Psixoloji profilaktikanın əsas məqsədi insanlarda psixoloji müdafiə bacarıqlarını formalaşdırmaqdan, psixi və davranış sahəsində meydana çıxan qüsurların aradan qaldırılması üçün müvafiq qabaqlayıcı tədbirləri müəyyən- ləşdirmək və həyata keçirməkdən ibarətdir.
ç/ Psixoloji korreksiya təhsil sistemində ən mürəkkəb sahələrdən biridir. Psixoloji korreksiya yalnız o halda həyata keçirilir ki, psixi qüsur və ya normadan kənara çıxma halları mərkəzi sinir sisteminin üzvi zədələnməsi və ya psixi xəstəlik mənşəli olmasın. Psixoloji korreksiya fiziki cəhətdən sağlam adamların psixikası və davranışındakı qüsur və çatışmazlıqların aradan qaldırılması üçün psixoloqun istifadə etdiyi psixoloji təsir priyomlarının məcmusudur.
Psixokorreksiyanın təsir vasitələri insanın yeni həyat şəraitinə yaxşı uyğunlaşması, gündəlik daxili və xarici gərginliklərin aradan qaldırılması, müxtəlif münaqişələrin həll edilməsi, insanların zərərli vərdiş və meyllərdən xilas edilməsini nəzərdə tutur. Pedaqoji təcrübədə tətbiq edilən psixokorreksiyanın əsas vəzifələri bunlardır:
1/ Adamlarda ünsiyyətə tələbat, ünsiyyətçilik hissini formalaşdırmaq;
2/ İnsanın şəxsiyyət kimi özünüaktuallaşdırmasını təmin etmək;
3/ İnsada şəxsiyyətlərarası münasibət və davranışın səmərəli formalarını yaratmaq və möhkəmləndirmək;
4/ İnsanın ictimai həyata daha fəal cəlb olunmasını təmin etmək və özünə qarşı məsuliyyətliliyinə təhrik etmək;
5/ məktəbdə təhsil dövründə və dərsdənkənar iş prosesində uşaqların inkişafı istiqamətində inkişafetdirici-korreksiya işləri aparmaq.
Təhsil müəasisələrində psixokorreksiya sahəsində iş aparan praktik psixoloq hər bir uşağın fərdiyyətini öyrənməklə onun təlimi, tərbiyəsi və inkişafı üçün şəxsi məsuliyyət daşıdığını dərk etməlidir.
Deməli, psixoloji korreksiya üzrə işlərin sistemində uşaqlarda inkişaf qüsurlarının, idrak prosesləri, ünsiyyət tələbatı və davranışla bağlı qüsurların aradan qaldırılmasına yönəlmiş fəaliyyət üsün yer tutur.
d/ Psixoloji konsultasiya psixoloji praktikanın terapiyadan ayrılmış nisbətən yeni müstəqil sahələrindən biridir. Bu sahə klinik qüsurları olmayan, lakin psixolji yardıma ehtiyacı olan insanların həyati tələbatlarından yaranmışdır. Psixoloji konsultasiyanın məqsədi müştərinin gündəlik həyatda qarşılaşdığı şəxsiyyətlərarası və emosional xarakterli çətinlikləri anlamaqda və onların həll edilməsində kömək göstərməkdən ibarətdir.
Konsultasiya hər bir insana öz şəxsi istəklərinə uyğun davranış proqramı seçməkdə və ona müvafiq hərəkət etməkdə, yeni şəraitə uyğunlaşmaqda, şəxsiyyətin iradi, intellektual və emosional sahədə yaranan problemlərin həllində kömək göstərmək məqsədi daşıyır.Psixoloji konsultasiya sahəsində çalışan mütəxəssis ona müraciət edən müştərinin şəxsiyyətinə hörmətlə yanaşmalı, onun fərdiyyətini, yaşama hüququnu tanımalı, sərbəst seçim hüququna hörmət bəsləməlidir Mütəxəssis konsultant belə bir cəhəti diqqət mərkəzində saxlamalıdır ki, istənilən təlqin və təzyiq insana öz problemlərini düzgün həll etməkdə, hərəkətləri üçün məsuliyyəti öz üzərinə götürməkdə mane olur.
Məktəb psixoloqu aşağıdakı hallarda məsləhət verməli olur:
şagirdlərin tədris materialını mənimsəmələrindəki çətinliklər;
oxumaq həvəsinin olamamsı və oxuya bilməmələri ilə bağlı çətinlik;
müəllimlə siniflə arasında münaqişə yarandıqda;
aparılan pedaqoji təsir vasitələri nəticə vermədikdə;
ünsiyyətdəki çətinliklərlə bağlı çətinlik olduqda;
şagirdlərin maraq, meyl və qabiliyyətləri ilə bağlı çətinlik və s.
Psixoloqun valideynlərə psixoloji məsləhəti aşağıdakı məsələləri əhatə edə bilər: uşağı məktəbə necə hazırlamaq, onların təlimə marağını necə inkişaf etdirmək, oxumaq istəməməsi, hafizəsinin zəifliyi, dalğınlıq, inadkarlıq, qorxaqlıq, sözə baxmamaq, laqeydlik və s. kimi halları aradan qaldırmaq, yaşlılara mehriban münasibəti hansı yollarla tərbiyə etmək və s.
2. Məktəbə psixoloji xidmətin 3 aspekti mövcuddur: müasir məktəb şəraitində psixoloji biliklərin professional tətbiqinin yol, vasitə və metodlarını yaratmaq məqsədilə şagirdlərdə psixi inkişafın və şəxsiyyətin formalaşmasının qanuna- uyğunluqlarını öyrənmək (elmi aspekt); tədris proqramlarının tərtibi, dərsliklərin hazırlanması, didaktik və metodik materialların psixoloji əsaslarının işlənməsi, müəllimin psixoloji hazırlığı və s. sahələri özünə daxil etməklə bütün təlim və tərbiyə prosesini psixoloji cəhətdən təmin etmək (tətbiqi aspekt); psixoloqların məktəbdə bilavasitə işləmələri (praktik aspekt).
Bu aspektlərin vəhdəti məktəbə psixoloji xidmətin mövzusunu təşkil edir. Onları həyata keçirmədən psixoloji xidmətin səmərəliliyi mümkün deyildir:
Dostları ilə paylaş: |