LAHIC QƏSƏBƏSĠ FOLKLOR QRUPU
1
Lahıc qəsəbəsində keçən əsrlərdən mövcud olmuş və
1987-ci ildən rəsmi status almış folklor kollektivi fəaliyyət gös-
tərir. Məqsəd Lahıc və ətrafda məskunlaşmış tat kəndlərinin
adət-ənənəsini, bu qövmün sənətkarlıq, kulinariya, mahnı və
rəqslərini daha geniş ictimaiyyətə təbliğ etməkdir. Yarandığı
dövrdə qrupa Rauf Baxışov rəhbərlik etmiş, sonralar isə bu işi
İlham Bağırov davam etdirmişdir. Hazırda qrup Maarif Əliye-
vin rəhbərliyi altında fəaliyyət göstərir. Səkkiz nəfərdən ibarət
olan qrupun maraqlı repertuarı vardır. “Lahıc folklor qrupu”nun
repertuarı əsas etibarilə tat dilində oxunan mahnılardan təşkil
olunmuşdur. Mövsümi və müxtəlif sənət sahələri ilə bağlı mah-
nılardan savayı, bu repertuara layla və holavarlardan ibarət janr
çeşidində yer almış nəğmələr də daxil edilmişdir. Elə yarandığı
1987-ci ildə “Lahıc” folklor qrupu əvvəlcə Ümumittifaq Folklor
Festivalının, sonra da Astara və Şamaxı rayonlarında keçirilən
1
Bu məlumat AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, fil. ü.f.d. Atəş
Əhmədli tərəfindən təqdim olunmuşdur.
141
festivalların qalibi olmuş, 2006-cı ildə isə Azərbaycan Dövlət
Filarmoniyasında təşkil olunmuş Azsaylı xalqların Folklor Fes-
tivalının laureatı adını qazanmışdır. 2009-cu ildə isə Musiqili
Komediya Teatrında İdman və Turizm Nazirliyinin dəstəyi ilə
keçirilən Azsaylı xalqların Folklor festivalında məzmunlu işti-
rakına görə qrup diplom və mükafatlara layiq görülmüşdür.
Qrup dəfələrlə xalqımızın ən əziz bayramlarından olan “Nov-
ruz”un paytaxt tədbirlərinə dəvət olunmuşdur.
Bundan əlavə qrup, respublikanın müxtəlif telekanalla-
rında tamaşaçılara maraqlı repertuarlar təqdim etmiş, onların bu
repertuarları bir çox sənədli filmlərin meydana gəlməsinə təkan
vermişdir. Yerli adət-ənənəni təbliğ etdiyi üçün qrup, bir çox
xarici ölkələrdən respublikamıza gəlmiş rejissorların da diqqə-
tindən yayınmamış, bu mənada onlar Malaziya və Türkiyəyə
dəvət olunmuş, bu dövlətlərin tele-kanallarında öz repertuarları-
nı sərgiləmişlər. Həmin TV-lərin vasitəsilə onlar mədəniyyəti-
mizi yüksək səviyyədə təbliğ etmişlər. “Lahıc folklor qrupu”
hazırda fəaliyyətinə davam etməkdədir.
|