Piyəruna sıxani



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə94/136
tarix02.01.2022
ölçüsü1,36 Mb.
#45278
1   ...   90   91   92   93   94   95   96   97   ...   136
Azsayli xalqlarin folkloru II kitab

*  *  * 
 
Mənə xiniki  
Tanman tınıki 
Baxne Məliki 
Ye bor nimiki 
Mınəvvər  
Vərhəvər 
Dımtəvər (S: 14; T: 2). 
 
*  *  * 
Üşüdüm, ha üşüdüm, 
Dağdan alma daşıdım. 
Almacığı aldılar. 
Mənə zülüm verdilər. 
Mən zülümdən bezaram. 
Dərin quyu qazaram. 
Dərin quyu beş keçi, 
Hanı bunun erkəci? 
Erkəc qaya başında, 
Ha eylədim gəlmədi. 
Çiyid verdim yemədi. 
Çiyid qazanda qaynar. 
Qənbər bucaqda oynar. 
Qənbər getdi oduna. 


 
 
134 
Qarğı batdı buduna. 
Qarğı döyür, qamışdı, 
Beş barmağım gümüşdü. 
Gümüşü verdim tata, 
Tat mənə darı verdi. 
Darını səpdim quşa, 
Quş mənə qanad verdi. 
Qanadlandım uçmağa, 
Haqq qapısın açmağa. 
Haqq qapısı bağlıdı. 
Qapıçı qapı toxur. 
İçində bülbül oxur  
(S: 24; T:1). 
     
LAHICLARIN MƏRASĠM FOLKLORU
1
 
 
Mərasimlər mövsüm və  məişət olmaqla iki  növə bölünür. 
Bu baxımdan qış və yaz fəsli mərasimlərlə zəngin olur. Qonşu-
ların çillə ərəfəsində bir-birinin evlərinə yığışması, müxtəlif çə-
rəzlər və yeməklərin (hədik, qovurğa, qara halva, təndirdə bora-
nı külləməsi,  boranının dilimlənərək bişirilməsi, nəzirlik səmə-
ninin bişirilməsi, ət və buğdadan hazırlanan həlisə yeməyi və s.) 
hazırlanması,  maraqlı nağıl və məzəli əhvalatların söylənilməsi 
qış mərasimlərinin əsas əməllərindən idi.  
Xıdır Nəbi  bayramı geniş şəkildə  keçirilməsə  də, bu mə-
rasimlə əlaqədar yarı acımış və ya acımış xəmirdən adına “xıdı-
ri” deyilən xüsusi çörək növü bişirilirdi. 
Artıq yazın yaxınlaşması ilə əlaqədar çərşənbələr qeyd olu-
nardı. Əsasən gənc oğlan  və qızlar çərşənbə günü  axar su başına 
gedər, od qalayar, odun və suyun üstündən atlanaraq oxuyardılar: 
 Baxti-man, baxt Əli, 
 Çorşənbihon  pırənbəri  (tərcüməsi:  bəxtimə  bəxt  ver  Əli, 
çərşənbələrdə pırənbər yetir). 
Pırənbəri
2
 əsasən  çərşənbələr  günü  südlə  bişirilən  südaşı 
yeməyi idi, amma həmin gün başqa yeməklər də bişirilərdi. Bu-
laqdan, yaxud axar sudan evlərə gətirilən sudan həyətlərə səpər-
dilər. Hər çərşənbə insanları yaxşı günlərə bir addım yaxınlaşdı-
rır deyə, düşünürdülər.  
                                                
1
 Bu məlumat AMEA Folklor İnstitutunun doktorantı Əliyev Dadaş tərəfin-
dən təqdim olunmuşdur.  
2
 Ənbər dolu, digər mənası ənbər ətirli. 


 
 
135 
Novruz  lahıclılar  üçün  xüsusi  ovqat  yaradan  bir  bayram 
idi. Hətta tarixi əsası olmasa da, onlar bu bayramı imam Həzrəti 
Əlinin adı ilə bağlayaraq, bu bayramı bir qədər də əzizləyirdilər. 
“Cənabi Əlinin bayramı” adı verilmiş Novruz üçün məxsusi şir-
niyyatlar bişirilər, xonçalar tutular, altı növdə üst qarası olan (oş 
şeşdı rənga) plov bişirilərdi. Tonqalda Lahıc  meşələrində  bitən 
və  yananda  gözəl  ətir  saçan  ardıc  kolları  yandırılardı.  Yemək 
süfrəsi  bitdikdən  sonra  qapılardan  evlərə  qurşaqları  əvəz  edən 
dəsmallar atılardı. Kişdinşundan adlanan bu adət üzrə dəsmalla-
ra  bayramlıq  bağlanardı.  Bundan  başqa  bayram  günü  kənd 
uşaqları  evlərə  gedər,  bayramlıq  istəyərdilər.  Bu  zaman  hamı 
bayramlaşar, yaxın qohumlar isə hədiyyələrlə bir-birinin evləri-
nə gedərdilər. Təbrik zamanı müxtəlif ifadələr söylənərdi: “İdiş-
mun  müborək  (bayramınız  mübarək)”,”Nügə  solişmun  mübo-
rək,  (yeni  iliniz  mübarək  )”,  “Hazorto  əzin  id  vinin  (Min  belə 
bayramlar  görəsiz)”  və  s.  Bu  gediş-gəlişlər  və  bayramlaşmalar 
insanları bir-birinə yaxınlaşdırar və mehribanlıq yaradardı.  
Təbiətlə bağlı  mərasimlərdən  biri  də  uzunmüddətli  yağan 
yağışa görə keçirilən “Güdül” mərasimi idi . Bu zaman bir çöm-
çəni gəlincik kimi bəzəyər, ev-ev gəzdirər və yağışın tez kəsmə-
si istəyi ilə bu nəğməni oxuyardılar. 
Güdül, güdül gərdunim 
– 
Güdül, Güdül, gəzdirək  
Güdüle poyi rə vəçinim 
– 
Güdülün payını yığaq 
Umruz in qəlle afdo 
– 
Bu gün balaca bir gün çıxsın    
Səböh ye kələ afdo 
– 
Sabah lap böyük bir gün çıxsın 
Ədərd in qəlle afdo 
– 
Balaca bir gün dərdindən  
Rura bə həq çarxunim 
– 
Üzümüzü Allaha çevirək 
Poy doragora gedeyi boşi 
– 
Pay verənin oğlu olsun, 
Na doragora kileyi boşi 
– 
Verməyənin qızı olsun, 
Bı tənür parı ıp ol boşı. 
– 
Təndirə düşüb qızarsın.    
Məişətdə keçirilən hər bir mərasim insan həyatının mühüm 
bir mərhələsini müşaiyət edir. Yeni doğulmuş körpə üçün birinci 
10 günlük ərzində adqoyma mərasimi (şöxeyr) keçirilərdi.  


 
 
136 
Lahıcda tarixən dinə və dini mərasimlərə çox önəm veril-
mişdir.  Məhəmməd  Peyğəmbərin  nəvəsi  İmam  Hüseynin  qətli 
ilə əlaqədar keçirilən Aşura mərasimlərinə burada xüsusi hazır-
lıq görülərdi. 2 aylıq matəm üçün 3 rəngdə  xeymə bəzədilərdi, 
sonra  mərasim olan  məscidlərə  gətirilərdi  və  bu zaman  əzadar-
lar növbəli şəkildə bir-birini salamlayardı : 
   
  – Təziyədaran,salamun-əleyk, 
   
  Hüseyn-əzadar, əleykəssəlam. 
Mərasim zamanı çay, şərbət, süd və s. nəzirlər paylanardı. 
Həmçinin “İmam Hüseynin qətli”, “Qasımın toy otağı”, “Uşaq-
ların su istəməsi” səhnələri şəbih tamaşaları kimi göstərilərdi.  
Lahıcda digər bir dini  mərasim  də  var  idi ki, bu da  ziya-
rətlərlə bağlı keçirilərdi.  
 Toy mərasimləri əhalinin imkanlarına uyğun keçirilsə də, 
burada icra olunan qaydalar hamı üçün eyni idi. Adətən mərasi-
mə qədər toyun bir neçə mərhələsi keçirilərdi : 
1.  Qızgörmə 
2.  Qızın və valideynlərinin razılığı 
3.  Kiçik xonçaya cavab olaraq qız evində şirin çay verilməsi 
4.  Qızgildən gələn xonça 
5.  Böyük xonça 
6.  Böyük xonçaya cavab olaraq qızgildən şirniyyatlarla gə-
lən dolu xonçalar 
7.  Hiynəbərun−xına apardı 
8.  Varaşıs− toyqabağı son sövdələşmə 
9.  Cehiz yazma 
10.  Qız toyu 
11.  Oğlan toyu 
12.  Cehiz gətirmə 
13.  Gəlin gətirmə  
Gəlin  gətiriləndən  üç  gün  sonra  onun  gəldiyi  evdə  “üzə 
çıxdı” edilər, bəy isə dostları ilə bərabər qaynatasıgilə qonaqlığa 
çağırılardı. 


 
 
137 
Lahıcda yas mərasimləri elə qurulmuşdu ki, ölü sahibi mad-
di  cəhətdən  heç  bir  sıxıntı  keçirməzdi.  Matəm  mərasiminə  gələn 
əksər  adamlar  ölünün  dəfni  üçün  qəbrin  qazılmasında,  cənazə 
daşınmasında və digər mərasimi aktlarda təmənnasız iştirak edər, 
sonda  qapıdan  başsağlığı  verib  evlərinə  dağılışardılar.  Ölü  üçün 
“üç  gün”  mərasimi  keçirilir,  ağlaşma  qurulur  və  buradakı  ça-
ğırışlar, ağılar, mərsiyyələr əsasən Azərbaycan dilində söylənilir.  
 

Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin