4. «Hesablama texnikası» yarımqrupuna elektron hesablama maşınları, idarəçi və analoji maşınlar (kompüterlər, printerlər, skanerlər, telefon aparatları və s.), rəqəmli hesablayıcı maşınlar və qurğular, informasiyanın yığılması və ötürülməsi üçün texniki vasitələr və s. aiddir.
5. «Avtomat maşın və avadanlıqlar» yarımqrupunaproqramla idarə olunan dəzgahlar, avtomatik xətlər, kimyəvi-termiki emal üçün qızdırıcı soba və s. kimi maşın, aparat və avadanlıqlar aiddir. Bunlar istehsal prosesinin bütün əməliyyatlarının müəyyən texnoloji ardıcıl-lıqla, verilmiş ritmlə, insanın bilavasitə iştirakı olmadan yerinə yetirildiyi avadanlıqlardır. Fəhlə yalnız avadanlığı sazlayır, texnoloji prosesin gedişinə nəzarət edir, ilk yükləmə və son boşaltma əməliyyatlarını yerinə yetirir.