Qulu və Ģələli köpək əhvalatı Qonşu kənddən evə qayıdarkən Qulu Şeyda yol kənarında
kəndin yaxınlığında yenicə köç düşmüş qoyun fermasının köpək-
ləri ilə qəflətən üz-üzə gəlir. Köpəklər Qulunun üstünə cumurlar.
Qulu əlindəki agacla özünü köpəklərdən müdafiə edir. Çoban
alaçığının lap yaxınlığında ardıc koluna bağlanmış bəd bir köpək
isə hürə-hürə var-qüvvəsilə dartınırdı. Az sonra kolu kötüyündən
qoparıb zəncir qarışıq Qulunun üstünə hücum edir. Bayaqdan
özünü köpəklərdən məharətlə müdafiə edən Qulu ardıc коlunu
çəkib gətirən köpəyi görəndə bərk qorxur və yerə oturub ağlama-
ğa başlayır. Xoşbəxtlikdən fermanın çobanı Əvəzxan özünü yeti-
rib köpəkləri qovur. Çoban Qulunun ağladığını görüb deyir:
- Ay Qulu, əvvəllər itlərdən qəti qorxmadığını söyləyər-
din, indi isə ağlayırsan !
- Mən it demişdim, deməmişdim ki, bir şələ kolu da beli-
nə götürüb üstümə hücum çəksin, – deyə Qulu gözünün yaşını
silə-silə çobana cavab verir.