Xıdıri (nazik çörək). Acımış, ya da acımamış xəmirdən
bişirilir. Acımamış xəmirdən bişiriləndə ona kolanun (kal çö- rək) deyilir. İçinə yağ, bəzən süd qatılır.
Pürineynınə nun (yarpızlı çörək). Bu çörək növü yarpız tə-
zə çıxanda bişirilir. Yarpız xırda doğranır, zirinc də əlavə olunduq-
dan sonra xəmirə qatılır və bişirilir. Çörəyin üzərinə naxış vurulur.
Fatil (fətil). Bununüçün xəmir südlə yoğurulur. Sonra
ona şəkər tozu, sarıkök və yağ əlavə edilir. Xəmir acıdıqdan
sonra böyük kündələr düzəldilir. Ortası yayılır, üzü naxışlanır,
üzərinə xaşxaş və çörəkotu vurulur, yumurta sarısı sürtülür.
Bundan sonra təndirdə bişirilir.