Dördüncü əhvalat
Müdrü kəndində Məhəmməd adlı bir pəhləvan olubmuş.
Bu, ucaboylu, enlikürəkli və çox güclü bir pəhləvan imiş. Hə-
mişə bayramlarda Lahıca gələr, daş oynadar, bir –iki adamla
güləşər, sonra qayıdıb gedərdi. Yenə bir Novruz bayramında
kəndə gələn Məhəmməd deyir ki, indi o, kəndə qayıdacaq, Gir-
dimançayı keçəndə qabağına kim çıxsa, onunla güləşəcək,
uduzsa, atını və sür papağını ona verəcək. Yox, əgər udsa, kim
olsa, onu lüt eləyib yola salacaq. Həmin gün pəhləvan Qulu da
Bağəli kəndinə ot gətirməyə gedibmiş. Məhəmmədi də Lahıcda
bir az yubadırlar ki, çayın qırağında pəhləvan Qulu ilə üz-üzə
gəlsin, onunla güləşsin. Pəhləvan Qulunun da qoca vaxtları
imiş. Məhəmməd onu tanımırmış və ona deyir ki, mən and iç-
mişəm ki, kim çayı keçəndə qarşıma çıxsa, onunla güləşəcəm,
63
uduzsam, atımı və sür papağımı ona verəcəm, yox, əgər udsam,
kim olsa, onu lüt eləyib yola salacağam. Qulu deyir :
– Ay oğul, mən qocalıb əldən-ayaqdan düşmüşəm, get
özünə tay tap, güləş. Belə hətərən-pətərən danışıb məni qorxut-
ma. Qocalığımdan istifadə edib məni rüsvay etmə.
Məhəmməd razı olmur və sözündən dönməyəcəyini bildirir:
– A kişi, mən sözümdən dönən deyiləm, qorxma, səni elə
yıxacağam ki, heç tükün də inciməyəcək. Elə bu öküzlərini apa-
racağam.
Pəhləvan Qulu əlini ona uzadır və deyir ki, ona ayağa qalx-
maqda kömək eləsin. Məhəmməd əlini ona verəndə Qulu onun
əlini barmaqları sınana qədər elə sıxır ki, Məhəmməd qışqırır və
ağrıdan qıc olub yerə sərilir. Pəhləvan Qulu onun papağını qoyur
başına və atını da minib gedir. Haçandan-haçana özünə gələn
Məhəmməd yanında olan dostu lahıc Novruzdan soruşur ki, bu
qoca kimdir? Novruz cavab verir ki, əhənli Pəhləvan Qulu. Bunu
eşidən Məhəmməd başlayır çay boyu pəhləvan Qulunun dalınca
qaçmağa. Ona çatır və başlayır ondan üzrxahlıq etməyə:
– Mən sənin sağ olduğunu bilmirdim, atım da, papağım
da sənə halaldır, amma məni bu hərəkətimə görə bağışla.
Pəhləvan Qulu cavab verir ki, oğul, heç vaxt unutma ki, əl
əldən üstün olar. Indi bu atın, bu da papağın, götür get!
Məhəmməd əvvəl qəbul etmək istəmir, amma pəhləvan
Qulu deyir ki, qəbul etməsə, onu bağışlamaz. Məhəmməd o gün-
dən söz verir ki, bir daha pəhləvanlıq etməyəcək (S: 8; T: 2).
VÜCUDNAMƏ
Beş yaşında qız gözəlləşir, gözəl bir qız olur. On yaşına ça-
tanda gözəlliyə çatır. On birdə türmə örtər başına. On ikidə siqəl
verər qaşina. On üçdə şəmamələr düzülər. On dörddə qoyma
qonşiyə, o da söz olar. On beşdə elçilərə satılar. On altıda şirin
toyı tutular. On yeddidə tapar əndamını. On səkkizdə açılar qızıl-
gül kimi. On doqquzda gələr dəminə, igirmidə sərvnaz olar.
Otuzda bir oğul, qız yetirər. Qırxda ər zülmü götürər. Əllidə
64
utanmaq bilməz, üz-üzə oturar. Atmışda taqət gəlməz dizinə.
Yetmişdə tor çəkilər gözünə. Həşdatda oğul-qız baxmaz sözünə.
Doxsanda bel bükülər, diş tökülər, zülf ağarar. Yüz yaşında
ağaclar başında yalquz qalar bı gözəl gəlin (S: 24; T: 1).
Dostları ilə paylaş: |