Piyəruna sıxani



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə68/136
tarix02.01.2022
ölçüsü1,36 Mb.
#45278
1   ...   64   65   66   67   68   69   70   71   ...   136
Azsayli xalqlarin folkloru II kitab

Ġkinci əhvalat 
Pəhləvan Qulu bir dəfə də kəndçiləri ilə bir yerdə ayı ovu-
na  gedirlər,  birdən  qəfildən  ayı  adamlardan  birini  yaxalayır  və 
boğmağa başlayır. Bu məqamda Qulu qorxmadan ayıya  yaxın-
laşır,  gətirdiyi  kəndiri  başına  salıb  bağlayır  və  kəndə  gətirir. 


 
 
62 
Hətta deyilənə görə, ayını ayaq tərəfdən başlayaraq onu iki yerə 
şaqqalayır. Qulunun həmkəndlisi də xilas olur. 
 
Üçüncü əhvalat 
Bir pəhləvan Əhən kəndinə gəlir ki, pəhləvan Qulu ilə gü-
ləşsin və əgər udsa, 100 manat alacaq, uduzsa, 100 manat verə-
cək. Təsadüfən ona rast gələn pəhləvan Qulu tanışlıq vermədən 
onu  evinə  aparır.  Axşam  onlarda  qalan  pəhləvan  səhər  durub 
başmaqlarını  axtarır.  Evdəkilər  damın  altındakı  tirin  altına 
qoyulmuş  başmaqları  göstərirlər.  Qonaq  soruşur  ki,  bunu  kim 
qoyub bura?  Arvad deyir ki,  ərim. Onda pəhləvan deyir ki, get 
ərinə de ki,  gəlib  başmaqlarımı  versin. Bu vaxt pəhləvan Qulu 
girir  içəri. Pəhləvan təklif edir ki, bir güc versin, özü götürsün. 
O da cavab verir ki, bu, onun pəhləvan işi deyil. Pəhləvan Qulu 
əlini  atıb  onun  ayaqqabılarını  verir  və  deyir  ki,  mən  hələ  heç 
pəhləvan deyiləm, gör indi pəhləvan Quluda nə qədər güc olar?! 
Amma  sonra  Qulu  özünü  tanıdır,  gələn  pəhləvan  100  manatı 
ona uzadır və söz verir ki, bir daha onu narahat etməyəcək. Qu-
lu bu pulu qəbul etmir, onu qucaqlayıb yola salır. 
 

Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin