Plan: İctimai təsərrüfatın əsas formaları: natural, əmtəə, sadə əmtəə, kapitalist əmtəə təsərrüfatı



Yüklə 22,15 Kb.
tarix10.05.2022
ölçüsü22,15 Kb.
#56990
Mövzu 7


Mövzu: 7 Bazar, onun strukturu və infrastrukturu

Plan:


1. İctimai təsərrüfatın əsas formaları: natural, əmtəə, sadə əmtəə, kapitalist əmtəə təsərrüfatı.

2. Bazarın meydana gəlməsinin obyektiv şərhi. Bazarın funksiyaları.

3. Bazarın tipologiyası.

4. Bazarın strukturu, növləri və infrastrukturu


1.Natural təsərrüfat ümumi iqtisadi formaların tarixən birincisidir. Natural təsərrüfatda hazırlanan məhsullar istehsalçının şəxsi tələbatının, təsərrüfatdaxili ehtiyacların ödənilməsi üçün istifadə olunur. Burada istehlak əksəriyyət hallarda istehsala uyğun gəlir. Natural təsərrüfat qapalı təsərrüfatdır. Burada maddi nemətlər və xidmətlər birbaşa istehlak etmək üçün istehsal olunurlar. Məhsullar bazara girmədən istehlaka daxil olur. Natural təsərrüfatın maddi əsasını aşağı səviyyədə olan ictimai əmək bölgüsü təşkil edir. Tarixdə bir neçə iri əmək bölgüsü olmuşdur. Birincisi, heyvandarlığın əkinçilikdən ayrılmış, ikincisi, sənətkarlığın müstəqil sahəyə çevrilməsi , üçüncüsü, tacirlərin meydana gəlməsidir.

Əmtəə təsərrüfatı forması natural təsərrüfatın əksi kimi əvvəlcə icmalar arasındakı münasibətlərdə yaranır, sonra onların daxilinə nüfuz edərək tədricən natural təsərrüfatın cəmiyyətin ictimai həyatında ikinci dərəcəli və aradan qalxmaqda olan elementinə çevrilir.

Sadə əmtəə təsərrüfatı istehsal vasitələri üzərində xüsusi mülkiyyətə və mülkiyyətçinin şəxsi əməyinə əsaslanır. O, özünün istehsal etdiyi məhsulları satmaqla istehsal prosesini davam etdirməyə və öz ailəsinin yaşayışını təmin etməyə çalışır.

Kapitalist əmtəə təsərrüfatı isə istehsal vasitələri üzərində xüsusi mülkiyyətə və muzdlu işçilərin əməyinə əsaslanır. Burada məqsəd mülkiyyətçinin varidatını artırmaqdan ibarətdir, gəlir götürməkdir.

Bazarın meydana gəlməsinin tarixi şərtləri içərisində ictimai əmək bölgüsü və ixtisaslaşmanın mühüm əhəmiyyəti vardır. Əmək bölgüsü və əməyin ixtisaslaşması dedikdə, məhdud miqdarda ehtiyacların hər birinin spesifik xüsusiyyətlərindən daha səmərəli istifadə etmək üçün ayrı-ayrı fəaliyyət sahələrində konkret iş növlərinin yerinə yetirilməsi üçün nisbi əlahiddələşmə başa düşülür. Hansı həcmdə həyata keçirilməsindən asılı olmayaraq əmək bölgüsü əmək məhsuldarlığının yüksəlməsinə səbəb olur. Müxtəlif peşələrin və ixtisasların bir-birindən ayrılması da bu üstünlüklərlə əlaqədardır. İstənilən sahədə əmək məhsuldarlığının yüksəlməsi, istehsal olunan müxtəlif növ nemətlərin kəmiyyətcə artması və keyfiyyətin yaxşılaşması əmək bölgüsü və əməyin ixtisaslaşdırılması nəticəsində mümkün olur. Əmək bölgüsü və əməyin ixtisaslaşmasının nəticələri insanların qabiliyyətləri və istedadlarındakı fərqlərə əsaslandıqda daha “səmərəli” olur. Əmək bölgüsünün meydana gəlməsi və onun getdikcə dərinləşməsi bazarın meydana gəlməsinin obyektiv şərtlərindən biridir. Bazarın meydana gəlməsinin digər şərti istehsalçıların iqtisadi cəhətdən əlahiddələşməsidir. Əmtəə mübadiləsi ekvivalentliyə əməl olunmasını nəzərdə tutur. Hər bir istehsalçı öz əmtəəsinə ekvivalent olan başqa bir əmtəə əldə etməyə çalışır. Bu isə iqtisadi mənafelərin əlahidləşməsi əsasında mümkündür. Bu isə tarixən xüsusi mülkiyyətin bazasında meydana çıxmışdır. Sonralar isə o kollektiv mülkiyyətə əsaslanmağa başlamışdır.

2.Bazar ayrı-ayrı əmtəələr və xidmətlər üzrə satıcılarla alıcıların birgə fəaliyyət mexanizmi olmaqla iqtisadi münasibətlərdə tələblə təklifin məcmusu, hər hansı əmtəə üzrə bir qrup adamın sövdələşməsi ilə baş verən sıx fəaliyyət münasibətləri və əmtəə-pul münasibətləri formasıdır. Bazarın iqtisadi mahiyyəti öz əksini onun funksiyalarında tapır. Bu funksiyaları birləşdirmə, tənzimləyici, həvəsləndirici, qiymət əmələgəlmə, nəzarət, vasitəçilik, informasiya, qənaətçilik təşkil edir. Bazar iqtisadi mənada, əmtəə istehsalının zəruri tərkib hissəsi, əmtəələrin satın alınması və satılması ilə əlaqədar olan sövdələşmələrin toplusudur. Bazar təkrar istehsal prosesinin fasiləsizliyinin və istehsalçılarla istehlakçılar arasında etibarlı əlaqə yaradılmasının təmin təmin olunmasında, iqtisadiyyatın bütöv tam halında, dünya təsərrüfatı ilə üzvi şəkildə birləşməsində tənzimləyici rol oynayır. Bazarın ən mühüm funksiyalarından biri də tənzimləyici funksiyasıdır. Bu bazarın birinci növbədə istehsala təsir göstərməsi ilə əlaqədardır. Bazarın tənzimlənməsində tələblə təklif arasındakı nisbət mühüm rol oynayır.

3. Bazarın tipologiyası dedikdə inkişaf etməmiş, azad tənzimlənən və deformasiya edilmiş bazar başa düşülür. İnkişaf etməmiş bazarda bazar münasibətləri təsadüfi, əsasən əmtəə (barter) səciyyəvidir. Burada cəmiyyət üzvlərinin təbəqələşməsi və digər əmtəənin istehsalına maraq güclənir.

Azad (klassik) bazar - istehsalçıların sayı. İştirakçıların sayı məhdud olan qiymətlərin hər hansı xarici amillərdən asılı olmadan yalnız tələb və təklifin uyğun olaraq müəyyən edildiyi, yəni tələb və təklif qiymət şərtlərinə sərbəst ifadə edildiyi bazardır. Azad bazarın üstünlükləri ondan ibarətdir ki, o, özü-özünü tənzimləyən mexanizm əsasında fəaliyyət göstərir. O, tələbə əsaslanan qiymət vasitəsilə istehsalatda kapital qoyuluşunu istiqamətləndirir. Bu defisit yaranmayacağı əvvəlcədən məlum olan bazar mexanizmidir.

Tənzimlənən bazar cəmiyyətin sivilləşməsi və humanistləşməsinin nəticəsidir ki, bu zaman dövlət cəmiyyətin ayrı-ayrı üzvlərinin maraqlarına bazarın zərbəsini zəiflətməyə çalışır. Dövlət müəyyən dərəcədə bazarın fəaliyyəti üçün şərait yaradır. Onun bazar münasibətlərinə həddən artıq qarışması onların deformasiyası ilə nəticələnir. İnzibati amirlik iqtisadi sistemində bazar deformasiyaya uğrayır.

Bazar ilk dəfə xırda əmtəə istehsalı şəraitində gündəlik tələbat məhsullarının reallaşdırdığı sadə formada meydana gəlmişdir. Bazarın daxili quruluşu, onun keyfiyyəti, yerləşməsi, ayrı-ayrı elementlərinin düzülüşü və onların hər birinin bazardakı xüsusi çəkisi özünü bazarın strukturunda əks etdirir.



4. Ümumiyyətlə, bazar strukturu, bazara daxili quruluşunu, elementlərinin qarşılıqlı əlaqə səviyyəsini müəyyən etdiyindən, onu bir sıra meyarlar üzrə təsnifatlaşdırmaq olar. Bu meyarlar aşağıda qeyd edilənlərdir. İqtisadi təyinatına görə; əmtəə və məhsul qruplarına görə, məkan və ya coğrafi mahiyyətinə görə, rəqabət mühitinin formalaşmasına görə bazar subyektivlərinin növünə görə, bazar obyektlərinin növünə görə, bazar iqtisadiyyatında qanunvericiliyinin qorunması.

B azarın obyektləri üzrə strukturu aşağıda qeyd edilən bazar növlərini yaradır. Əmtəə və xidmətlər bazarını, iş qüvvəsi bazarı, istehsal vasitələri bazarı, qiymətli kağızlar bazarı, valyuta bazarı, innovasiya bazarı, informasiya bazarı, lisenziyalar bazarı və s. Bazar strukturu subyektivlərinə görə bazarın qeyd edilən növlərini yaradır. Bura alıcı bazarı, satıcı bazarı, dövlət təşkilatları bazarı, aralıq satıcı-vasitəcilər bazarı daxildir.

İnfrastruktur fəaliyyətdə olan strukturlara xidmət göstərən müəssisə və sahələrin toplusudur. İnfrastruktur latınca “İnfra” və “Struktura” sözündən əmələ gəlib. Mənası “alt quruluş” deməkdir. Ümumiyyətlə bunu xidmət edən struktur kimi də adlandırmaq olar. Bazar iqtisadiyyatı on milyonlarla istehsalçı və istehlakçılar arasında meydana çıxan qarşılıqlı əlaqələrin mürəkkəb mexanizmdir. Bu da bazar infrastrukturunun yaradılmasını zəruri edir. Bazar infrastruktur bazarda tələb və təklifin tarazlığı ilə tənzimlənən qiymətlər əsasında əmtəə və xidmətlərin reallaşması zamanı təkrar istehsal prosesinin fasiləsizliyini təmin edən maddi, texnoloji, informasiya, maliyyə və hüquqi xarakterli subyektlərin məcmusudur. Bazar infrastrukturu yaradılarkən, hər şeydən əvvəl hüquqi baza hazırlanır və təşkilatların fəaliyyətinə qanunvericiliklə nəzarət edilir. Bazarın fəaliyyətini təmin edən infrastruktur subyektlərinin bazaları növlər üzrə bölünür. Bu bazalardan aşağıdakıları qeyd etmək olar. Bazar infrastrukturunun təşkilatı bazası: bura birjalar, topdansatış broker və digər vasitəçilik təşkilatları, iri sənaye birliklərinin, kombinatların, konsernlərin və maliyyə-sənaye qruplarının xüsusi kommersiya strukturları, xırda topdansatış və pərakəndə ticarət müəssisələri daxildir. Bazar infrastrukturunun maddi bazası. Bura anbar və tara təsərrüfatı, nəqliyyat sistemləri aiddir.

Bazar infrastrukturunun kadr bazasına müəssisə və təşkilatların komplektləşməsi üçün kifayət miqdarda müxtəlif ixtisas və peşədən olan mütəxəssislər, müvafiq ixtisaslı kadrların hazırlanmasını və yenidən hazırlanmasını həyata keçirən təşkilatlar, işədüzəltmə orqanları, iş qüvvəsi ehtiyatlarının formalaşması və tənzimlənməsi üzrə təşkilat aiddir.



Əmtəə bazarı infrastrukturuna topdansatış və pərakəndə ticarət müəssisələri, hərraclar, yarmarkalar, əmtəə birjaları, ticarət evləri, vasitəçilik firmaları, rabitə sistemləri, bazar tənzimləyən xüsusi dövlət orqanları, maliyyə bazarı infrastrukturuna bütün bank sistemi, fond birjaları, valyuta birjaları, broker və sığorta şirkətləri, auditor firmaları daxildir. Əmək bazarı infrastrukturuna isə əmək birjaları, iş qüvvəsinə. Kadrların yenidən hazırlanmasına olan tələbin dövlət uçotu sistemləri, işçi qüvvəsi miqyasının tənzimlənməsi, əhaliyə dotasiyaların verilməsi daxildir.
Yüklə 22,15 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin