Piyəruna sıxani



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə111/136
tarix02.01.2022
ölçüsü1,36 Mb.
#45278
1   ...   107   108   109   110   111   112   113   114   ...   136
Azsayli xalqlarin folkloru II kitab

Xurma xingalı.  Yoğrulmuş xəmirdən bir sm qalınlığında 
lavaş hazırlanır. Həmin lavaş kiçik tikələr şəklində doğranır, qı-
raqları  yayılır,  bükülür  və  xurma şəklinə  salınır.  Sonra  bu tikə-
lər  toyuq  suyunda  bişirilir.  Üstünə  ovulmuş  pendir  səpilir  və 
süfrəyə verilir. 
ġakuka.  Bir  növ  ləzgi  “pizzası”  adlanır. Xəmir  qalın  la-
vaş şəklinə  salınır. Sonra  lələklənir  və üzərinə  yumurta ilə qa-
rışdırılmış  ünəşə  iç  adlanan  təzə  şor  yaxılır.  Xərəkin  üstündə 
oda qoyularaq bişirilir.  
Taç  (içki).  Cücərdilmiş  buğdanın  suyu  sıxılır,  sonra  hə-
min su bişirilir və şadlıq məclislərində adamlara paylanır. 
Afa.  Çöldə  yabanı  şəkildə  bitən  göyərtidən  bişirilən  qu-
tabdır. İki növü var: pipiş və konz.  
PipiĢ. Qatlanmış lavaşın arasına göyərti yığılmaqla hazır-
lanan yemək növüdür.  
Konz  isə  iki üz-üzə qoyulmuş dairəvi lavaşın  arasına gö-
yərti yığılmaqla hazırlanan digər növüdür. 
Ġsita.  Umacdan  hazırlanan  halva  növüdür.  Nişan  və  toy 
üçün nəzərdə tutulur. Qaynar halda naxışlanır və adətən, naxışı 
onu bişirənin kimliyini bəlli edir.  
Tsıkan.  Ləzgilərin  qədim  yeməklərindən  olan  tsıkan  bərə-
kətli  və  doyumlu  olması  ilə  seçilir.  Bir  tsıkan  böyük  bir  ailəni 


 
 
154 
doyura bilir. Tsıkan döyülmüş yağlı qoyun ətindən hazırlanır. Ona 
xırda-xırda  doğranmış  soğan,  kartof,  əzilmiş  qoz  ləpəsi  əlavə 
olunur. Quru kəklikotu, duz, istiot vurulur. Mayalı xəmirdən lavaş 
yayılır, yağlanıb kündələnir. Bir qədər sonra yayılaraq ondan daha 
bir lavaş çıxarılır. Lavaşlardan birinin üstünə hazır qiymə qoyulur, 
digəri  ilə  üstü  örtülür  və  qıraqları  bərkidilir.  Tsıkan  ikiqat  və  ya 
üçqat da olur. Bu halda onun hər layının arasına bir nazik lavaş da 
qoyulur.  Xərəkdə,  qızdırıcı  peçdə  və  ya  sobada  bişirilir.  Hazır 
olandan sonra qalın süfrənin arasında 20-25 dəqiqə saxlanılır. 
Ləzgi çörəyi. Ləzgi çörəyi Günəşi xatırladır. Bu məmulat 
mayalı  və  mayasız  xəmirdən  hazırlanır.  Xəmir  yayılaraq  qalın 
lavaş  formasına  gətirilir  və  üstü  lələklənməklə  bişirilir.  Xərəyə 
qoyulmazdan  əvvəl  üstünə  yumurtalı  su  və  ya  ayran  çəkilir  ki, 
çörəyin üzü yaxşı qızarsın. İyirmidən çox çörək növü olan ləzgi 
mətbəxi  üçün  daha  səciyyəvi  hesab  olunan  mayalı  (kotay)  və 
mayasız  (tili)  çörək  növünü  bütün  ləzgi  qadınları  bişirməyi 
bacarır. Xərək çörəyinin çoxlu üstünlükləri var. Bu çörək ovul-
mur, 10-15 gün kif atmır. 
Ləzgilərin başqa çörək növləri də var: xu (ən qədim çörək 
növüdür), xul, çarfu, qaquts, lavaş, bazlamaç, saçun fu, akat fu, 
qulan  fu,  çar  avay  fu,  ştkar,  nisi  kvay  fu,  mukaş  kvay  fu,  xöx 
avay fu, tunut, şirin fu, quzan, aluqa, tsaluq, bakluk, çerekun və 
(S: 32; T: 2).  
 
TOPONĠMLƏR 
 
Qveçu vats (kiçik çay) – Şirvandərə çay 
Çexu vats (böyük çay ) – Səngər çayı 
Fekiz kyk – Molla dağı təpəsi 
Pirsultanan kuk daq – Pirsultan dağı 
İqiri maqlə – Sənətkarlar məhəlləsi  
Samalçiran maqlə – Samalçılar məhəlləsi  
Bəclər maqle – Bəylər məhəlləsi 
Kuzukrin maqle – Kuzuklar məhəlləsi 
Hapıti qar– qar – Hapıta gedən yol 


 
 
155 
Qasımxan qalası – IX-XIV əsrlər (bəzi mənbələrdə III-IV 
əsrlər), XVIII əsr Şamaxı xanı Mustafanın əmisi Qasım xan tə-
rəfindən bərpa edildiyi üçün belə adlanır (S: 32; T: 2).  

Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin