Piyəruna sıxani



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə110/136
tarix02.01.2022
ölçüsü1,36 Mb.
#45278
1   ...   106   107   108   109   110   111   112   113   ...   136
Azsayli xalqlarin folkloru II kitab

 
LƏZGĠLƏRĠN MƏTBƏXĠ 
 
Ləzgi  yeməklərində  ən  çox  istifadə  edilən  ərzaq  ət  və 
buğdadır. 
Lobyalı aĢ. Xırda ağ lobya əvvəlcədən bişirilir, qoz ləpə-
ləri əzilir. Düyü süzüldükdən sonra qazmaq tutsun deyə qazanın 
dibi  hazırlanır.  Bunun  üçün  iki  yumurta,  bir  qaşıq  qatıq  və  ya 
süzmə bir  yerdə qarışdırılır.  Sonra ona  2-3 qaşıq  süzülmüş dü-
yüdən  qatılır,  sarıkök  və  duz  əlavə  olunur.  Daha  sonra  həmin 
tərkib  qazanın  dibinə  bərabər  şəkildə  paylaşdırılır.  Bir  qat  lob-
ya, bir qat əzilmiş qoz ləpəsi, bir qat düyü olmaq şərti ilə həmin 
qatlar da qazana əlavə olunur. Həmin tərkib qaynayan şit yağda 


 
 
153 
qovurulur və qazanın dibinə əlavə olunur. Qapaq dəsmalla örtü-
lür, qazan vam odda qızdırılmış dəmirin üstündə dəmə qoyulur. 
Kambar. Adətən, kambar ilk baharda qarın altından boy-
lanan  pəldən  hazırlanır.  Bunun  üçün  pəl  arıtlanıb  başlardan  tə-
mizlənir, yuyulub süzülür, dəsmalın arasına qoyulub qurudulur. 
Sonra  xırda-xırda  doğranıb,  duzlanıb  bankalara  yığılır.  Pəl  su 
salır və bir neçə gündən sonra kambar yetişir. Onu qatığa qatıb 
çörəklə yeyirlər. 
ġurva.  Toyun  şah  yeməyi  hesab  olunur.  Qoyun,  yaxud 
mal  əti  suda  bişirilir,  bişdikdən  sonra  ət  sümükdən  təmizlənir, 
sonra həmin təmizlənmiş ət yağlı soğançada qovurulur, ona no-
xud, istiot, kişmiş əlavə edilir. 

Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin