Piyəruna sıxani



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə50/136
tarix02.01.2022
ölçüsü1,36 Mb.
#45278
1   ...   46   47   48   49   50   51   52   53   ...   136
Azsayli xalqlarin folkloru II kitab

 
Fərqi bilmirsənsə… 
Qulu  satmaq  üçün  bazara  xoruz  aparırmış.  Yolda  kimya 
müəllimi  ilə  rastlaşır. Salam-kəlamdan sonra müəllim Quludan 
xoruzu  пеçəyə  satdığını  soruşur.  Qulu  qiymət  deyir.  Müəllim 
dodaq büzür: 
- Nə danışırsan, Qulu. Bu pula iki kilo camış əti alaram. 
- Heyf  cibindəki  diplomdan,  –  deyə  Qulu  təəssüflənir.  – 
Sən  ki,  xoruz  əti  ilə  camiş  əti  arasındakı  fərqi  bilmirsən,  onda 
mislə qızılı necə ayırd edirsən? 
 
Kim əkib, o da yığsın 
Rayon  partiya  komitəsi  birinci  katibinin  göstərişi  ilə  dağ 
kəndlərinin  sakinləri  Ağsu,  Kürdəmir,  Göyçay  və  Ucar  rayonla-
rında  pambiq  yığımına  səfərbər  edilir.  Ömründə  pambıq  yığma-
yan Qulunun da adı siyahıya düşür. Qulu “Məndən pambıq yığan 
olmaz” –  deyib  yaxasını kənara çəkir. Söz-söhbət böyüyür r, bi-
rinci katib Qulunu yanına çağırır, niyə boyun qaçırtdığını soruşur. 
Qulu deyir: 
- Xahiş  edirəm  ki,  bircə  sualıma  cavab  verəsən.  Pambığı 
əkəndə mənimlə məsləhətləşmişdiniz? 
Katib təkəbbürlə : 
- Sən kimsən ki, səninlə məsləhətləşəydik . 
Qulu: 
- Tanımırsan Şeyda oğlu Quluyam! Bir halda ki, mənimlə 
məsləhətləşməyi şəninə sığışdırmırsan, onda get özün yiğ. 
 


 
 
49 
Hamam oğrusu 
İsmayilli  rayon  partiya  komitəsinin  birinci  katibi  işdən 
çıxarılanda yaşadığı dövlət evinin hamamının kaşısını da sökdü-
rüb Dəvəçiyə apartdırır. Bunu eşidən Qulu deyir: 
- Vallah, bu vaxta kimi çox oğru görmüşəm, hamam oğru-
suna ilk dəfə rast gəlirəm. 
 
Bir qoduğum artıqdır 
Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin