Piyəruna sıxani



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə120/136
tarix02.01.2022
ölçüsü1,36 Mb.
#45278
1   ...   116   117   118   119   120   121   122   123   ...   136
Azsayli xalqlarin folkloru II kitab

 


 
 
175 
HAPITLAR
1
 
 
Hapıtlar aborigen Azərbaycan əhalisi sayılırlar. Əsasən Qu-
ba, Xaçmaz, Qəbələ, İsmayıllı, Ağdaş rayonlarında, Bakı və Sum-
qayıt şəhərlərində yaşayırlar. Hapıtlara məxsus qəbirstanlıq İmişli 
rayonunda indi də qalmaqdadır. Səfəvilər dövləti zamanında müa-
sir Türkiyənin şərqində Hapıt bəylərbəyliyinin olması hapıt etno-
sunun  türklərlə  qohumluğunu  söyləməyə  əsas  verir.  Hapıtlar 
kompakt  halda  Quba  rayonunun Hapıt, İsmayıllı  rayonunun iki 
dağətəyi  Hacıhətəmli  və  Mollaisaqlı  kəndlərində  məskunlaşmış-
lar. Mollaisaqlı kəndində aparılmış arxeoloji qazıntılar zamanı bu-
rada İrəmə adlanan yerdə çox qədim yaşayış məskəninin olduğu-
nu sübuta yetirən maddi mədəniyyət abidəsi aşkarlanmışdır. “Şıx-
dərə  kompleks  tədqiqat  sahəsi”  kimi  tanınan  bu  abidə  haqqında 
ilk  tutarlı  məlumatları  əslən  İsmayıllı  rayonundan  olan  arxeoloq 
Fazil Osmanov 1963 və 1974-cü illərdə ərazidə apardığı arxeoloji 
araşdırmalar sayəsində əldə etmişdir. Əhali arasında burada yaşa-
yanların  əslinin  Qubanın  Hapıt  kəndindən  olduğu  söylənilir.  Bir 
çox şifahi  mənbələrdə də Qubanın Hapıt kəndində yaşamış Hacı 
Hətəm və Molla İsaq adlı qardaşların İsmayıllıya qışlaq məqsədilə 
köçüb gəlməsi, burada məskunlaşması və əsasən də heyvandarlıq-
la  məşğul  olmaları  rəvayət  edilir.  Amma  bu  ərazidə  aşkarlanmış 
qədim  yaşayış  məskənləri  hapıtların  burada  məskunlaşmasının 
tarixini XIX əsrə deyil, daha qədimlərə bağlamağa əsas verir. Hər 
iki  kəndin  əhalisinin  əsas  hissəsi  hapıtlardır.  Maraqlıdır  ki,  İs-
mayıllıda Hapıt adında kənd olsa da, orada hapıtlar yaşamır. Vax-
tilə  Mollaisaqlıya  yaxın  Gideyli  və  İmamlı  kəndlərində  yaşamış 
olsalar da, eynilə bu kəndlərdə də hazırda hapıtlı yaşamır. Dindar 
olan  müsəlmanları  dil,  adət-ənənə  və  digər  mədəni  özəlliklərini 
qoruya  bilmislr.  Mollaisaqlı  kəndində  1000  nəfər,  Hacıhətəmli 
kəndində  isə  2500  nəfərə  yaxın  hapıt  yaşayır.  Kənd  ailələrində 
ünsiyyət hapıt dilində olsa da, məktəb, idarə və təşkilatlarda işlər 
                                                
1
 Bu  məlumat  AMEA  Folklor  İnstitutunun  doktorantı  Dadaş  Əliyev  tə-
rəfindən təqdim olunmuşdur. 


 
 
176 
Azərbaycan dilində aparılır. Uşaqlığı Dağıstanda keçmiş görkəmli 
Azərbaycan  şairi Seyid Əzim Şirvani şeirlərinin  birində  hapıtlar-
dan bəhs etmişdir. Hapıtların dili Qafqaz dil ailəsinin Nax-Dağıs-
tan qrupunun Şahdağ yarımqrupuna aiddir. VII əsrə kimi özlərini 
“her”  adlandıran  bu  xalqın  ehtimala  görə,  Gürcüstan  və  Azər-
baycan sərhəddində Hereti adlı dövləti olub. Hapıtlar özlərini indi 
də "hər" adlandırırlar. Prof. Q.Qeybullayev “Azərbaycan türkləri-
nin  təşəkkül  tarixi”  kitabında  müasir  qrız  və  hapıtların  əcdadla-
rının  bu dövlətdə  yaşamış  herlər olduğunu  bildirir:  ”Mənbələrdə 
qonşu  qafqazdilli  etnik  qrup  –  buduq  və  qrızları  qered,  hapıtları 
isə  hered  adlandırırlar”.  Müəllif  bu  fikrinə  davam  edərək  yazır: 
”Herlərin müəyyən hissəsi (mümkündür ki, xınalıqların və buduq-
ların  əcdadları  ilə  birgə)  məlum  olmayan  səbəblərə  görə  Alazan 
və  İori  çaylarının  vadilərindəki  əsas  məskənlərini  tərk  etmiş  və 
dağ aşırımlarını keçərək hazırkı yaşadıqları yerdə – Azərbaycanın 
şimal-şərq  hissəsində  məskunlaşmışlar  (Ə:7)”.  Lakin  hapıtların 
arasında  belə  bir  rəvayət  dolaşır  ki,  onların  əcdadları  bugünki 
məkanlarına şimal-qərbi Azərbaycandan, Herna şəhərindən, ərəb-
lərin  Azərbaycana  hücumu  zamanı  gəlmişlər.  Bizim  araşdırma-
mızdakı bu fikirlər bəzi gürcü alimlərinin fikirləri ilə uyğun gəl-
məsə  də,  maraqlı  olduğu  üçün  aşağıdakıları  qeyd  etməyi  lazım 
bilirik. ”Er” etnonimi qədim zamanlarda bir çox tayfalara, o cüm-
lədən  iberlərə  aid  olub.  Şübhəsizdir  ki,  “er”  etnoniminin  daşıyı-
cıları  alban  qəbilələrindən  biri  olub  və  elə  buna  görə  də  gürcü 
mənbələrində “Er” gürcü qəbiləsi kimi göstərilməyib” (Ə:7). Ha-
pıtların  əcdadlarının  məhz  er,  yaxud  her  olduqlarını  və  onların 
tarixi vətənlərinin Gürcüstan və Azərbaycan sərhəddində mövcud 
olmuş Ereti (Hereti) olduğunu sübut etməyi gələcək araşdırmala-
rın öhdəsinə  buraxırıq.  Bir məsələni də  qeyd etmək yerinə düşər 
ki,  hapıtlarla  Quba  rayonunda  yaşayan  qrızları  eyni  etnos  hesab 
edən alimlər də az deyil. Həm qrızların, həm də hapıtların eyni dil 
qrupuna  daxil  olmalarına  baxmayaraq,  fikrimizcə,  onlar  fərqli 
etnoslar kimi səciyyələndirilməlidir.  
Birincisi, hapıtlar sayca qrızlardan çoxdurlar.  


 
 
177 
İkincisi,  lüğət tərkibi  baxımından  dillərində çoxlu fərqlər 
vardır.  
Üçüncüsü, onların yayılma və məskunlaşma arealı müxtə-
lifdir.  
O  da  maraqlı  faktlardandır  ki,  İsmayıllı  rayonundakı  hər 
iki  hapıtdilli kənddə  bilinqivizm dil şəraiti hökm sürür. Bu ya-
şayış  məntəqələrinin  sakinləri  hər  iki  dildən  –  Azərbaycan  və 
hapıt  dillərindən  sərbəst  şəkildə  istifadə  etməyi  bacarırlar.  Sa-
dəcə,  istifadə  anında  zaman,  məkan,  məqsəd  və  s. dəyişilən  si-
tuasiyalardan asılı olduqda, (gənclik, yeniyetməlik, ahıllıq döv-
rünü yaşamasından irəli gələrək) istifadəçinin hansı (yerli, yox-
sa aparıcı) dilin xeyrinə bu fərqi artırıb və ya azaltdığını sezmək 
olur.  Ümumən  götürsək,  hapıtların  dilində  qalın  və  kar  boğaz 
samitlərin  zənginliyi,  buradakı  səslənmə,  sözlərin  mənasına 
görə  ayırd  edilməsi  və  s.  keyfiyyətlər  bu  dili  ləzgi  və  xınalıq 
dilləri  ilə  müqayisə  etməyə  imkan  verir.  Bu  dil  ədəbi  dil  kimi 
formalaşa  bilməsə  də,  onun  leksikonunda  etimologiyası  maraq 
doğuran sözlər az deyil. Bu anlamda, əslən Mollaisaqlı kəndin-
dən olan  hapıtlı  ziyalı İldırım Məsimoğlu hapıt dilində oğurluq 
mənasını  bildirən  “günəhə”  sözü  ilə  “Qurani-Kərimdə”  tez-tez 
keçən “günah” sözünün  müqayisəsini aparmış  və həmin  sözlə-
rin eyni kökdən törəndiyini əsərində qeyd etmişdir.  
Deyildiyi  kimi,  hapıtlar  artıq  2  əsrdən  artıqdır  ki,  İsmayıllı 
rayonu ərazisində  məskunlaşmış və yerli əhali ilə qaynayıb-qarış-
mışlar. Onlar özlərinə məxsus dil və mədəniyyət ənənələrini qoru-
maqla  bərabər,  Azərbaycan  mədəniyyətinə  də  layiqli  töhfələr 
vermişlər.  
Hacıhətəmli və Mollaisaqlı kəndlərində  yaşayan  hapıtlar 
hələ  xeyli  əvvəl  təşəkkül  tapmış  folklor  ənənələrini  də 
yaşatmaqdadırlar.  Özünəməxsus  folklor  ənənəsi  olan  hapıtlar 
mahnı,  atalar  sözləri,  tapmacalar,  rəqslər,  inanc  və  rəvayətlər, 
toy  və  yas  mərasimlərinə  aid  nümunələri  və  s.  çox  əziz 
tutduqları mənəvi dəyərlərini müxtəlif səviyyəli mədəni-kütləvi 
tədbirlərdə davamlı şəkildə təbliğ etməkdədirlər.  


 
 
178 

Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin