«Ötürücü qurğular». Bu qrupa elektrik, istilik və mexaniki enerjinin, habelə maye və qaz halında olan maddələrin ötürülməsinə kömək edən qurğular aiddir. Ötürücü qurğulara elektrik, qaz və istilik şəbəkələri, rabitə xətləri, buxar, neft, hava, turşu, qırıntı, sexlərarası su kəmərləri və kanallar aiddir.
«Maşın və avadanlıqlar» qrupu aşağıdakı yarımqruplara bölünür:
1. «Güc maşınları və avadanlıqları» yarımqrupuna istilik və elektrik enerjisi yaradan maşın-generatorlar, buxar maşınları və turbinləri, daxili yanma mühərrikləri, istilik və elektrik enerjisini mexaniki enerjiyə çevirən maşın-mühərriklər, elektrik mühərrikləri, transformatorlar, paylayıcı qurğular və s. aiddir. Belə əsas fondlar enerjinin alınması, çevrilməsi və bölüşdürülməsi üçün nəzərdə tutulmuşdur. Bu qəbildən olan güc maşınları və avadanlıqlarının texniki mükəmməlliyi müəssisələrin enerji ilə təchizatının səviyyəsini müəyyən edir.
Dostları ilə paylaş: |