Qazancımdan keçirəm Cavanlığında Qulu Girdiman çayını keçmək istəyənlərə
kömək edir, aldığı qəpik-quruşla dolanır. Yerlilərindən biri bir
dəfə başlayır Qulunun qeybətini qılmağa. Deyir Quluçox xəsis
adamdır. Öldürsən də qəpiyindən keçən deyil. Bu sözlər Qulu-
nun qulağına çatır. İş elə gətirir ki, həmin adamı çaydan keçir-
məli olur. Qulu onu çayın gur yerinə qədər aparır və Girdimanin
tən ortasında dayanıb deyir ki, indi əlimi buraxacağam. Həm-
kəndlisi başlayır yalvarmağa. Qulu hirsli-hirsli deyir:
- Sənə nə olub? Abbasını mənə verməyəcəksən ?
Keçirəm ondan!