Piyəruna sıxani


Yağı yağdır, köpüyü qazanc



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə41/136
tarix02.01.2022
ölçüsü1,36 Mb.
#45278
1   ...   37   38   39   40   41   42   43   44   ...   136
Azsayli xalqlarin folkloru II kitab

 
Yağı yağdır, köpüyü qazanc 
Qulu  Şeydadan  soruşurlar  ki,  nehrə  yağı  yaxşıdır  yoxsa 
mal-qaramn piyi-yağı?  
Qulu cavabında: 
– Ətsiz xörək bişirirsənsə, əlbəttə piy. Ondan heç olmazsa, 
ət iyi gəlir. 
Həmin Qulu, həmin Ģələ 
– Qulu uzun müddət xırda alverlə dolanır. Günlərlə əhali-
nin Əhən, Ximran, Qoydan, Həftəsiyab, Varna kəndlərini dola-
şıb  sac  halvasi,  qənd,  çay,  meyvə  satarmış.  Elə  buna  görə  də 
təkcə Lahıcda deyil, ətraf kəndlərdə də Qulunu yaxşı tanıyırlar-
mış. Köhnə dostlarından biri bir dəfə Qulu ilə rastlaşır. Güzəra-
nı ilə maraqlanır. Qulu deyir: 
–  Necə  olacağam?!  Qulu  da  həmin  Quludur,  şələ  də  hə-
min şələ. 
 
Əl çək 
Misgərlik artelinin sədri Qulu Şeydaya iş təklif edir. Qulu 
ertəsi gün tezdən artelə gəlir. Misgərlik sexində  nəhəng  bir kö-


 
 
43 
rüyü ona göstərən sədr deyir: 
– İşin körük basmaq olacaq. İşə səhər səkkizdə gəlib, beş-
də gedəcəksən. Ayda 30 manat əmək haqqı alacaqsan. 
Ömründə belə  ağır  iş görməyən  Qulu bir neçə gün birtə-
hər  dözür.  Sonra  başlayır  vaxt  öldürməyə.  Sədr  ona  irad  tutur. 
Qulu deyir: 
– Sənə ayda 30 manat verəcəyəm. Heç işləmə, gəl, dayan 
körüyün yanında. Görüm dayana bilirsən?! 
 

Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin