Piyəruna sıxani



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə69/136
tarix02.01.2022
ölçüsü1,36 Mb.
#45278
1   ...   65   66   67   68   69   70   71   72   ...   136
Azsayli xalqlarin folkloru II kitab

Dördüncü əhvalat 
Müdrü  kəndində  Məhəmməd  adlı  bir  pəhləvan  olubmuş. 
Bu,  ucaboylu,  enlikürəkli  və  çox  güclü  bir  pəhləvan  imiş.  Hə-
mişə  bayramlarda  Lahıca  gələr,  daş  oynadar,  bir  –iki  adamla 
güləşər,  sonra  qayıdıb  gedərdi.  Yenə  bir  Novruz  bayramında 
kəndə gələn Məhəmməd deyir ki, indi o, kəndə qayıdacaq, Gir-
dimançayı  keçəndə  qabağına  kim  çıxsa,  onunla  güləşəcək, 
uduzsa,  atını  və  sür papağını ona verəcək. Yox,  əgər udsa, kim 
olsa, onu lüt eləyib  yola salacaq. Həmin gün  pəhləvan Qulu da 
Bağəli kəndinə ot gətirməyə gedibmiş. Məhəmmədi də Lahıcda 
bir  az  yubadırlar  ki,  çayın  qırağında  pəhləvan  Qulu  ilə  üz-üzə 
gəlsin,  onunla  güləşsin.  Pəhləvan  Qulunun  da  qoca  vaxtları 
imiş. Məhəmməd onu tanımırmış  və  ona deyir ki, mən and  iç-
mişəm  ki,  kim  çayı  keçəndə  qarşıma  çıxsa,  onunla  güləşəcəm, 


 
 
63 
uduzsam, atımı və sür papağımı ona verəcəm, yox, əgər udsam, 
kim olsa, onu lüt eləyib yola salacağam. Qulu deyir : 
–  Ay  oğul,  mən  qocalıb  əldən-ayaqdan  düşmüşəm,  get 
özünə tay tap, güləş. Belə hətərən-pətərən danışıb məni qorxut-
ma. Qocalığımdan istifadə edib məni rüsvay etmə. 
Məhəmməd razı olmur və sözündən dönməyəcəyini bildirir: 
– A kişi, mən sözümdən dönən deyiləm, qorxma, səni elə 
yıxacağam ki, heç tükün də inciməyəcək. Elə bu öküzlərini apa-
racağam. 
Pəhləvan Qulu əlini ona uzadır və deyir ki, ona ayağa qalx-
maqda  kömək  eləsin.  Məhəmməd  əlini  ona  verəndə  Qulu  onun 
əlini barmaqları sınana qədər elə sıxır ki, Məhəmməd qışqırır və 
ağrıdan qıc olub yerə sərilir. Pəhləvan Qulu onun papağını qoyur 
başına  və  atını  da  minib  gedir.  Haçandan-haçana  özünə  gələn 
Məhəmməd  yanında  olan  dostu  lahıc  Novruzdan  soruşur  ki,  bu 
qoca kimdir? Novruz cavab verir ki, əhənli Pəhləvan Qulu. Bunu 
eşidən Məhəmməd başlayır çay boyu pəhləvan Qulunun dalınca 
qaçmağa. Ona çatır və başlayır ondan üzrxahlıq etməyə: 
–  Mən  sənin  sağ  olduğunu  bilmirdim,  atım  da,  papağım 
da sənə halaldır, amma məni bu hərəkətimə görə bağışla.                    
Pəhləvan Qulu cavab verir ki, oğul, heç vaxt unutma ki, əl 
əldən üstün olar. Indi bu atın, bu da papağın, götür get! 
Məhəmməd  əvvəl  qəbul  etmək  istəmir,  amma  pəhləvan 
Qulu deyir ki, qəbul etməsə, onu bağışlamaz. Məhəmməd o gün-
dən söz verir ki, bir daha pəhləvanlıq etməyəcək (S: 8; T: 2). 
 
VÜCUDNAMƏ 
 
Beş yaşında qız gözəlləşir, gözəl bir qız olur. On yaşına ça-
tanda gözəlliyə çatır. On birdə türmə örtər başına. On ikidə siqəl 
verər  qaşina.  On  üçdə  şəmamələr  düzülər.  On  dörddə  qoyma 
qonşiyə,  o  da  söz  olar.  On  beşdə  elçilərə  satılar.  On  altıda  şirin 
toyı tutular. On yeddidə tapar əndamını. On səkkizdə açılar qızıl-
gül  kimi.  On  doqquzda  gələr  dəminə,  igirmidə  sərvnaz  olar. 
Otuzda  bir  oğul,  qız  yetirər.  Qırxda  ər  zülmü  götürər.  Əllidə 


 
 
64 
utanmaq  bilməz,  üz-üzə  oturar.  Atmışda  taqət  gəlməz  dizinə. 
Yetmişdə tor çəkilər gözünə. Həşdatda oğul-qız baxmaz sözünə. 
Doxsanda  bel  bükülər,  diş  tökülər,  zülf  ağarar.  Yüz  yaşında 
ağaclar başında yalquz qalar bı gözəl gəlin (S: 24; T: 1).  

Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin