Bəxtimiz gətirib Rayon partiya komitəsinin birinci katibinin qəbuluna gə-
lən Qulu kənədə su çəkmək üçün pul ayrılmasını xahiş edir.
“Nə pul, – deyə katib hirslənir. – Sizin olan-qalan suyunu-
zu da kəsmək lazımdır”.
Qulu başlayır şükür etməyə. Katib bunun səbəbini soruşur:
Qulu cavabında deyir:
- Bəxtimiz gətirib ki, birinci katibsən. Gücün de yalnız suya
çatır. Allah eləməmiş, bir az böyüsəydin çorəyimizi də kəsərdin
Erkəkdir, yoxsa diĢi? Qulu Şeyda eşşəyin belində yol gedir. Bir sürücü onu ələ
salmaq məqsədi ilə soruşur:
- Ay Qulu, ayıb olmasın, eşşəyin erkəkdir, yoxsa dişi?
Qulu sürücünün ona sataşmaq istədiyini başa duşüb deyir:
- Vallah, düz sözümdür, onu altı ildir saxlayıram Amma
erkək ya dişi olduğu ilə maraqlanmamışam.Sənə belə çох la-
zımdırsa, əziyyətini də özün çək. Hər halda tayını sən məndən
yaxşı tanıyırsan.