Əlo deyil Qulu evinə telefon çəkdirir. Az keçmir ki, telefon zəng
gəlir. Dəstəyi Qulu götürür. Zəng edən qızı “Alo”, Alo”, – deyə
qışqırır. Qulu cavabında:
– Əlo deyil, dədəndir, – deyir Qulu hirslə dəstəyi yerinə
qoyur. Sonra arvadına deyir:
- Sən bilirsən, qızım adımı niyə səhv salıb?
Hələlik pis deyillər Bir güin arvadı Quluya yalvar-yaxar edir ki, qızlarından
xəbər-ətər yoxdur. Onlara baş çəkib, hal-əhval tutsun.
Qulu əvvəlcə böyük qızıgilə gedir. Salam-kəlamdan sonra
güzəranı ilə maraqlanır .Qızı deyir:
- Ərim dulusçuluqla məşğul olmağa başlayıb. Xeyli pal-
çıq yoğurub. Qab-qacaq düzəldəcək, qoyacaq günə, quruyacaq,
satacaq, bir sözlə, pulumuz çox,keyfimiz kök olacaq.
Qulu oradan kiçik qızıgilə gəlir. Dolanışığı ilə maraqlanan-
da qızı deyir ki, tütün əkmişik. Yagış yagsa, işimiz əla gedəcək.
Qulu evə qayıdır . Arvadı qızlarını soruşur. Qulu deyir:
– Hələlik pis deyillər. Amma yagış yağsa, vay böyüyün,
yağmasa vay kiçiyin halına.