Arpanı al, oğluna göndər Bir nəfər Qulu Şeydaya müraciətedir edir ki, 5-6 kilo yaxşı
alma gətirsin, əsgərlikdə olan oğlu üçün bağlama gondərəcəyəm.
Qulu almanı gətirir.
– Almanın kilosunu neçəyə deyirsən?
– Üç manata
– Üç manata bahadır, 3 manata eşşək üçün bir pud arpa
almaq olar.
– Onda get, bir pud arpa al, bağlama elə, oğluna gondər.
Dədənin qəbrini ziyarətə getmiĢdim Qonşu kənddə biri ölüləri üçün yasin oxumaq məqsədi ilə
Qulunu evinə dəvət edir. Axşam Qulu rahatxanaya girmək üçün
həyətə düşür. Həyətdəki yekəpər bəd it dərhal onun qapısı ağzı-
nı kəsir. Qulu qorxusundan səsini çıxarmır. İsti peç qırağında
onar ev yiyəsinin başı qonşularla söhbətə qarışır və molla yad-
dan çıxır. Şaxtalı havada Qulu bir saatdan çox həyətdə qalır.
Haçandan-haçana ev yiyəsinin uşağı rahatxanaya gəlir və Qulu-
nu evə gətirir. Ev yiyəsi Qulunu görcək soruşur:
46
- Hardasan, ay kişi?
Soyuqdan dişləri bir-birinə dəyən Qulu titrəyə-titrəyə :
– Də...də...dədəvin qə...qə...qəbrini ziyarətə getmişdim.