143
tərkibində olmuş ləzgilər XVIII əsrin ikinci yarısından müxtəlif
feodal dövlətlərinin – Quba və Dərbənd xanlıqlarının təbəəli-
yində olmuşlar. Ləzgilər, əsasən, köçəri heyvandarlıqla məşğul
olublar və adətən onlar öz yaşayış məskənlərini qışlaqlara və
böyük bazarlara yaxın yerlərdə salardılar. Ləzgilər şimala doğ-
ru, yəni düzən ərazilərə yayıldıqca, tədricən oralarda da ləzgi
kəndlərinin sayı artmağa başladı. Ləzgilərin ilk dəfə etnoqrafik
səciyyəsini vermiş rus alimi Zeydlits onları “ağıllı, cəsur və
mərd” insanlar adlandırmışdı
1
.
Ləzgilərin böyük hissəsi İsmayıllının Qalacıq, Sumağallı,
İstisu, Qurbanəfəndi kəndlərində kompakt şəkildə yaşasa da, az
bir qismi adda-budda halda rayonun digər kəndlərində eynilə
güzəran sürməkdədir. Təbii üsulla boyadılmış yerli yun xam-
malı əsasında meydana gələn corabçılıq və xalçaçılıq sahələri
ləzgilər arasında çox geniş yayılmışdır. Maraqlıdır ki, xalçaçılıq
rayon ərazisinin əksər kəndlərinə, o cümlədən Lahıc qəsəbəsinə
hazırda ləzgilərin çoxluq təşkil etdiyi Qalacıq kəndindən yayı-
lıb. XX əsrin 60-cı illərində rayonun Qalacıq və Lahıc ərazisin-
də sənaye əsaslarında fəaliyyət göstərmiş xalça müəssisələri hə-
min dövrdə rayonun digər məntəqələrində yaşayan əhalinin
müəyyən faizinin işlə təmin olunmasında, bir çox ailələrin mad-
di durumunun yaxşılaşdırılmasında, habelə xalçaçılıq sənətinin
yayılması və zənginləşməsində əhəmiyyətli rol oynamışdır.
Hazırda ləzgilərin geniş yayıldığı Qalacıq, İstisu, Suma-
ğallı, Qurbanəfəndi, Vəng, yerli əhali ilə qarışıq yaşadıqları
Çayqovuşan, İvanovka, Mücühəftəran və rayonun digər kəndlə-
rində ləzgi folklor ənənələri qorunur və davam etdirilir. Onlar-
dan topladığımız bir çox nümunələri bu kitabda cəmləşdirməyi
özümüzə mənəvi borc bildik.
Dostları ilə paylaş: