Plan: Giriş Almaniyanın coğrafiyası Turizmin iqtisadiyyatdakı yeri Almaniyanın turizm diaqnostikası



Yüklə 22,05 Kb.
səhifə2/4
tarix13.04.2023
ölçüsü22,05 Kb.
#97584
1   2   3   4
Almanıya

Turizmin iqtisadiyyatdakı yeri
Turizmin inkişafına təkan verən amillərdən biri də Avropada alman dilinin geniş yayılmasıdır. Alman dilində Avstriyada, İsveçrədə və Fransanın şərq rayonlarında danışırlar. Onun coğrafi mövqeyinin xüsusiyyətləri, iqtisadiyyatının yüksək inkişaf səviyyəsi işgüzar turizmin inkişafını stimullaşdırır. Almaniya Avropada işgüzar turistlərin ən iri “tədarükçüsüdür”. Hər il təxminən 5 mln.-dan çox alman ezamiyyətə yollanır, onların 3%-i xaricə, 21%-i həm xaricə, həm də ölkədaxili, 76%-i isə Almaniya üzrə səyahət həyata keçirir. Alman turistləri 2013-cü ildə dünyada 85,9 mln. ABŞ dolları pul xərcləmişlər.
Avropada keçirilən beynəlxalq yarmarka-sərgilərin təxminən 60%-i Almaniyada keçirilir ki, burada 20 iri yarmarka mərkəzi yaranmışdır. Onların içərisində ən qədimi – Leypsiq, Köln, Hannover, Münhen, Düsseldorf, Essen və s.-dir. Berlində hər il mütəmadi olaraq dünyada ən böyük beynəlxalq sərgi-yarmarka keçirilir.


  1. Almaniyanın turizm diaqnostikası

Almaniya 2013-cü ildə 31.5 mln. nəfər turist (dünyada 7-ci yer) qəbul etmiş, turizmdən əldə etdiyi gəlir isə 41,2 mlrd. ABŞ dolları (dünyada 8-ci yer) olmuşdur.
Avropanın mərkəzində yerləşmiş Almaniya cənubda Avstriya (sərhədinin uzunluğu 784 km) və İsveçrə (334 km), qərbdə Niderland (577 km), Fransa (451 km), Belçika (167 km) və Lüksemburq (138 km), şərqdə Polşa (456 km) və Çexiya (646 km), şimalda Danimarka (68 km) ilə həmsərhəddir. Almaniyanın Şimal və Baltik dənizlərinə çıxışı onun coğrafi və hərbi-strateji mövqeyini əlverişli edir.
Almaniyanın əsas turizm mərkəzləri ölkənin paytaxtı Berlin şəhəri və ətrafı, Reyn çayı axarının mərkəzi hissəsi, Baden-Vürtemberq, Bavariya tarixi-coğrafi əyalətləri, dəniz sahilləri, Maklenburq göllər diyarı, Harts, Turingiya meşəsi və Filiz dağları bölgələridir.
Destinasiya səviyyəsində idarəetmə müxtəlif tətbiqetmələri tələb edir.
Destinasiyanın tərkib hissələri müxtəlif idarəetmə qrupları tərəfindən fərdi məqsədləri istiqamətində idarə olunduğu halda, bütöv bir şəkildə destinasiya uğurunu hədəfləyən destinasiya idarəetməsi qeyd edilən tərkib hissələrinin bir-biri arasındaki əlaqə və iş birliyinin idarə edilməsini ifadə edir. Bir-birindən azad şəkildə öz içlərində rəqabət halında olan və ya bir-birini tamamlayıcı özəllikdə olan bu tərkib hissələrinin işbirliyi içində tək bir destinasiya şəklində toplanaraq ortaq hərəkət etmələri bir növ məcburiyyətdir


  1. Yüklə 22,05 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin