ilə  Məlhəm  kəndində  dəfn 
edir. Amma kənd sovetinin sədri yapışır Qulunun yaxasından ki, 
bəs atan Şeyda öz  əcəli  ilə  ölənə oxşamırdı. Qulu nə qədər and-
aman  edirsə,  sədri  inandıra  bilmir.  Əzazillikdə  ad  çıxaran  sədr 
Qulunu çox incidir. Camaatın Quluya yazığı gəlir, bir təhər sədri 
dilə  tuturlar ki, Qulunu buraxsın.  Gözü sədrdən qorxan Qulu bir 
daha yolunu həmin kənddən salmır. Və təbii ki, atasının da mə-
zarını ziyarət edə bilmir. Qulu onu məzəmmət edənlərə isə deyir: 
- Yox, nə qədər ki, Teymurləng sağdir, mənim Məlhəmdə 
işim ola bilməz. 
Teymurləng deyəndə Qulu kənd sovetinin sədrini nəzərdə 
tuturmuş. Demə, sədr də axsayırmış. 
Bu minvalla neçə il keçir. Sədr öləndən sonra camaat Qu-
lunu məcbur edir ki, barı indi gedib atasının məzarını ziyarət et-
sin. Qulu deyir: 
- Minə  dözən,  min  birə  də  dözər.  Onsuz  da  bir  ayağım 
burda, bir ayagım gordadır. Allah qoysa,  о  dünyada atamla da, 
Teymurlənglə də görüşüb hər şeyi ayırd edərik. 

Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin