Ağ çuqunlar PLAN 1)Çuqunun təsnifatı və markalanması.
2)Çuqunların növləri.
3)Çuqunların strukturuna ayrı-ayrı elementlərin təsiri.
4)Ağ çuqunun, boz çuqunun strukturu.
5)Çuqunun modifikasiya olunması
6)Çuqunların tətbiq sahələr
Maşınqayırmada çuqun çox geniş tətbiq edilən materiallardan sayılır.Tərkibində
2,14%-dən 6,67%-ə qədər karbon olan və döyülməqabiliyyətinə malik olmayan dəmir-karbon ərintilərinə çuqun deyilir.Poladdan fərqli olaraq çuqunlarda karbonun miqdarı çoxdur, onlarınkristallaşması evtektikanın əmələ gəlməsi ilə qurtarır; plastikdeformasiyaya uğrama qabiliyyəti olduqca az və yüksək tökməxassələrinə malikdir. Çuqun poladdan ucuzdur. Əridilən çuqunların 20 %-ə qədəri töküklərin hazırlanması üçün istifadə edilir.Çuqun domna prosesinin əsas məhsuludur. Domna sobalarındaistehsal edilən çuqunlar tərkib, struktur və tətbiq sahələrinə görə ağ(təkrar emal edilən ), boz (tökmə) və xüsusi çuqun (ferroərintilər)siniflərinə bölünür. Ağ çuqun, polad və döyülən çuqun istehsalı üçün xam materialdır vəbuna görə də ağ çuquna təkrar emal çuqunu da deyilir. Karbon buçuqunda kimyəvi birləşmə (sementit Fe3C ) şəklində olur. Sementit açıqrəngdə olduğundan çuqunun sınığına ağ rəng verir.
Ağ çuqunlar kimyəvi tərkibinə və polada çevrilmə üsuluna görə Marten, Bessemer vəTomas çuqunu növlərinə bölünür. Ağ çuqunların tərkibində xeylimiqdarda bərk və kövrək sementit olması üzündən həmin çuqunları çoxçətinliklə mexaniki emal üsulları ilə emal etmək mümkün olur.Onlarsonradan özlüçuqun əmələ gəlincəyə qədər tabe olmaq şərti ilə müxtəlifhissələr tökmək üçün, habelə yayma valları və vaqon təkərləritökməkdən ötrü işlədilir. Qeyd edilməlidir ki, istər yayma vallarında,istərsə də vaqon təkərlərində ağ çuqun valın və ya təkərin bütünqalınlığında deyil, ancaq səth təbəqəsində əmələ gəlir; tökmənindaxilində isə boz çuqun alınır.Boz çuqun yüksək tökmə xassələrinə malik olduğundan müxtəlif maşınhissələri və fasonlu tökmələrin istehsalı üçün şixtə materialdır.Buna görə də boz çuquna tökmə çuqunu da deyilir. Boz çuqunun tərkibindəkikarbon qismən və ya tamamilə qrafit şəklində olur.Tərkibində xeyli miqdarda silisium və manqan olub, domnasobalarında əridilən ferroərintilər xüsusi çuqun adlanır. Xüsusi çuqunlar(ayna çuqunu, ferrosilisium, ferromanqan) başlıca olaraq poladistehsalında reduksiyalaşdırıcı, eləcə də legirləşdirici aşqar kimi istifadəedilir.Təkrar əritmə zamanı, boz çuqun tökmələrə xüsusi aşqarlarvurmaqla, onda qrafitin ölçüsünü, yayılma xarakterini və şəklinidəyişməklə mexaniki xassələrini yüksəldirlər. Belə çuqunlaramodifasiyalaşdırılmış boz çuqun deyilir.Döyülən çuqun maşınqayırmada tökmə materialı kimi istifadə edilir.O, yüksək möhkəmliyə, özlülüyə və dəzgahlarda emal olunmaxassələrinə malikdir. Çuquna “döyülən”deyilməsi onun plastiklikxassəsinə əsaslanır. Həqiqətdə çuqun döyülmür.Çuqunun xassələrinə qatışıqların təsiri.Boz çuqunda karbonun çoxhissəsi qrafit pulcuqları şəklindədir, bu da ərintinin metal bütövlüyünüqismən pozur və onun kövrəkliyinə səbəb olur. Boz çuqunda karbonunmiqdarı 4%-dən artıq olmamalıdır. Daha möhkəm olan çuqunlarda 2,8-3% karbon olur. Qrafiti ayırıb çıxarma prosesi onun həcminin artmasınasəbəb olur, bu da çuqunun ümumi yığışmasını
1%-ə qədər azaldır.Bundan əlavə karbonun miqdarı artdıqda çuqun daha çox duru axıcılıqgöstərir. Buna görə də karbon, çuqunun tökmə xassələrini yüksəldir vəyaxşı keyfiyyətli nazik divarlı tökmələr alınmasına imkan verir.
Silisium (Si) boz çuqunun alınmasına kömək edən elementdir. O,dəmir ilə kimyəvi birləşmə (FeSi və Fe3Si2 ) əmələ gətirir və qrafitin ayrılıbçıxmasına kömək edir. Beləliklə, çuqunda silisiumun miqdarınınartırılması onda dəmir karbohidridlərinin azalmasına və çuqunun kəsicialətlərlə emal olunması qabiliyyətini artırır, ərimə temperaturunu aşağı kükürdün ən çox yol verilən miqdarı 0,07%-dir.
Fosfor (P) çuqunda bərk və kövrək fosfid evtektikası yaradır, bunagörə də maşınların zərbəli yüklərə məruz qalan hissələrini tökdükdəmaye metalda fosforun miqdarı 0,3%-dən artıqolmamalıdır. Yeyilməyəməruz qalan tökmələrdə fosfid evtektikasının çuqun deməkdir. Bunların qarşısında birinci rəqəmlə dartılmadamöhkəmlik həddini , ikinci rəqəmlər isə əyilmədə möhkəmlik həddinigöstərir. Boz çuqunlar mexaniki xassələrinəgörə markalanır. Mexaniki xassələri ən yaxşı olan çuqun perlit çuqundur. Çuqunlarınmöhkəmliyini artırmaq üçün onlara nikel, xrom, molibden, miş və ya sairmetallar əlavə etməklə legirləşdirilir. Bundan əlavə çuqunlarmodifikasiyaolunur və termmiki emal edilir (tablama, tabalma və tabəksiltmə) .Özlü çuqun (döyülən çuqun).Özlü çuqun, xüsusi termiki emal yolu ilə ağçuqundan alınan yumşaq və özlü çuqunun şərti adıdır; belə çuqunudöymürlər, lakin o, boz çuquna nisbətən daha çox plastikdir, buna görədə ona özlü və döyülən çuqun deyilir. Özlü çuqun da boz çuqun kimipolad əsasılı dır və onda karbon qrafit şəklindədir. Lakin özlü çuqundaqrafit aşqarlarının xarakteri adi boz çuqundakından fərqlidir. Onlarınarasındakı fərq ondan ibarətdir ki, özlü çuqunun qrafiti bir-birindən ayrıyerləşən dəyirmi formalı aşqarlar şəklindədir, bunun da sayəsindəçuqunun metal əsası nisbətən az aralıdır və ərinti boz çuqundakınanisbətən xeyli böyük özlülük və plastiklik göstərir.Özlü çuqunun xassələriqrafit aşqarlarının böyüklüyündən asılıdır. Lakin özlü çuqunun xassələriən əvvəl onun metal əsasının strukturu ilə müəyyən edilir. Bu struktur,boz çuqunda olduğu kimi ferrit, perlit və qarışıq əsasılı ola bilər.Markadakı KЧ- özlü (döyülən) çuqun (kovkiy çuqun) sözlərinin ilkhərfləridir, birinci iki rəqəm dartılmada möhkəmlik həddini, axırıncırəqəmlər isə nisbi uzanmanı faiz ilə göstərir.