Mövqeləndirmə müddətində hədəf alınan bazar strukturu, istehlakçıların profilləri gözdən keçirilməli və fərqli istək və ehtiyacları olan istehlakçıların seqmentlərə bölünərək brenddən ən yaxşı şəkildə fayda və məmnuniyyət əldə etmələri təmin edilməlidir.
Almaniyanın mühüm inzibati və iqtisadi mərkəzi olan Bonn şəhəri Reyn çayının sahilində yerləşir. Ölkənin ən qədim şəhərlərindən biri olan Bonn eramızın I əsrində romalılar tərəfindən möhkəmləndirilmiş düşərgə kimi salınmışdır. Şəhərdə qədim və müasir memarıq nümunələri çoxdur. Bonnda çoxsaylı muzeylər və teatrlar vardır.
Bonnun tarixi-memarlıq abidələri içərisində Roma kilsəsi (XI-XIII əsrlər), Ratuşa (XVIII əsr), Hammerştad villası (ölkə Prezidentinin iqamətgahı), Şaumburq sarayı (federal kanslerin iqamətgahı) şəhərin görkəmli yerlərindəndir.
Destinasiya marketinqində əsas faktor olaraq qəbul edilən imic son illərdə turizm araşdırmaları üçün ən önəmli mövzulardan birinə çevrilmişdir. Tətil qərarı ilə bağlı bir destinasiya imicinin dəyərləndirici özəlliklərini anlama destinasiya marketinqi çərçivəsində böyük əhəmiyyət daşıyır. Bu səbəbdən də destinasiya imici müəyyən bir turist bazarının destinasiya haqqında qəbul etdiyi imic kimi izah edilə bilər. Destinasiya marketoloqları tərəfindən bu imicin doğru şəkildə qəbul edilməsi də istehlakçıların düşüncələri qədər önəmlidir
Almaniyada tematik turlar. Almaniyada tematik turların təşkil olunması 1930 – cu ildən etibarən başlamışdır. Alman şərab yolu – özünün uzunluğuna görə seçilir. 38 və 271 km məsafəni özündə birləşdirən uzunluğa malikdir, yol boyunca 10 – dan artıq üzüm növündən müxtəlif şərab formaları hazırlanır. Yol boyunca Şərab darvazaları yerləşir və gələn bütün turistlərə şərabların dequstasiya edilmə şansı verilir. Şüşə yolu – maraqlı cəhətlərinə görə digərlərindən seçilir. Çünki ekskursiya boyunca bütün turistlər bir sıra şüşə ləvazimatlarının hazırlanması ilə tanış olurlar. Lakin proses bununla bitmir, hətta onlar özləri də bu qabların hazırlanmasında iştirak edə bilər. Nəticədə ekskursiya bitərkən onlara sertifikat da təqdim olunur.
Romantika yolu – öz başlanğıcınə Mayn gölündən götürür. Ekskursiya boyunca ekzotik landşafta malik ərazilər üstünlük təşkil edir və xüsusi peyzaj, dağların görüntüsü əksəriyyəti valeh edir. Ərazidə bir sıra qədim yaşayış məskənlərinin olmasına baxmayaraq, II Lüdovikin dövrdündən indiyə kimi qorunan qala isə gələnlər üçün daha maraqlıdır. Xüsusən velosipedlə tura qoşulmaq istəyənlər üçün bütün yol boyunca əla imkanlar vardır. Ən əsası isə velosipedlərlə əlaqədar yolun kənarlarında bir sıra işarələrin yerləşdirilməsidir. Qəsrlər yolu, Nağıl yolu (1975 – ci ildə yaranıb, 600 km), Taxta – çərçivə yolu (3000 km, 100 – dən çox şəhər və kəndi əhatə edir, çünki onlarda taxtadan hazırlanmış evlər var).
Nəticə Almaniya – yüksək inkişaf etmiş və urbanizasiyalaşmış dövlətdir. Ölkə əhalisinin gəlirləri kifayət qədər yüksəkdir. Ona görə də əhalinin istirahətə və asudə vaxtı mədəni təşkilə olan ehtiyacı ənənəvi olaraq yüksəkdir. Almaniyanın özündə təbii xüsusiyyətlərlə əlaqədar olaraq kurort işinin təşkili üçün rahat yerlər azdır. Turizmin inkişafına təkan verən amillədən – nəqliyyatın yüksək səviyyədə inkişafını (ölkəni enlik və meridional istiqamətdə bir neçə beynəlxalq avtomobil və dəmir yol trasları kəsir) göstərmək olar. Nəqliyyat şəbəkəsinin sıxlığına görə Almaniya dünyada ilk yerlərdən birini tutur.