Piyəruna sıxani



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə67/136
tarix02.01.2022
ölçüsü1,36 Mb.
#45278
1   ...   63   64   65   66   67   68   69   70   ...   136
Azsayli xalqlarin folkloru II kitab

Birinci əhvalat 
1916-cı ildə Şuşa qalasına bir erməni pəhləvan gəlir ki, ya 
400  qızıl  onluq  verin,  ya  da  mənimlə  güləşməyə  bir  pəhləvan 
verməlisiniz.  Şuşa  bəylərindən  olan  Soltan  bəy  deyir  ki,  adam 
tapaq, tapmasaq pulu  verərik. Bu  xəbər  bütün  Qarabağa  yayılır. 
O vaxt Şuşada yaşayan Abdul adlı bir lahıc gəlib Soltan bəyə de-
yir, mən bir pəhləvan gətirərəm ki, bu gavurun qabağına çıxar və 
qalib  gələr. Onda Soltan  bəy  çarıqçı  Abdula  deyir ki, getsin  gə-
tirsin.  Abdul  gəlir  Lahıcın  yaxınlığındakı  Əhən  kəndinə,  pəhlə-
van  Qulunu,  zurnaçı  Heydəri  və  təbilçi  Paşanı  götürüb  Şuşaya 
aparır.  Gəlib  çıxırlar  Soltan  bəyin  yanına.  O,  pəhləvan  Qulunu 
görəndə deyir ki, bu çəlimsiz adam o erməni dığası ilə necə baca-
racaq? Bu bizi pərt edəcək. Abdul deyir ki, onun ayağında çarıq, 
üzü saqqallı və özü də yorğun olduğuna baxmayın, Allah qoysa, 
qalib gələcək, verəcək erməninin qoltuğuna xoruzunu. Onda de-


 
 
61 
yərsən  ki,  bu  bir  şiri-xudadır.  Soltan  bəy  razılaşır  və  tapşırır  ki, 
Qulunu  hamama  aparsınlar,  yaxşıca  geyindirsinlər  və  yedirtsin-
lər. Udsa da, uduzsa da ona yaxşı baxın. O, Abdula pul da verir. 
Nə  isə  Qulunu  yaxşıca  hamamladıb  geyindirəndən  sonra  şəhərə 
çıxarırlar,  gəlib  çıxırlar  bazara.  Zurnaçı  Heydər  çalır,  Qulu  da 
oynayır.  Erməni  pəhləvan  da  gəlib  bunlara  baxır.  Bunu  görən 
Heydər Quluya deyir ki, bu pəhləvan köpəyoğlu qəvi bir şeydir. 
Qulu da deyir ki inşallah sabah hər şey məlum olacaq. Bəli, səhər 
hamı Cıdır düzünə  – bir tərəfdə ermənilər, o biri tərəfdə müsəl-
manlar  yığışırlar.  Heydər  zurnanı  çalır,Paşa  təbili  döyəcləyir, 
meydanın  da  bir  başında  Qulu,  o  biri  başında  erməni  pəhləvan 
durub  bir-birinə  baxırlar.  Erməni  pəhləvan  gərdiş  edir,  atılıb 
düşür, pəhləvan Qulu isə alnının ətini gözlərinin üstünə tökür, əv-
vəlcə boynunu, sonra isə qollarını və sinəsini motal kimi şişirdir. 
Hamı mat-məəttəl qalır, elə bil meydanda bir kərgədan dayanıb-
mış.  Pəhləvanlar  yaxınlaşıb  əl-ələ  görüşürlər.  Bu  vax  Heydər 
zurna  dili  ilə  Quludan  soruşur  ki,  necədir,ay  Qulu?  Qulu  cavab 
verir ki, bu bir çürük qozdur. İkinci dəfə tutaşanda pəhləvan Qulu 
sağ  ayağını  yerə  dirəyib  sol  ayağı  ilə  meydanda  bir  şırım  açır. 
Erməni  pəhləvana  deyir  ki,  gəl  o  400  qızılı  verək,  güləşməyək, 
sən  çıx  get.  Eməniyə  elə  gəlir  ki,  Qulu  qorxur.  Odur  ki,  deyir, 
səni  çürümüş  qovuna  döndərəcəyəm.  Və  yenə  başlayırlar  güləş-
məyə. Pəhləvan Qulu bir əli ilə erməninin qarnından, o biri əli ilə 
isə  çənəsindən  yapışıb  elə  əlləri  üstə  aparıb  qoyur  onu  Soltan 
bəyin  qabağına  ki,  bunu  sənə  hədiyyə  gətirmişəm.  Onun  bu 
hərəkəti  hər  kəsin  xoşuna  gəlir  və  ona  xələt  verirlər.  Qarabağ 
bəyləri ona puldan əlavə 10 inək, 5 camış, iki at bağışlayırlar. Bir 
dəstə adam pəhləvan Qulunu düz Əhənə qədər ötürüb qayıdırlar. 
Bununla da Qulu kasıblıqdan çıxır və özünə yaxşı ev-eşik edir. 
 

Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin