Piyəruna sıxani



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə112/136
tarix02.01.2022
ölçüsü1,36 Mb.
#45278
1   ...   108   109   110   111   112   113   114   115   ...   136
Azsayli xalqlarin folkloru II kitab

 
SUMAĞALLI KƏND  
“LƏZGĠ XALQ FOLKLOR” QRUPU
1
 
 
Sumağallı kənd ləzgi folklor qrupunun repertuarında adın-
dan da bəlli olduğu kimi, ləzgi xalq mahnı və rəqslərinin ifaçılığı 
üstünlük təşkil  edir.  Qrup Sumağallı  kənd  orta  məktəbinin  nəz-
dində  yaranaraq  fəaliyyət  göstərməyə  başlayıb.  Səkkiz  üzvdən 
ibarət olan qrup yarandığı 2003-cü ildən ölkənin bir sıra tədbirlə-
rində, o cümlədən baxış və müsabiqələrində iştirak etmişdir. 
 
 
 
                                                
1
 Bu məlumat AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, fil. ü.f.d. Atəş 
Əhmədli tərəfindən təqdim olunmuşdur. 


 
 
156 
Qrupa  rəhbərlik  bir  neçə  dəfə  əvəzlənsə  də  hazırda  bu 
rəhbərliyi Seymur Rəsulov davam etdirir. Bütün bunlarla yanaşı 
qrupun çalışmalarına qeyri-ixtisas sahibləri də öz töhfəsini əsir-
gəmir. Bu baxımdan Sumağallı kənd orta məktəbinin rəhbərliyi 
və  müəllim  heyəti repertuarlarını  hazırlamaqda qrupa  yaxından 
köməklik göstərirlər. Özəlliklə, məktəbin direktoru Mahmud Şi-
rinov bir çox kompozisiyalara quruluşlar verir, bəzi hallarda isə 
o, bu kompozisiyaların müəllifi olur.  
 “Ləzgi  folklor  qrupu”nun  repertuarında  müstəqil  şəkildə 
hazırlanmış  rəqs-pantomimo  (tamaşa-rəqs)  tamaşaları  da  yer  al-
mışdır.  Bu  səpkidə  tamaşalar  onları  daha  da  hazırlıqlı  olmağa 
ruhlandırır.  2003-cü  ildə  azsaylı  xalqların  özfəaliyyət  qruplarına 
baxış müsabiqəsi üzrə Astara şəhərində keçirilən tədbirə qatılmış 
qrup  məzmunlu  çıxışlarına  görə  tamaşaçıların  rəğbətini  qazan-
mışdır.  Qrup  Uşaq  gənclər  təşkilatları  üzrə  Zaqatala  şəhərində 
təşkil  olunmuş  baxış  müsabiqəsində  də  iştirak  etmişdir.  Qrupun 
repertuarına  əsasən  aşağıdakı  rəqslər  daxildir:  “Çobanların  sa-
vaşı”, “Qara qüvvələr”, “Qızlar rəqsi”, “Görüş”, “Ləzginka” və s.  

Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin