1. Məktəbin bir kollektiv kimi xarakteristikası. Məktəb kollektivinin tərbiyəlilik, intizamlılıq, mənimsəmə səviyyəsi. Məktəbin ictimaiyyətlə əlaqəsi. Məktəbin sinif kollektivinə təsiri.
2. Sinif kollektivinin rəsmi strukturu. Sinfin tərkibi. Onun fəalları. sinif nümayəndəsinin, kollektivin hörmətini qazanan şagirdlərin xarakteristikası.
3. Sinif kollektivinin tədris fəaliyyətinin təşkilinin ümumi xarakteris- tikası. Sinfin mənimsəmə göstəriciləri. Ayrı-ayrı fənlərə münasibət.
4. Sinif kollektivinin ictimai-faydalı işdə iştirakı.
5. Sinfin intizamı, şagirdlərin davranış normalarının, sosial davranış, vərdiş və adətlərinin vəziyyəti.
6. Sinif kollektivinin ictimai əhəmiyyətə malik olan məqsədləri. Sinif kollektivi üzvlərinin birliyi. Kollektivdə ictimai rəy.
7. Şəxsiyyətlərarası münasibətlər. Yoldaşlıq münasibətləri. Şagirdlərin mikroqruplardakı qarşılıqlı əlaqəsinin xüsusiyyətləri. kollektivə xüsusi təsir edə bilən şagirdlərin olması.