Tərcüməsi: Bir gün Seyfulla Nəcim adlı missatan Şamaxının kəndlə-
rinə gedir, bir kənddə özünü seyid kimi qələmə verir. Yol uzaq
olduğuna görə Dəmirçi kəndində qalmalı olur. Qaldıqları evdə
onu seyid kimi qəbul edirlər. Bu evdəki gəlin də hamilə imiş.
Ondan xahiş edirlər ki, desin görək bu gəlinin oğlu yoxsa qızımı
olacaq? Seyfulla kişi deyir ki, qoy gəlin gəlsin bir otağın bu ba-
şına bir də o başına getsin. Seyfulla kişi vəziyyətdən çıxmaq
üçün deyir ki, gəlməyindən oğlana oxşayır, getməyindən qıza.
Seyfulla kişi səhərisi gün qayıdır Lahıca və bir də 5-6 ay sonra
həmin kəndə yolları düşür. Kəndə gələn klmi bir il əvvəl qonaq
qaldığı həmin evin sahibi gəlib onun ayağına düşür ki, seyid,
cəddinə qurban olaq. Sən gedəndən sonra gəlinimizin əkiz uşaq-
ları oldu – bir qız və bir oğlan. Gələn Seyfulla kişiyə pay, bəx-
şiş gətirir.Bu gün də həmin kənddə Seyfulla kişini xatırlayırlar.