61
yərsən ki, bu bir şiri-xudadır. Soltan bəy razılaşır və tapşırır ki,
Qulunu hamama aparsınlar, yaxşıca geyindirsinlər və yedirtsin-
lər. Udsa da, uduzsa da ona yaxşı baxın. O, Abdula pul da verir.
Nə isə Qulunu yaxşıca hamamladıb geyindirəndən sonra şəhərə
çıxarırlar, gəlib çıxırlar bazara. Zurnaçı Heydər çalır, Qulu da
oynayır. Erməni pəhləvan da gəlib bunlara baxır. Bunu görən
Heydər Quluya deyir ki, bu pəhləvan köpəyoğlu qəvi bir şeydir.
Qulu da deyir ki inşallah sabah hər şey məlum olacaq. Bəli, səhər
hamı Cıdır düzünə – bir tərəfdə ermənilər, o biri tərəfdə müsəl-
manlar yığışırlar. Heydər zurnanı çalır,Paşa təbili döyəcləyir,
meydanın da bir başında Qulu, o biri başında erməni pəhləvan
durub bir-birinə baxırlar. Erməni pəhləvan gərdiş edir, atılıb
düşür, pəhləvan Qulu isə alnının ətini gözlərinin üstünə tökür, əv-
vəlcə boynunu, sonra isə qollarını və sinəsini motal kimi şişirdir.
Hamı mat-məəttəl qalır, elə bil meydanda bir kərgədan dayanıb-
mış. Pəhləvanlar yaxınlaşıb əl-ələ görüşürlər. Bu vax Heydər
zurna dili ilə Quludan soruşur ki, necədir,ay Qulu? Qulu cavab
verir ki, bu bir çürük qozdur. İkinci dəfə tutaşanda pəhləvan Qulu
sağ ayağını yerə dirəyib sol ayağı ilə meydanda bir şırım açır.
Erməni pəhləvana deyir ki, gəl o 400 qızılı verək, güləşməyək,
sən çıx get. Eməniyə elə gəlir ki, Qulu qorxur. Odur ki, deyir,
səni çürümüş qovuna döndərəcəyəm. Və yenə başlayırlar güləş-
məyə. Pəhləvan Qulu bir əli ilə erməninin qarnından, o biri əli ilə
isə çənəsindən yapışıb elə əlləri üstə aparıb qoyur onu Soltan
bəyin qabağına ki, bunu sənə hədiyyə gətirmişəm. Onun bu
hərəkəti hər kəsin xoşuna gəlir və ona xələt verirlər. Qarabağ
bəyləri ona puldan əlavə 10 inək, 5 camış, iki at bağışlayırlar. Bir
dəstə adam pəhləvan Qulunu düz Əhənə qədər ötürüb qayıdırlar.
Bununla da Qulu kasıblıqdan çıxır və özünə yaxşı ev-eşik edir.
Dostları ilə paylaş: