План: Мящсулларын ирялилядилмяси иля баьлы хяръляри мцяййян едян ясас амилляр



Yüklə 58,19 Kb.
səhifə5/6
tarix16.01.2023
ölçüsü58,19 Kb.
#79388
1   2   3   4   5   6
M-vzu-3 komm

Mövcud vəsaitlərdən hesablama metodundan istifadə edən fиrmalar reklam tədbiрляринə maliyyə imkanlarындan asılı olaraq gücləri çatacaq məbləğdə vəsait айырырлар. Reklaм büdcəsinin bu metodla müəyyənləşdirilməsi reklamын satışa göstərdiyi təsirə etinasız yanaşmanı göstərir. Belə halda reklam büdcəsinin həcmi əsaslarıdırılmamış, qeyri-müəyyən şəkildə formalaşır, bu isə reklaм fəaliyyətinin düzgün planlaşdırılmasыны, büdcənin ayrı-ayrı reklam tədbirləri üzrə optimal bölgüsünü çətinləşdirir və reklam kampaniyasынын səmərəliliyini aşağı salır.
Bу üsulларdan ən çox istifadə ediləni reklam xərclərinin satışın ümumi мəbləğinə faizlə nisbəti göstəricisidir. Reklam xərclərinin satışa olan nisbət göstəricisi özü özlüyündə əsas, müəyyənedici göstərici kimi çıxış etmir. O, iki dəyişən həcm göstəricilərinin nisbətini xarakterizə edir. Reklam xərcləri ilə satışын nisbət göstəricisini keçmiş dövrün təcrübəsi əsasынda müəyyən-ləşdirmək daha məqsədəuyğun hesab edilir. Əvvəlki dövrlərdə reklam xərcləri ilə satışın həcmi arasынdakı ən optimal nisbət göstəricisini tapıb müəyyən-ləşdirmək lazım gəlir. Satışa təsir edən daxili və xarici amilləri təhlil etməklə həmin nisbət göstəricisinin dəqiqləşdirilməsi həyata keçirilir və ən optimal faiz göstəricisi müəyyənləşdirilir. Sonradan planlaşdırılan dövrdə satışын plan həcmi ilə müəyyənləşdirilmiş faiz göstəricisi əsasынda plan dövrünə reklam büdcəsinin həcmi hesablanılır. Бu metodda mövcud olan əsas problem reklam tədbirlərinə, satışdan əldə olunan məbləğin neçə faizinin sərf edilməsinin müəyyən edilməsidir. Lakin bu hesablama metodunun da özünə məxsus çatışmazlıqları mövcuddur. Belə ki, optimal faiz göstəricisi təqribi qaydada hesablanılır. Bundan başqa, reklam büdcəsinin illər üzrə satış göstəricisinin dəyişməsindən asılılığı perspektiv planlaşmaya mane olur, bir çox amillərin təsirini nəzərə almağa imkan vermir. Satış faizi metodunun digər bir mənfi cəhəti satışın həcminin azlması zamanı reklam xərclərinin artması əvəzinə avtomatik olaraq aşağı düşməsindədir.
Мяhsul çeşidi geniş olduqda və reklam bir məhsul üzrə həyata keçiril-dikdə nisbət göstəricisində dəqiqləşdirmə həyata keçirilir.
Reklam xərclərinin satışa nisbəti göstəricisi təsdiq edildikdən sonra ən vacib məsələ qarşıdan gələn ilə satışын həcmini proqnozlaşdırmaqdan ibarətdir. Proqnozu həm sadə üsullarla, həm də fırmadaxili və xarici amilləri nəzərə almaqla mürəkkəb üsullarla həyata keçirmək mümkündür.
Əvvəlki üsulda olduğu kimi bu metodurı da bir sıra üstünlükləri və çatışmazlıqlärı vardır. İlk növbədə qeyd etmək lazımdır ki, reklam büdcəsinin satışын həcminə nisbətən faizlə hesablanması fиrmanын reklam xərclərinə gücünün çataъаьына və lazım gəldikdə bu xərclərin dəyişdirilməsinin mümkün olmasына əsas verir. Bu metod eyni zamanda fиrma rəhbərliyinə məhsulun qiyməti, məhsul vahidinə düşən mənfəətin məbləği və reklam xərcləri arasынdakı qarşılıqlı əлaqəni nəzərə almağa, reklam üzrə rəqabət sabitliyini qoruyub saxlamağa iмkan verir. Eyni zamanda bu metodun tətbiqi perspektiv planlaşdırmanын təkmilləşdirilməsinə mane olur, bazar şəraitindən asılı olaraq qəfıldən yaranan və ya dəyişən reklam strategiyasынын reallaşdırılmasына əlavə xərclər çəkilməsини nəzərdə tutmur.
Müəssisələrdə reklam büdcəsinin müəyyən olunmasında ən çox istifadə olunan metodlardan biri də bazarda iştirak həcminə görə hesablanma metodu-dur.Bu metoda əsasən müəssisələr bazarda iştirak paylarına görə reklam xərclərini müəyyən edirlər.Yəni, əgər müəssisə bazarda 20% paya malikdirsə, onda həmin müəssisə fəaliyyət göstərdiyi sahədəki ümumi reklam xərclərinin ən azı 20% miqdarında reklam büdcəsinə malik olmalıdır.Bazara yeni məhsul çıxarıldıqda isə reklam xərcləri iki ildən sonra nail olunması proqnozlaşdırılan bazar payından 1,5 dəfə çox olmalıdır.Başqa sözlə, əgər firma iki ildən sonra 10% bazar payına malik olmaq istəyirsə, onda ilk iki il ərzində müəssisənin fəaliyyət göstərdiyi sahədəki ümum reklam xərclərinin 15%-ni sərf etməlidir
Reklam xərclərinin müəyyən olunmasının daha bir geniş yayılmış metodu məqsəd və vəzifələrə əsasən hesablanma metodudur.Son illər bu metod geniş yayılmışdır. ABŞ- da müəssisələrin 80% reklam xərclərinin müəyyən edilməsində bu metoddan istifadə edirlər. Firmanın qarşıya qoyduğu məqsəd və vəzifələrdən asılı olaraq reklam xərclərinin planlaşdırılması həyata keçirilиr və reklam büdcəsi hesablaныr. Bu məqsədlə müəssisə ilk növbədə marketinq kompleksində, o cümlədən reklam fəaliyyətinin həyata keçirilməsində qarşıya qoyulan məqsədləri müəyyən etməlidir.Məqsəd və vəzifələrə əsasən hesab-lanma metodunun əsas fərqi ondadır ki, bu metoddan istifadə müəssisənin əsas məqsədlərinin və bu məqsədlərə çatmaq üçün reklamdan istifadə yolla-rının müəyyən olunmasını nəzərdə tutur.Reklam burada məhsulların satışını təmin edən marketinq aləti kimi nəzərdən keçirilir.
Bu metoda əsasən reklam büdcəsi aşağıdakılara əsasən formalaşır:
1) Konkret məqsədlərin müəyyən olunması;
2) Müəyyən olunmuş məqsədlərə çatmaq üçün həyata keçirilməsi lazım olan vəzifələrin təyin edilməsi;
3) Vəzifələrin yerinə yetirilməsi üçün sərf olunan xərclər.
Bu üsuldan istifadə edilməklə reklam xərclərinin hesablanması olduqca mürəkkəb və geniş bir prosesdir. Bu zaман ilk mərhələdə məqsədlər forma-laşdırılır. Məsələn, satışын və mənfəətin hansı həcmini əldə etmək lazımdır?, hazırda müəssisələrin xüsusi çəkisi necə olmalıdır? və s. Məqsədlər müəyyən edildikdən sonra əsas vəzifələr müəyyənləşdirilir. Bu zaman qarşıya qoyulan məqsədə çatmağa imkan verən reklam strategiyası və taktikası müəyyən-ləşdirilir. Bundan sonra reklam proqramı tərtib edilir və onun optimal hesab edilən təqribi dəyəri мüəyyənləşdirilir. Məhz bu, reklam büdcəsinin müəyyən edilməsinin əsasını təşkil edir. Bu üsul müəyyən edilmiş reklam büdcəsinə dövrü surətdə yenidən baxılmasыны və lazım gəldikdə ona dəyişikliklər edilmə-sini nəzərdə tutur.
Bu metodun ən üstün cəhəti onun dəyişən bazar şəraitinə tez uyğun-laşması və əldə olunmuş nəticələrə görə lazım olduqda dəyişdirilə bilməsidir.

Yüklə 58,19 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin