Plan: Pedaqoji psixologiyanın mövzusu və vəzifələri 2


Özünüidarəetmənin inkişafı



Yüklə 135,86 Kb.
səhifə81/86
tarix17.04.2022
ölçüsü135,86 Kb.
#55630
1   ...   78   79   80   81   82   83   84   85   86
Ped.ps.TSPX.-45s.mühazirə.doc.

Özünüidarəetmənin inkişafı - müəllimləri fəal idarəetmə fəaliyyətinə cəlb etmək, pedaqoji kollektivdə hər bir müəllimin əmək və yaradıcılıq fəallığını səmərəli şəkildə təşkil etmək üçün zəruri olan ictimai rəyin təşəkkülü, müəllimlərdə öz məktəbinin sahibi olması hissinin, öz kollektivinin təlimtərbiyə fəaliyyətini, onda psixoloji iqlimin bütün cəhətlərinin təkmilləşdirilməsinə təsir etməyə yönəldilən tələbat və bacarıqların inkişafı.


MÖVZU 22. MƏKTƏBƏ PSİXOLOJİ XİDMƏTİN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ
PLAN:

  1. Məktəbə psixoloji xidmətin məqsəd və vəzifələri


1. Təhsil sistemində psixoloji xidmət cəmiyyətin inkişafının müasir mərhələsində və perspektivdə ən zəruri komponentlərdən biridir. Onun təbiqinin məqsədəmüvafiqliyi hər bir uşağın fərdi xüsusiyyətlərinin, həyata yaradıcı münasibətinin inkişaf etdirilməsi tələbatı ilə müəyyənləşdirilir. Təhsil sistemində psixoloji xidmət təhsil müəssisələrində psixoloji biliklərdən ekspertiza, diaqnostika, korreksiya, konsultasiya və s.məqsədlər üçün kompleks istifadəni nəzərdə tutan praktik fəaliyyət sistemidir.

Psixoloji xidmətin əsas məqsədi uşaqların intellektual imkanlarının, şəxsiyyətyönümlü potensiallarının, təbii imkan və qabiliyyətlərinin, maraq və meyllərin vaxtında aşkara çıxarılmasını, təlim və tərbiyə prosesləri vasitəsilə maksimum inkişaf etdirilməsini təmin etməkdən ibarətdir. Psixoloji xidmət uşaqların psixi inkişafının imkanlarını aşkara çıxarır, onların pedaqoji proses vasitəsi ilə reallaşmasına əlverişlik imkan yaradır. Uşaqların əksəriyyətindən öz psixi inkişafının göstəricilərinə görə geri qalan uşaqların inkişafında ləngiməməyə səbəb olan amilləri vaxtında aşkara çıxaran psixoloq bu səbəblərin aradan qaldırılmasına yönəlmiş məqsədyönlü fəaliyyəti ilə fəal rol oynamış olur.

Təhsil sistemində psixoloji xidmətin başlıca məqsədi məktəbəqədər və məktəb yaş dövründə uşaqların, böyüməkdə olan nəslin fərdiyyətinin, həyata yaradıcı münasibətinin formalaşmasına digər subyektlərlə birlikdə fəal təsir göstərməkdən ibarətdir. Onun fəaliyyət sahəsində uşaqların maraq və meyllərinin inkişaf etdirilməsi, şəxsiyyətinin və intellektinin formalaşmasında qüsurlu səbəb olan amillərin müəyyənləşdirilməsi,bu cür qüsurların profilaktikası və korreksiyası, yəni onların qarşısının alınması üşün müvafiq tədbirlərin görülməsi vəzifələri ön planda durur.

Təhsildə psixoloji xidmətin ən mühüm vəzifələrindən biri şagirdlərin psixi cəhətdən sağlamlığının təmin edilməsindən ibarətdir. Elmi tədqiqatlar çoxdan sübut etmişdir ki, psixi sağlamlığın əsasını ontogenezin bütün mərhələlərində sağlam psixi inkişaf təşkil edir. Psixi sağlamlığa qayğı insanın daxili aləminə qayğıkeş münasibət tələb edir. Təhsildə psixoloji xidmət bu vəzifələrin həyata keçirilməsi üçün ilk növbədə əlverişli təhsul və tərbiyə mühitinin yaradılmasını, hər bir uşağın ruhi-mənəvi inkişafı, psixi sağlamlığı naminə normal psixoloji-pedaqoji amillərin olmasını tələb edir. Belə şəraiti psixoloq yalnız təkbaşına deyil, müəllim və uşaqların valideynləri ilə birlikdə yarada bilər. İnkişafın müxtəlif dövrlərində uşaqların psixi, psixofizioloji və şəxsiyyət baxımından normal inkişafını təmin etmək təhsil sistemində psixoloji xidmətin qarşısında duran ən başlıca vəzifədir.

Bu baxımdan təhsildə psixoloji xidmət uşağın inkişafı naminə aşağıdakı əsas istiqamətlətə yönəlməlidir:

1/ Təlim-tərbiyə müəssisələrində şəxsiyyətin inkişafını təmin edə biləcək həyat tərzinin formalaşdırılması;

2/ Uşağın inkişafı üçün bağçada, məktəbdə, internatda inkişafı üçün əlverişli psixoloji iqlimin yaradılması, hərbir inkişaf mərhələsində bu və ya digər fəaliyyət sahəsində maksimum müvəffəqiyyətin əldə edilməsinin təmin olunması;

3/ İnsanın hər bir yaş mərhələsində şəxsiyyət, intellektual və peşə hazırlığı baxımından maksimum təmin edilməsi, uşaqlarla iş zamanı onların inkişaf imkanlarının öyrənilmsəi və onların reallaşdırılması;

4/ Hər bir uşağa fərdi yanaşmanın təmin edilməsi, fərdi xüsusiyyətlərin, maraq və meyllərin, hiss və münasibətlərin, əyləncə və həyat planlarının inkişaf etdirilməsi;

5/ Uşağın pedaqoji və psixoloji baxımdan öyrənilməsi;

6/ Şəxsiyyət və intellektual baxımdan kənara çıxma hallarının profilaktikası və korreksiyasının həyata keçirilməsi;

7/ Böhranlı və ekstremal vəziyyətlərdə uşaq və yeniyetmələrə, müəllim və valideynlərə kömək göstərmək;

8/ Ailədə uşaqların tərbiyəsi, əlverişli ailəmikromühitinin yaradılması üçün valideynlərə, onları əvəz edən şəxslərə psixoloji məsləhətlər vermək;

9/ Uşaqlara, valideynlərə, müəllim və tərbiyəçilərə öz vaxtında psixoloji yardım göstərmək və s.

Tərbiyə sistemində psixoloji xidmətin qarşısında duran ən başlıca, həm də ən mürəkkəb vəzifə təlim və tərbiyənin keyfiyyətinin yüksəldilməsinə xidmət edən tədbirlərin daim nəzarətdə saxlanılmasıdır. Bu proseslərin uşaqların inkişafının təbii və daim nəzarətdə saxlanılmasıdır. Bu proseslərin uşaqların inkişafının təbii və sosial qanunlarına uyğunlaşdırılması, təlim və tərbiyə nəzəriyyəsinin əsas müddəaları ilə uzlaşdırılmasının zəruriliyi praktik psixoloqun fəaliyyətinin əsas sahələrindən biridir.


Yüklə 135,86 Kb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin