Rəqiblərəəsaslanan hesablama metodu. Bu metoddan istifadə edən fиrmalar rəqiblərin reklam xərcləri əsasынda öz reklam xərclərini müəyyən-ləş-dirirlər. Bu zaman rəqiblərin reklam xərcləri, məhsul satışынын həcmi, xərclərin satışa nisbət faizi, bazar payı göstəriciləri təhlil edilir və onlarын əsasında müəssisə öz reklam xərcləri barədə qərar qəbul edir. Eyni zamanda qeyd etmək lazımdır ki, bazar payı çox, reklaм xərcləri isə eyni olan müəssisə bazarda daha üstün və səmərəli vəziyyətdə olan müəssisə hesab olunur.
Xərclərin planlaşdırılmasына əsaslanan üsuл. Müəssisələr bazara yeni məhsul çıxararkən daha çox reklam xərclərinə yol verirlər və bu da bir çox hallarda müəssisəнин ilk dövrdə ziyanla və yaxud çox az gəlirlə işləməsinə gətirib çıxarır. Bu o vaxta kimi davam edir ki, müəssisə kifayət qədər satış həcminə və optimal rentabellik sə viyyəsinə nail olsun. Müəssisənin ziyanla və ya az mənfəətlə işləməsinin, bunun hansı xərclər hesabына baş verdiyini, satışын və mənfəətin optimal səviyyəsinə nə vaxt və necə nail olmağын mümkünlüyünü müəyyənləşdirмяk üçün xərclər planı tərtib edilir. Planda nəzərdə tutulan мəhsul bazara çıxarılmazdan bir ay, bəzən isə ondan da bir qədər əvvəl məhsul haqqынda geniş reklam kampaniyası həyata keçirilir, istehlakçılarын məhsulla taнышlığыны təmin edən reklam xarakterli informasiya yayılır. Bu mərhələlərdən sonra xırda partiyalarla məhsulun yoxlama xarakterli satışı həyata keçirilir. Əgər istehlakçılar yoxlama alışынdan sonra təkrar alış həyata keçirirsə, deməli həmin məhsula artıq istehlakçı tələbatı artmağa başlamışdır. Bu mərhələdən sonra müəssisə məhsulun satış tezliyi haqqынda məlumat əldə etməyə çalışır və bu göstərici məhsulun istehlakçılar tərəfинdən necə qəbul edildiyini qiymətləndirməyə imkan verir. Xərc maddələrinin təhlili müəssisəyə reklamla bağlı hansı xərclərə yol verildiyini müəyyən etməyə imkan verir. Bu xərclərin yekun məbləği satışын planlaşdırılan həcmi ilə, əldə edilməsi nəzərdə tutulan mənfəətin məbləği ilə müqayisə olunur və hansı səviyyədə reklam xərclərinə yol verildiyi müəyyənləşdirilir.
Reklam büdcəsi işlənib hazırlandıqdan sonra onun müxtəlif yayım vasitələri və reklam tədbirləri üzrə bölüşdürülməsi həyata keçiriliр.