Plan: Psixologiyanın predmeti və praktik xüsusiyyətləri


Mövzu 21.Pedaqoji fəaliyyətin xüsusiyyətləri



Yüklə 2,3 Mb.
Pdf görüntüsü
səhifə23/25
tarix07.06.2020
ölçüsü2,3 Mb.
#31819
1   ...   17   18   19   20   21   22   23   24   25

Mövzu 21.Pedaqoji fəaliyyətin xüsusiyyətləri 
Plan: 
 
                                  1.Pedaqoji fəaliyyətin mahiyyəti və strukturu 
                                  2.Pedaqoji funksiyaların mahiyyəti 
                                  3.Pedaqoji ünsiyyət və onun cəhətləri 
 
1.Pedaqoji fəaliyyətin mahiyyəti və strukturu 
 
               Fəaliyyət- insanın müəyyən tələbatları əsaında əmələ gələn, dərk olunmuş məqsədlə 
tənzim  olunana  daxili  və  xaraici  fəaliyyətin  məcmuyudur.  Fəaliyyət  insanların  həytada 
istədiklərini  əldə  etməsinə,  fəallıq  göstərməsinə,  öz  mövqeyini  tutmasına  və  ən  əsası 
yaşamasına  xidmət  edir.  Müəllimdə  fəaliyyət  vasitəsilə  şagirdləri  tərbiyə  edir  və  onları 
gələcəyə bir vətəndaş kimi hazırlayır. Müəllimin fəaliyyəti nəticəsində uşaqlar inkişaf edir və 
öz istiqamətlərini müəyyənləşdirə bilirlər. Fəaliyyətin iki istiqamətini qeyd edirlər. 
        Daxili  fəallıq-yəni  insan  öz  fəaliyyəti  haqqında  götür-qoy  edir.  Özünün  işinin  nədən 
ibarət olduğunu dərk edərək özünü bu işə hazırlayır. 
Xarici  fəallıq-insan  özündə  dərk  etdiyi  fəliyyət  məsuliyyətini  həyata  keçirməyə  çalışır  və 
bunun üçün öz işini qurur. 
        Fəaliyyət 
bütün 
sahələrə 
aid  edilir,amma  bizim  danışacağımız  pedaqoji 
fəaliyyətdir.Pedaqoji  fəaliyyəti  təşkil  edən  müəllimdir.Pedaqoji  fəaliyyətdə  müəllimin  özüdə 
şagirdlər  ilə  birlikdə  inkişaf  edir  və  formalaşır.  Hər  bir  sahənin  sirrləri  olduğu  kimi  bu 
sahənində  öz  sirrləri  var.  Müəllim  bu  sirrlərə  yiyələnməli  və  ondan  istifadə  etməyi 
bacarmalıdır. Müəllimin peşə fəaliyyətinin uğurlu alınması üçün gərək müəllim öz peşəsini və 
uşaqları  sevsinki,onları  gələcəyə  hazırlaya  bilsin.Müəllim  özündən  yaşlı  və  təcrübəli 
müəllimlərdən  məsləhət  ala  bilər.  Bu  yollada  o,  peşənin  sirrlərini  əldə  etmiş  olar.  Bəzən 
müəllimlər  öz  işlərinə  laqeyid  yanaşır  və  onu  icra  etməyə  səy  göstərmirlər,yəni,onlara 
məsuliyyət hissi duymurlar. Belə müəllimlərin işi uğurlu alına biməz.Belə olduqda şagirdlərdə 
onları sevmir və təlimə yiyələnməkdən imyina edirlər. 
    2.  Pedaqoji fəaliyyət müasir dövürdə diqqəti çəkən əsas məsələlərdəndir.Çünki,bu fəaliyyət 
vasitəsilə  şəxsiyyət  yetişir  və  inkişaf  edir.Lazımdırki,bu  iş  müasir  tələblər  əsasında  təşkil 
olunsun.Pedaqoji  fəaliyyət  hərtərəfli  bir  məsələdir.Bu  işi  təşkil  etmək  üçün  gərək  pedaqoji 
fəaliyyətlə 
bağlı  bütün  sahələrə  toxunulsun.Bu  pedaqoji  fəaliyyəti  tamamlayan 
sahələrdi.Hansıki,bu  sahələrin  köməyi  ilə  pedaqoji  fəaliyyət  öz  inkişaf  yolunu  seçir.Bu 
sahələrə aşağıdakıkar aid edilir. 
         Pedaqoqika- bu sahənin köməyi ilə məllimlər şagirdləri tərbiyə edə və onların inkişafını 
düzgün əxlaqi qaydalarla istiqamətləndirə bilərlər. 

         Pedaqoqikanın  bir  bölməsi  hesab  edilən  didaktika  isə-pedaqoji  fəaliyyətə  aid  edilən 
qanun  və  qanunauyğunluqlar  əsasında  şagirdlərə  təlimi  tətbiq  etməyi  təkilif  edir.Bu 
qanunauyğunluqlar  təlimin  qanunauyğunluqları  hesab  edilir.Pedaqoji  fəaliyyətdə  nəzərə 
alınması  zəruri  hesab  edilən  vacib  məsələdir.Çünki,bu  qanunauyğunluqların  əsasında  təlimi 
prinsipləri  təşkil  olunur.Pedaqoji  fəaliyyət  bu  prinsiplərsiz  heç  cürə  aparıla  bilməz.Təlimin 
təşkili bu məsələrin düzgün qavranılmasında və düzgün tətbiqindən asılıdır. 
Metodlar  və  metodikalar  bölməsi  isə-  müasir  təlim  tələblərinə  uyğun  metodlar 
işləyib,hazırlayır.Peşəkar  müəllimlər  hər  bir  şagirdin  imkanlarına  əsasən  metodikalar  tərtib 
edir.Bu  metodikalar  hazırlanması  müəllimlərin  bilik,bacarığından  asılıdır.Müəllim  nə  qədər 
təcrübəli  olsa,öz  işinin  öhdəsindən  gələməyi  bacarsa  metodikalaıda  hazırlaya  bilər.İlk  öncə 
müəllim  dərs  dediyi  şagirdlərin  xüsusiyyətlərini  yaxşı  bilməli  və  buna  uyğun  da  metodika 
tərtib etməlidir. 
         Tərbiyənin  prinsip  və  təşkili  yollarını  bilmədən  müəllim  şagirdlərə  tərbiyəvi  üsulları 
aşılaya  bilməz.Pedaqoji  fəaliyyət  həm  təlim,həm  tərbiyə,həmdə  inkişaf  prinsipləri  əsasında 
tətbiq  edilməlidir.Bunlarda  hansısa  birinin  işinin  ləngiməsi  pedaqoji  fəaliyyətdə  uğursuzluğa 
səbəb olar.Bunun üçündə bunları hər üçünün işi düzgün təşkil olunmalıdır. 
3.Pedaqoji  fəaliyyətin  psixoloji  xüsusiyyətlərinə-müəllimin  öz  peşəsini  necə  dərk 
etməsi,öz  işini  necə  yeriniə  yetirməsi,hansı  tələblərə  əsaslanıb  təlimi  təşkil  etməsi,çətin 
vəziyyətdən necə çıxmağı.dərsi hənsı metodlar əsasında qurmağı aid edilir. 
         Pedaoji  fəaliyyətin  yaxşı  alınması  üçün  bir  sıra  tələblərə  əməl  olunmalıdır.Bunlardan 
aşağıdakıları qeyd edək. 
-pedaqoji  fəaliyyətin  tələblərini  müəllim  və  şagirdlər  aydın  dırk  etməli  və  ona  əməl 
etməlidirlər. 
        -hər bir pedaqoji fəaliyyət müəyyən vaxtda və şəraitdə həyata keçirilməlidir. 
        -pedaqoji fəaliyyət müəllim və şagirdsiz təşkil oluna bilməz. 
        -pedaqoji fəliyyət hər bir şagirdin fərdi imkanları əsasında qurlmalıdır. 
        -paedaqoji fəaliyyətəd iki tərəf iştirak edir.Müəllim və şagirdlər.Bunlar fəaliyyət zamanı 
bir-  birilə  ünsiyyətdə  olurlar.Yəni,bunların  əməkdaşlığı  əsasında  təlim  təşkil  olunur.Bunlar 
pedaqoji fəaliyyətin əsas komponentləridirlər.Bunlarsız heç bir fəaliyyət təşkil oluna bilməz. 
         -qabaqcadan gərək pedaqoji fəaliyyətin məqsəd və vəzifələri müəllimlər tərəfindən ayrıd 
edilsin.Məqsəd aydın olmada heç bir iş uğurlu alınmaz çünki,o iş kor-koranə hesab edilər.Bu 
məqsədlər  şagirdlərə  əsasən  həyata  keçirilir.Çünki,müəllim  vasitələrindən  istifadə  edərək 
məqsədi tətbiq edir
         Hər  bir  müəllim  öz  üzərində  çalışmalı,texnikanın  yenilikləri  ilə  tanış  olmalı  və  bu 
yeniliyi öz işinə gətirməyi bacarmalıdır.Müəllimin vəzifəsi gələcəyə şəxsiyyət yetişdirməkdən 
ibarətdir.Gərək  müəllim  də  öz  pedaqoji  fəaliyyətini  buna  uyğun  qursun  və  tələb  olunanları 
həyata keçirmək üçün dərsi şagirdlərin imkanları əsasında təşkil etsin.  
         4.Bildiyimiz  kimi  pedaqoji  fəaliyyət  həm  psixiloji,həm  sosial,həmdə  sosial-psixoloji 
amilərlə şərtlənir. 
Psixiloji  amil  dedikdə-yəni  müəllimin  imkanları,psixi  inkişafın  xüsusiyyətləri  və  s.  başa 
düşülür. 

Sosial  amil-yəni,müəllimin  cəmiyyətdəki  yeri  və  bir  müəllim  kimi  onun  qarşısında  duran 
vəzifələr başa düşülür. 
         Sosial-psixoloji amillərə isə-müəllimin rol gözləmələri,ustanovkaları aid edilir.      
 
 
2.Pedaqoji funksiyaların mahiyyəti 
 
         Müəllimin  şagidləri  nə  dərəcədə  formalaşdırması  onun  peşə  ustalığından  asılıdır.Bunun 
üçün müəllimin yerinə yetirməli olduğu bir neçə funksiyalar var.İndi isə bu funksiyaları deyd 
edək. 
İnkişafetdirici  funksiya-burada  müəllim  şagirdlərə  biliklər  verir  və  bu  bilikləri  praktikaya 
tətbiq  etməyi  öyrətməli  və  inkişaf  etdirməlidir.Şagirdlər  biliklərlə  silahlandırılandan  sonra 
onlardan  necə  istifadə  etmək  bacarığı  formalaşdırılır.Buraya  tapşırığı  həll  etmənin 
yolları,səmərəli  mənimsəmə  üçün  vasitələr,ümumiləşdirmə  aparmaq  bacarığı,təhli,tərkib 
etmək  qabiliyyəti və s.aid edilir. 
Tərbiyəedici  funksiya-buraya  müəllmin  şagirdləri  tərbiyə  etməsi,onlarada  əxlaqi  keyfiyyətlər 
formalaşdırmaq,insanpərvərlik  və  humanizm  kimi  xüsusiyyətlərin  aşılanması  aid  edilir.Bu 
funksiya vasitəsilə müəllimlər uşaqların əqidəsini ,elmi dünyagörüşünü daha da tərbiyə edə və 
düzgün səmtə istiqamətləndirə bilərlər. 
Kommunikativ  funksiya-bu  müəllimlərin  məlumat  verməsi  ilə  bağlı  olan  funksiyadır.Müəllim 
şagirdlər  haqqında,onların  təlimə  marağı,tərbiyəsi  ilə  bağlı  valideyinlərə  və  şagirdlərin 
özlərinə xəbərdarlığın verilməsi ilə bağlı funksiyadır.Bu funksiya vasitəsilə müəllimlər daima 
öz  müəllim  yoldaşları  ilə,valideyinlər  ilə  və  ən  əsası  şagirdlər  ilə  ünsiyyətdə  olur  və  onları 
məlumatlandırır. 
Qnostik  funksiya-müəllim  gərək  savadlı  ola  elmin  dərinliklərini  bilə  ki,şagirdlərinə  öz 
biliklərini  ötürə  bilə.Müəllim  dərsliklərdə  verilən  mətnlərə  tam  yiyələnməlidir  ki,onları 
uşaqlara  da  tətbiq  edə  bilə.O,uşaqların  götürmə  imkanlarına  uyğun  tərzdə  onlara  bilikləri 
aşılayır,bunun üçün yollar axtarır.   
Təşkilatçılıq  funksiyası-bu  müəllimin  fərdi  qabiliyyətinə  daxil  olmalı  və  onun  idarə  etdiyi 
sinifdə  özünü  göstərə  bilməsidir.Təşkilatçılıq  bir  sıra  bacarıqlar  tələb  edir.Müəllimin  sinfi 
təşkil etməsi,onun şagirdlərlə birlikdə gördükləri ekskursiya işləri,onları qrup halında saxlaya 
bilmə qabiliyyəti,sinfdən kənar tərbiyəvi işlər və s. aid edilir. 
 
           Bütün bu funksiyalara öz işində yerli-yerində və vaxtında əməl edən və istifadə etməyi 
bacaran  müəllimin  işi  uğurlu  alınar.Bu  funksiyalardan  hamısından  birdən  bir  dərsdə  istifadə 
etmək  müəllimdə  çaşqınlıq  yaradar  və  o,pedaqoj  fəaliyyətdə  səhvliyə  yol  verər.Peşəkar 
müəllim və öz işini sevən müəllim bu funksiyalardan istifadə etməyi  bacarır. 
 
 
3.Pedaqoji ünsiyyət və onun cəhətləri  
 

Ünsiyyət-iki  və  daha  çox  adamın  münasibətləri  aydınlaşdırmaq  və  ümumi  nəticə  əldə  etmək 
məqsədi  ilə  öz  əlaqələrini  birləşdirməyə  yönəlmiş  təsir  vasitəsidir.Ünsiyyət-insanların  bir-
birinə göstərdiyi təsir prosesidir.Ünsiyyət vasitəsilə insanlar özləri mənimsədiyi informasiyanı 
bir-birinə ötürür,bir-birini anlayır,bir-birini qavrayır və bununlada qarşılıqlı təmas yaranır. 
          Pedaqoji ünsiyyət isə-insanları birgə fəaliyyətə çəkən prosesdir.Bildiyimiz kimi ünsiyyət 
konkret  şəraitdə  yaranır.Pedaqoji  ünsiyyətdə  müəyyən  pedaqoji  şəraitdə  yaranır  və  inkişaf 
edir.Bu  pedaqoji  ünsiyyəti  yaradan  müəllimdir.Bu  ünsiyyət  üslubu  şagirdlə-şagird 
arasında,müəllimlə-şagird  arasında,müəllimlə-müəllim  arasında,müəllimlə  valideyin  arasında 
yarana bilər. 
         Pedaqoji fəaliyyətdə ünsiyyətin üç tərəfini ayırırlar. 
         Birinci  tərəf-ünsiyyətin  kommunikativ  tərəfidir.  Buna  informasiya  mübadiləsi  də 
deyirlər.Burada  şagirdlər  bir-birilə  ünsiyyətdə  olur  və  informasiyanı  bir-birlərinə 
çatdırırlar.Yəni,insanlrın  bildiklərini  kiməsə  danışması.Pedaqoji  ünsiyyətəd  isə-şagirdlər  və 
müəllimlər informasiyanı ötürür və eyni zamanda özləridə məlumat əldə edirlər. 
         İkinci  tərəf-ünsiyyətin  perseptiv  tərəfidir.  Yəni,ünsiyyət  zamanı  insanların  bir-birini 
qavraması  və  anlaması.İnformasiyanın  çatdırılması  şəraitində  insanların  qavraması  baş 
verir.Gərək 
qarşındakı  insanın  anlaq  səviyyəsində  onunla  pedaqoji  ünsiyyətini 
qurasanki,o,səni anlaya və qavraya bilsin. 
         Üçünçü tərəf - ünsiyyətin interaksiya tərəfidir. Burada insanlar bir-birinə təsir edir. Yəni, 
çatdırdıqları  informasiya  vasitəsi  ilə  onlar  arsında  qarşılıqlı  təsir  yaranır.  Şagirdlərə  təsir 
göstərmək  üçün  gərək  müəllim  inandırıcı  danışa  və  bunu  hərəkətlərində  də  göstərə.  İlk  öncə 
müəllim dərin biliyə malik olmalıdırki,şagirdlərlə pedaqoji ünsiyyətində onlarla qarşılıqlı təsir 
şəraitini yaratsın.  
         Pedaqoji ünsiyyətin komponentləri müəllimlər və şagirdlərdir.Bu proses fəaliyyət zamanı 
həyata  keçir.Yəni,ünsiyyət  və  fəaliyyət  qarşılıqlı  əlaqədə  formalaşır.Müəllim  pedaqoji 
ünsiyyətin  məqsədi  qabaqcadan  bilməlidir.O,bilməlidirki,ünsiyyəti  hansı  istiqamətə  yönəldsə 
səmərəli ünsiyyət alınar.Müəllim şagirdlərlə aydın və dəqiq ünsiyyət qurmalıdır,belə olduqda 
onlar  müəllimlərinin  ünsiyyətini  anlaya  bilərlər.Bəzən  müəllimlərin  nitqində  qüsurlar 
olur.Buda şagirdlər müəllimləri anlaya və düzgün qavraya bilmirlər.Onda da məna maneələri 
yaranır.Bu müəllimlərlə-şagirdlər və şagirdlərlə-şagirdlər arasında da yarana bilər.Müəllimlər 
pedaqoji  ünsiyyət  zamanı  mimika,jest  və  pantomimikadan  da  istifadə  edə  bilərlər.Bu 
vasitələrdən  istifadə  müəllimlərin  ustalığından  asılıdır.Pedaqoji  fəaliyyətdə  bəzən  mimika 
sözdən  təsirli  olur.Çünki,müəllim  hansısa  şagirdi  uşaqların  yanında  danlamaq  istəməsə  onu 
hansısa hərəkətləri ilə bildirə bilər.Bu cür vasitələrdən istifadəni psixoloqlar məsləhət görür. 
          Pedaqoji fəaliyyətlə məşğul olan hər bir müəllimin özünün fərdi ünsiyyət üslubu var.Bu 
üslub başqa müəllimlərdən fərqli olduğunu sübut edən faktordur.Müəllimlər bu fərdi ünsiyyət 
üslubuna  görə  bir-birindən  fərqlənirlər.Müəllimin  ünsiyyət  üslubu  onun  şagirdlərinin 
xüsusiyyətlərinə  uyğun  qurulmalıdır.Müasi  dərsə  verilən  tələblər  sırsaına  müəllimin 
şagirdlərilə davranışı və onlarla necə münasibətidə aiddir.Müəllimin sinfə rəhbərlik etməsi və 
onu necə təşkil etməsi birnci növbədə onun pedaqoji ünsiyyət üslubundan asılıdır. 
          a)psixoloqlar müəllimləri ünsiyyət üslubuna görə aşağıdakı qruplara bölürlər.   

Birnci  qrup  müəllimlər  demokratik  ünsiyyət  üslubuna  aid  olan  müəllimlər-bu  cür  ünsiyyət 
üslubu  qarşılıqlı  inam  və  hörmət  əsasında  yaranır.Bu  cür  müəllimlər  şagirdlərə  şübhə  ilə 
yanaşmır,onlara  inanır,təkcə  şagird  kimi  yox  öz  övladları  kimi  onlarla  münasibət  qurur  və 
onlara  yanaşır,yeri  gəldikcə  şagirdlərin  fikirlərini  dinləyir,onların  istəklərini  yerinə 
yetirir.Demokratik tipə aid olan müəllimlər nəinki təkcə dərs barədə onlara kömək edir,onlarla 
maraqlanır,həmçinin dərsdənkənar işlərdə də müəllimləri şagirdlərlə birlikdə olur və onlardan 
köməyini  əsirgəmir.Şagirdlər  də  belə  müəllimləri  ilə  fəxr  edir  və  bütün  mövzularada 
müəllimlərinə  arxalanaraq,onlarla  danışa  və  məsləhət  ala  bilirlər.Müasir  dövürdə  də  belə 
müəllimlər  var  və  onlar  təlimi  bu  prinsiplər  zəmnində  təşkil  etdikləri  üçün  onların  işi  daima 
uğurlu alınır. 
          İkinci qrupa aid olan müəllimləri həm demokratik,həmdə avtoritar ünsiyyət üslublu olan 
müəllimlərdir.Belə  müəllimlər  sinifdə  şagirdlərilə  birlikdə  olur.Onlara  hər  cür  yardım 
edir.Şagirdləri ilə  aralarında  qarşılıqlı inam olur.Amma dərsdən kənar  isə  şagirdlərlə  məşğul 
ola  bilmir,Ola  bilsin  müəllimin  bu  cür  hərəkəti  müəyyən  səbəblərlə  bağlıdır.Bələ  oda 
şagirdlərin yanında olmaq və onlarala daha dərində məşğul olmaq istəyir.Yəni,bu tipə aid olan 
müəllimlər  şagirdlərini  sevsə  və  hörmət  etsədə  onların  yanında  ancaq  dərs  zamanı  olur.Ona 
görədə bu cür müəllimləri həm demokratik,həmdə avtoritar tipə aid edirlər. 
Üçüncü  qrupa  aid  olan  müəllimlər  həm  avtorita,həmdə  hərəkətləri  ardıcıl  olmayan 
müəllimlərdir.Belə  müəllimlərə  uşaqlar  inana  bilmirlər.Çünki,müəllimlərin  özlərini  aparması 
şagirdləri  qane  etmir.Amma  müəllimlər  şagirdlərə  yaxılaşmaq,onlaral  normal  ünsiyyət 
qurmağa çalışsalarda bu alınmır.Ardıcıl olmayan ona görə deyilirki,müəllimlər həm özlərinin 
avtoritar hərəkətlərindən əl çəkmirlər,həmdə şagirdlərlə pedaqoji ünsiyyət qurmağa çalışırlar. 
Dördüncü  qrupa  aid  olan  müəllimlər  avtokratik  müəllimlərdir.Bu  cür  müəlllimlər  şagirdlərlə 
az ünsiyyətdə olur,dərsdə öz möveyini qoruyur.Belə müəllimlərə şagirdlər inanmır və onlarla 
ünsiyyətdə olmaqdan çəkinirlər. 
         Pedaqoji  ünsiyyətdə  təlimin  uğurlu  alınması  müəllimin  ünsiyyət  üslubundan  çox 
asılıdır.Müəllim  şagirdlərlə  ünsiyyətdən  qaçmamalı,həmişə  onların  yanında  olub,onlara 
məsələhət  verməlidir.Uşaqlarda    hiss  etməlidirki,çətin  anda  bunlara  kömək  edən,düzgün 
istiqamətləndirən və hər problemini  deyə biləcəyi müəllimi var.Belə müəllimlərin köməyi ilə 
zəif şagirdlər,təlimdə yetirməyən şagirdlər oxumağa həvəslənər və təlimdə uğur əldə edər.  
         b)pedaqoji  ünsiyyət  zamanı  müəllimlərin  daxil  olduğu  qruplarla  yanaşı  onların  təlimin 
təşkilində  şagirdlərlə  yaratdıqları  ünsiyyətin,  davranış  qaydalarının  və  mövqelərinin  də  çox 
böyük  rolu  var.Beləki,müəllim  bəzən  dərsdə  bir  yox  bir  neçə  ünsiyyət  üslubundan  istifadə 
edir.Bunu birtərəli inkar etsək ki,bu düzgün yanaşma deyil yanılmış olarıq.Hərdə belə davranış 
tipi dərsin düzgün təşkilində lazım olur.Müəllimin aşağıdakı davranış modellərini qeyd edək. 
         Dost  mövqeyi-bu  ən  çox  təsdiqlənən  bir  mövqedir.Çünki,bu  mövqeyin  köməyi  ilə 
uşaqların  qəlbini  ələ  alıb,onları  təlimə  həvəsləndirmək,onların  rəğbət  və  inamını  qazanmaq 
mümükündür. 
Robort  mövqeyi-belə  müəllimlər  qabaqcadan  planlaşdırıdığı  mövqe  ilə  dərsi  başlayır  və 
eləcədə sona yetirir.O,şagirdlərin inkişafına və yaranan abu-havaya uyğunlaşmır.Tutduğum bu 
cür mövqe ilə də sona can gedir. 

“Hamlet”mövqeyi-bu cür müəllimlər özlərini elə aparırlarki,guyaki,şagirdlər üçün və onların 
hər şeyi dərsdə anlaması və qavraması üçün dəridən-qabıqdan çıxırlar. 
          Müəllimin 
dərsdə 
seçdiyi 
davranış 
modeli 
onun 
pedaqoji 
ünsiyyətinə,şəxsiyyətinə,şagirdlərlə  münasibətinə  təsir  edir.Bunun  üçündə  hər  bir  müəllim 
şagirdlərin xüsusiyytələrinə uyğun onlara dost möveyi ilə yanaşsa və pedaqoji ünsiyyət üslubu 
əsasında münasibətini qursa onun işi daha səmərəli və daha uğurlu alınar. 
Ustanovka  hər  hansı  bir  fəaliyyətə  yönəlişlik  kimi  başa  düşülür.Pedaqoji  ünsiyyətdə  və 
pedaqoji  işin  təşkilində  də  ustanovka  mühüm  rol  oynayır.Bu  ustonovka  mənfi  və  ya  müsbət 
tərəfədə ola bilrər.Mənfi tərəfə yönəlişlik olsa onda müəllimin hərəkətlərində neqativ yanaşma 
tərzi nəzərə çarpacaq,yox əgər müsbət tərəfə yönəlişlik olsa onda pozitiv yanaşma tərzi nəzərə 
çarpacaq. 
         Neqativ  ustanovkada-şagird  dərsi  yaxşı  bilsədə  bütün  suallara  cavab  versədə  müəllim 
onunla  razılaşmayacaq.Zəif  şagirdə  müəllim  sual  verəndə  onu  bu  sualın  cavabını  verə 
bilməyəcəyini  düşünüb,bu  problemin  üstündə  çox  dayanmır  və  bu  halı  aradan  qaldırmağa 
çalışmır.Başa  düşmədiyi  hissələri  dahada  xırdalamır.Bu  zamanda  şagirdlərdə  təlimə  maraq 
qalmır və belə şagirdlər təlimdə  yetirmirlər.Neqativ ustanovka zamanı müəllimlər təlimdə zəif 
şagirdlərin olduğunu qəbul edir v. Sinifdənkənar işlərdə də onlara məhəl qoymurlar. 
Pozitiv  ustanovkada  isə-müəllimlər  bu  cür  mövqe  bəslədiyi  şagirdlərin  səhv  hərəkətlətini  pis 
qiymətləndirmir  və  sadəcə  onların  belə  hərəkətlərinə  göz  yumurlar.Onların  səhvlərini  ört-
basdır  edirlər.Suallar  və  tapşırığa  cavab  vermədikdə  onlara  heç  bir  söz  demirlər.Bu  cür 
yanaşma düzgün deyil. 
        Müəllimlər  şagirdləri  ilə,hamı  ilə  eyni  tərzdə  danımaya  və  münasibət  qurmaya 
bilər.Amma  gərək  öz  şəxsi  istəklərinə  görə  bu  cür    ustanovkaların  yaranmasına  imkin 
verməsin.Bu cür ustanovkalar müəllimlərin şagirdləri qiymətləndirməsində də təsir edir. 
Sosial norma dedikdə-qrupu bütün  üzvləri tərəfindən  qəbul edilən,icrasında hamılıqla iştirak 
edilməsi  vacib  sayılan  və  heç  kimə  gözəştə  gedilməyən  qaydalar  və  qadağalar  başa 
düşülür.Qrupun  bu  normalarının  formalaşmasına  müəllim  nəzarət  etməlidir  çünki,bəzən 
olurki,bu qaydalar planlı olaraq qurulmur kortəbii olaraq qaydalar tətbiq olunur.Sinfin hər bir 
üzvü  müəllimin  təşkil  etdiyi  qaydalara  əməl  etməlidir.Qaydaları  pozan  şagirdləri  müəllim 
düzgün  istiqamətləndirməlidir.Sosial  normalar  fəaliyyət  zamanı  həyata  keçir.Bu  normalar 
şagirdlərin tələbat və motivləri əsasında qurulur.Bu qaydalara müəllimlər və şagirdlərin özləri 
sosial  nəzarət  etməlidirlər.Bu  sosial  nəzarət  o  zaman  yaranırki,cəmiyyətdə  hər  kəs  öz  yerini 
bilə  və  sosial  normalara  uyğun  gözlənilən  hərəkətləri  yerinə  yetirsinlər.İnsanın  yaşadığı 
dövürdə tutduğu mövqe onun bütün həyatını tənzimləyir və ondan sosial gözləmələrin həyata 
keçirməsini tələb edir.İnsanlar bunu dərk etməli və buna uyğunda hərəkət etməlidir.Bunu onlar 
həm  hərəkətlərində,həmdə  davranışında  göstərməlidir.Şagird  və  müəllim  bunu  ünsiyyətində 
bir  daha  təsdiq  etməlidir.Bütün  bunlar  pedaqoji  işdə  pedaqoji  mərifət  və  ya  pedaqoji 
mərifətsizlik ilə qiymətləndirirlir. 
 
 
 

                 Pedaqoji iinsiyyət miiəllimin şagirdlərlə təlinı və tərbiyə prosesində həyata keçirdiyi 
peşə iinsiyyətidir. Bu cür ünsiyyət hərtərəfli inkişaf etmiş şəxsiyyətin formalaşması üçün şərait 
yaradılmasına yönəlmiş olur, kollektivdəki sosial-psixoloji prosesləri idarə etməyə və səmərəli 
psixoloji  iqlim  yaratmağa  imkan  verir.  Ona  görə  də  hər  bir  müəllimin  pedaqoji  ünsiyyətin 
mahiyyəti,  onun  sosial-psixoloji  mexanizmləri  ilə  dərindən  tanış  olması  və  şagirdlərlə  birgə 
fəaliyyəti  zamanı  ondan  lazımi  şəkildə  istifadə  etməsi  zəruridir.  Pedaqoji  ünsiyyət 
ümumiyyətlə  ünsiyyətin  bütün  xüsusiyyətlərini  özündə  əks  etdirir.  Ona  görə  də  birinci 
növbədə  həmin  cəhətləri  nəzərdən  keçirək.  Sosial-psixoloji  ədəbiyyatda  ünsiyyətin  bir-birilə 
sıx  bağlı  olan  üç  cəhəti  qeyd  edilir.  Bu  cəhətlərin  hər  biri  pedaqoji  ünsiyyətə  də  aiddir. 
Pedaqoji  ünsiyyətin  yerinə  yetirdiyi  vəzifələrə  görə  onıın  aşağıdakı  növlərini  ayırmaq 
mümkündiir: 
informasiya 
mübadiləsi, 
başqa  adamın  davranışmı  tənzim  etmək, 
şəxsiyyətlərarası anlama. Tərəfmüqabilliyin xarakterinə və müəllimin ünsiyyətdəki mövqeyinə 
görə də pedaqoji ünsiyyətin növlərini müəyyənləşdirmək mümükündür. Adətən, şagirdlərlə və 
müəllimlərlə  valideynlərlə  iinsiyyət  zamanı  müəllim  qiymətləndirən  rolunda,  direktorla,  dərs 
hissəmüdiri ilə, metodistlə, inspektorla pedaqoji iinsiyyət zamanı isə qiymətləndirilən rolunda 
çıxış  edir  və  buna  müvafiq  olaraq  ünsiyyət  vasitəsi  də  dəyişilir.  Pedaqoji  üıısiyyəti  öz 
məzmununa  və  müəllimin  şagirdə  müraciət  tərzinə  görə  də  növlərə  ayırmaq  mümkündür. 
Bunlara  təşkiledici,  qiymət-  ləndirici,  intizam  yaradan  pedaqoji  ünsiyyət  növlərini  aid  etmək 
olar.  Pedaqoji  ünsiyyətin  hansı  növündən  istifadə  edilmə-sindən  asılı  olmayaraq  müəllimin 
şagird kollektivi ilə məhsuldar ünsiyyət prosesi təşkil olunmadan pedaqoji fəaliyyətin didaktik 
və  tərbiyəvi  vəzifələrini  lazımi  şəkildə  həyata  keçirmək  mümkün  deyildir.  Pedaqoji  ünsiyyət 
müxtəlif  məqsədlər  daşıya  bilər:  fərdi-idraki  (nə  isə  yeni  bir  şeyi  öyrənmək,  təlimat  almaq), 
emosional (qiymətləndirmək, münasibəti bildirmək, təəs- süratı böliişmək). Pedaqoji ünsiyyət 
zamam məqsəd sadəcə olaraq elə iinsiyyətə girişmək, ünsiyyət saxlamaqdan da ibarət ola bilər 
(məsələn,  kiminləsə  birgə  olmaq,  söhbət  etmək).  Bu  cəhət  şagirdlərin  ünsiyyət  fəaliyyətində 
özünü  aydm  şəkildə  göstərir.  Psixoloji  tədqiqatlar  gostərmişdir  ki,  kiçik  məktəblilər  üçün 
müəllim və yoldaşları ilə ünsiyyət xatirinə ünsiyyətə girmək xarakterik haldır. Onlarda ünsiy- 
yət  kifayət  dərəcədə  seçici  xarakter  daşımır.  Kiçik  məktəblilər  heç  də  həmişə  ünsiyyətlərinin 
məqsədini  dərk  edə  bilmirlər.  Yuxarı  siniflərə  keçdikcə  şagirdlərin  iinsiyyə-tində  seçicilik 
müşahidə  olunmağa  başlayır.  Pedaqoji  ünsiyyətin  məzmununa  gəldikdə,  bunu  ünsiyyət 
prosesində  müəllim  və  şagirdin  bir-birilə  infor-masiya  mübadiləsi  təşkil  edir.  Ünsiyyətin 
məzmunu  təlim  prosesində  müəllimin  qarşıya  qoyduğu  məqsədlə  müəyyən  edilir.  Ünsiyyət 
vahid məqsədə yönəlmədən. vahid məqsəd güdmədən səmərəli nəticə verməyəcəkdir. 
Pedaqoji  ünsiyyətin  səmərəliliyi  onun  motivlərindən  də  asılıdır.  Motivin  düzgünlüyü  və  dərk 
edilmiş xarakter daşıması pedaqoji iinsiyyətin gedişini şərtləndirir. Pedaqoji ünsiyyət, şübhəsiz 
tətbiq  olunan  vasitələrin  səmərəliliyindən  də  asılı  olur.  O  vasitələr  elə  seçilməlidir  ki, 
ünsiyyətin  məqsədini  həyata  keçirməyə  imkan  verməklə  yanaşı,  qarşılıqlı  münasibətin  və 
təsirin  səmərəliliyini  tə’min  etsin,  fılcir  mübadiləsinə  və  qarşılıqlı  anlamaya  şərait  yaratsın. 
Nəhayət,  pedaqoji  ünsiyyət  müvafıq  normalar  çərçivəsində  getməlidir.  Müəyyən  normalarm 
gözlənilməməsi bir növ pedaqoji ünsiyyətin səmərəliliyini itirir və iinsiyyət istənilən nətfcəni 
vermir.  Müəllimin  şagirdlərlə  ünsiyyət  üslubıı  onların  qarşılıqlı  münasibətlərinin  əsası  kimi. 
Miiəllimin kommunikativ fəaliyyətinin öyrənilməsi göstərir ki, pedaqoji ünsiyyətin xaralcteri 

və  məzmunu  müxtəlif  amillərlə  şərtlənir  ki,  bunlardan  müəllimin  fərdi  iinsiyyət  üslubu, 
mövqeyi, ustanovkasmı xüsusi qeyd etmək lazımdır. Bunlar bir növ ünsiyyətin vasitəsi rolunu 
oynayırlar.  Adətən,  hamıda,  eləcə  də  müəllimlərin  hamısında  ünsiyyət  üslubu  eyni  olmur. 
Konkret bir şəxsiyyət kimi hər bir müəllimdə ünsiyyətin təşkili priyom və metodları nisbətən 
sabit  şəkildə  cəmlənir.  Kommunikativ  məsələni  həll  etməyə  yönəldilmiş  bu  cür  davamlı 
keyfiyyətlər fərdi ünsiyyət üslubu adiamr. İdarəetmə ilə bağlı olaraq sosial psixologiyada beş 
ciir rəhbərlik üslubu qeyd olunur: avtokratik, avtoritar, demok- ratilc, laqeyd (etinasız, liberal) 
və  qeri-sabit  (ardıcıl  olmayan)  rəhbərlik  üslubu.  Buna  uyğun  olaraq  pedaqoji  iinsiyyətin  də 
eyni  üslublarmı  qeyd  etmək  mümkündiir.Adətən,  avtolkratik  və  avtoritar  rəhbərlik  üslubuna 
malik  olan  müəllimlər  pedaqoji  ünsiyyətin  təşkilində  demək  olar  ki,eyni  mövqe  tuturlar.  Bu 
cür rəhbərlik üslubunamalik olan miiəllimlər şagirdlərə yalnız obyekt kimi yanaşırlar. Şagird 
ünsiyyətin  bərabər  hüquqlu  tərəf  müqabili  kimi  qəbul  edilmir.  Belə  müəllimlər  həmişə 
hökmüran olmağa çahşırlar. Onlarla ünsiyyət zamanı şagirdlər təşəbbüskarlığı itirirlər. Bu cür 
ünsiyyət  üslubuna  malik  olan  müəllimlər  iinsiyyət  zamanı  şagirdlərin  fərdi  xüsusiyyətlərini 
nəzərə  almır,  hamı  ilə  eyni  ünsiyyət  saxlamağa  can  atırlar.  Onlar  şagirdlərin  fərdi 
xüsusiyyətilərini göstərsələr də, tamamilə qeyri-real model qurur, həmin fərqi olduqca şişirdir, 
real  hesab  edirlər.  Şagird  başqalarına  nisbətən  bir  qədər  fəal  olduqda,  müəllimin  gözündə  o 
iğtişaşçı kimi, bir qədər passiv olduqda isətənbəl, avara kimi görünür. Belə miiəllimlər üçün 
neqativ  ustanovka,  başqa  sözlə  şagirdə  qarşı  qeyrişüuru,  pis  münasibət  xarakterik  haldır.  Bu 
cür müəllimlər ünsiyyətdə seçici, qiymətləndirmədə isə subyektiv olurlar. Ona görə də bu ciir 
ünsiyyət  üslubu  səmərəli  xarakter  daşıya  bilmir.  Bu  sahədə  tədqiqat  aparan  müəlliflərin 
əksəriyyəti  ən səmərəli ünsiyyət  üslubu kimi  demokratik üslubu qeyd edirlər.  Belə  rəhbərlik 
üslubunda  şagird  subyekt  kimi  qavranılır.  Bu  cür  rəhbərlik  iislubuna  malilc  olan  mliəllim 
şagird kollektivi ilə razılaşır. Qərar qəbul edərkən kollektiv və onun liderinin təklifini nəzərə 
alır. Məktəblilərin müstəqilliyini boğmur, şagirdlərə daima xahiş, məsləhətlə yanaşır, müsbət 
emosional əlaqəyə üstlinlük verir. Bu cür ünsiyyət ülslubuna malik olan müəllimlər şagirdlərin 
fərdi  xüsusiyyətlərini  və  şəxsi  təcrübələrini,  fəallıq  və  tələbatlarım  nəzərə  almağa  çalışırlar. 
Belə  müəlhmlərdə  neqativ  ustanovka  olmur  və  ya  onu  təzahiir  etdirmirlər.  Onlar 
qiymətləndirmədə  obyektiv,  təmas  yaratmaqda  isə  təşəbbüskardırlar.  Təcrübə  göstərir  ki, 
şagirdlərlə  ’qarşılıqlı  münasibətdə  pedaqoji  ünsiyyətin  demokratik  üslubundan  istifadə  edən 
müəllimlərlə şagirdlər arasmda olduqca səmərəli təmas yaranır. Şagirdlər bu cür müəllimlərlə 
ünsiyyətə  daima  can  atır,  onlardan  hər  cür  köməklik  gözləyirlər.  Laqeyd  və  yaxud  liberal 
rəhbərlik  üslubuna  malik  olan  müəllimlərin  şagirdlərlə  ünsiyyəti  də  kortəbii  xarakter  daşıyır. 
Burada  ünsiyyətin  xarakteri  müəllimin  özündən  deyil,  şagirdlərdən  asılı  olur,  şagirdlər 
tərəfindən  diktə  olunur.  Belə  müəllim  şagirdlərin  işinə  qarışmamağa  çalışır,  özünün 
qətiyyətsizliyi  ilə  fərqlənir,  neytrallığa  can  atır.  Məqsədi  yayğın  xarakter  daşıyır.  Heç  vaxt 
qarşıdakı  məqsədi  həyata  keçirməyə  can  atmır.  Ona  görə  də  şagirdlər  bu  cür  müəllimlə 
ünsiyyət zamam öz tələbatlannı lazımi şəkildə ödəyəcəklərini güman etmirlər. Nəhayət, qeyri-
sabit, ardıcıl olmayan rəhbərlik üslu- buna malik olan müəllimlərin ünsiyyət iislubu da həmin 
cəhəti  özündəəks  etdirir.  Bu  cür  müəllimlə  şagirdlər  ona  görə  ünsiyyətə  girməyə  cəhd 
göstərmirlər  ki,  onvm  necə,  hansı  üslubla  hərəkət  edəcəyini  müəyyənləşdirməkdə  çətinlik 
çəkirlər.  Şübhəsiz,  qeyd  olunan  rəhbərlik  üslubunun  hər  biri  müəllimlə  şagirdlər  arasındakı 

qarşılıqh münasibətlərə özünəməxsus şəkildə təsir göstərəcəkdir. Şagird kollektivinin düzgün 
idarə  olunması  isə  bu  cür  qarşılıqlı  münasibətlərın  səmərəliliyindən  asılıdır.  Müəllimlə 
şagirdlərin  qarşılıqlı  ünsiyyəti  nə  qədər  səmərəli  olarsa,  kollektivin  idarə  olunması,  onun 
üzvlərinin  tərbiyə  işinin  təşkili  də  bir  o  qədər  səmərəli  olacaqdır.  Şagirdlərlə  qarşılıqiı 
ünsiyyətin  səmərəliliyinə  görə  müəllimləri  şərti  olaraq  4  qrupa  bölmək  mümkündür.  Birinci 
qrupa şagirdlərlə daima ünsiyyətdə olan müəllimləri aid etmək olar. Bu cür müəllimlər təlccə 
dərsdə,  məktəbdə,  təlimlə  bağlı  məsələləri  həll  edərkən  şagirdlərlə  iinsiyyətdə  olmaqla 
kifayətlənmirlər. Onlarm şagirdlərlə iinsiyyəti şagird həyatmın bütün sahələrini əhatə edir. Bu 
ciir  ünsiyyət  öz  səmərəliliyi,  müəllimin  şagirdlərə  inamı  ilə  fərqlənir.  Həmin  müəllimlər 
demokratik  rəhbərlik  üslubuna  malik  olurlar.  Şagirdlərlə  qarşılıqlı  ünsiyyətin  səmərəliliyinə 
görə ikinci qrupu şagirdlərə hörmətlə yanaşan və şagirdlərdə onlara qarşı dərin inam və etimad 
mövcud  olan  müəllimlər  təşkil  edir.  Lakin  onun  şagirdlərlə  qarşılıqlı  iinsiyyəti  ən  çox  təlim 
prosesində  mövcud  olur,  təlimdən  kənar  vaxtlarda  isə  müxtəlif  səbəblərdən  bü  cür  ünsiyyət 
müntəzəm  xarakter  daşımır.  Buna  baxmayaraq  bu  və  ya  digər  şagird  çətinliyə  düşdükdə  və 
bunu həll edə bilmədikdə həmin müəllimə mtiraciət edir, bu zaman onlarm arasmdakı iinsiyyət 
açıq qəlbdefn və inam səviyyəsindən gedir. Həmin qrupa daxil olan müəllimlərdə demokratik 
rəhbərlik  üslubu  iistünlük  təşkil  edir.  Bununla  yanaşı  olaraq  ikinci  qrupa  daxil  olan 
müəllimlərdə  bəzən  avtoritar  rəhbərlik  üslubu  da  özünü  göstərir.  Şagirdlərlə  qarşılıqlı 
ünsiyyətin  xarakterinə  görə  üçiincü  qrupa  daxil  olan  müəllimlər  əvvəlkilərdən  bir  sıra 
cəhətlərinə görə fərqlənirlər. Bu cür müəllimlər, adətən, şagirdlərlə yaxın ünsiyyət saxlamağa 
cəhd  göstərir,  bü  ciir  ünsiyyətə  can  atırlar.  Lakin  bu  ctir  iinsiyyətə  nail  ola  bilmirlər.  Bu  clir 
ünsiyyətin baş tutmamasınm səbəbinə gəldikdə, onlar vaxtm çatmaması tizündən öz cəhdlərini 
həyata  keçirə  bilmirlər.  Ünsiyyətə  cəhd  göstərməsinə  baxmayaraq,  şagirdlər  onlara 
inanmadıqlanna görə qarşıhqlı ünsiyyət baş tutmur. Belə müəllimlər ya həddindən artıq mentor 
(öyüdçü) pozası tutur, ya onlara verilən sirri saxlaya bilmir, ya da şagirdlərin hömıətini qazana 
bilmirlər. Ona görə də bu clir müəllimlərin şagird kollektivini idarəet- mələri çətinləşir. Bu cür 
müəllimlər  arasında  avtoritar  rəhbərlik  üslubuna  malik  olanlar  tez  özünü  göstərir.  Bununla 
yanaşı həmin qrupa daxil olan miiəllimlər arasmda müəyyən miqdarda demokratik və ardıcıl 
olmayan  rəhbərlik  iislubuna  malik  olan  müəllimlərə  də  rast  gəlmək  mümkündür.  Dördüncü 
qrupa  gəldikdə,  buraya  daxil  olan  miiəl-  limlər  şagirdlərlə  çox  məhdud  işgiizar  ünsiyyətlə 
kifayətlənirlər.  Bu  cür  müəllimlər  şagirdlərlə  ünsiyyətə  can  atmadıqlan  kimi,  dərs  dedikləri 
şagirdlər  də  onlarla  yaxın  ünsiyyətə,  ürək  sözlərini  deməyə,  onlarla  məsləhələşməyə  meyl 
göstərmirlər. Bu qrupa, əsasən avtokratik və etinasız rəhbərlik iislubuna malik olan müəllimlər 
daxil olurlar. Pedaqoji ünsiyyət zamanı müəllimin mövqeyi də mühüm vasitə rolunu oynayır. 
Adətən, müəllimin tutduğu mövqe onun ünsiyyətinə əsaslı təsir göstərir. Psixoloji ədəbiyyatda 
qeyd  olunduğu  kimi,  mtixtəlif  üsluba  malik  olan  kommunikativ  qarşılıqlı  təsir  müəllimiıı 
dərsdə  şagirdlərlə  ünsiyyətində  bir  sıra  davranış  modelinin  meydana  gəlməsinə  səbəb 
olur.Psixoloqlar (L.D.Stolyarenko və b.) şərti olaraq bu modellərə aşağıdakıları aid edirlər:  
1.Diktator  modeli  («Monblan»).  Bu  cür  müəllimlər  dərs  dedikləri  şagirdlərdən  (tələbələrdən) 
bir  növ  təcrid  olunurlar.  Onlar  yalnız  şagirdlərə  (tələbələrə)  bilik  vermək,  öz  hazırlıq 
səviyyələrini  nəzərə  çarpdırmağa  çalışırlar.  Şagirdlər  onun  üçlin  yalnız  adi  dinləyici  kütləsi 
olur.  Onların  arasmda  heç  bir  qarşılıqlı  təsir  mövcud  olmur.  Müəllimin  pedaqoji  fıınksiyası 

yalnız məlumat verməklə məhdudlaşır. Nəticədə - psixoloji təmas olmur, buradan isə şagirdin, 
teləbənin təşəbbüskarsızlığı, passivliyi yaranır.  
2.Təmassız  model  («Çin  səddi»).  Bu  cür  model  özünün  psixoloji  məzmununa  görə  birinciyə 
yaxm olur. Fərq ondan ibarətdir ki, bu modeldə müəllim və şagirdlər arasında azacıq da olsa 
zəif  əks  əlaqə  yaramr.  Əks  əlaqənin  zəifliyi  ixtiyari  və  ya  qeyri-ixtiyari  ünsiyyət  maneəsi  ilə 
bağlı  olur.  Bu  ciir  maniə  rolunu  tərəflərdən  birinin  əmək-  daşlıq  arzusunun  olmaması, 
məşğələnin  dialoq  xarakterində  deyil,  yalnız  məlumatı  çatdırmaqla  məhdudlaşması,  miiəl- 
limin qeyri-ixtiyari olaraq öz statusunıı qeyd etməsi və s. oynaya bilər. Bu cür müəllimlər öz 
mövqeləri ilə hər cür başqa miilahizələri rədd edirlər. 
Nəticədə m müəllimin şagirdlərlə (tələbələrlə) zəif qarşılıqlı təsiri, şagirdlərin müəllimə qarşı 
laqeyd münasibəti özünü göstərir.  
3.Fərqləndirici  diqqət  modeli  («Lokator»).  Bu  cür  müəllimlər  şagirdlərə  seçici  münasibət 
bəsləyirlər.  Onlar  bütün  sinfə  deyil,  məsələn,  yalmz  talantlı  və  yaxud  zəif  şagirdlərə  diqqət 
yetirirlər.  Bu  cür  ünsiyyət  modelinin  yaranmasmın  səbəblərindən  biri  dərs  dediyi  şagirdlərin 
təli- minin fərdiləşdirilməsi ilə frontal yanaşmanı əlaqələndirə bilməməsi ola bilər. Nəticədə - 
müəllim-şagird kollektivi sistemində qarşılıqlı təsir aktı pozulur. 4.Hiporefleks modeli («Tetra 
quşu»).  Bu  cür  müəllimlər  ünsiyyət  zamanı  sanki  özlərinə  qapılırlar.  Özlərini  dinləməyə 
meyllidirlər.  Onların  nitqi  ən  çox  monoloji  xarakter  daşıyır.  Damşarkən  o,  yalnız  özü-özünü 
eşidir,  dinləyicilərə  heç  cür  reaksiya,  fıkir  vermir.  Birgə  iş  zamam  da  öziinə  qapılmış  olur. 
Nəticədə  -  öyrədən  və  öyrənənlər  arasmda  qarşılıqlı  təsir  praktik  olaraq  mövcud  olmur. 
Müəllim və şagirdlər (tələbələr) arasında psixoloji vakuum sahəsi yaranır. Ünsiyyət prosesinin 
tərəfləri bir-birindən təcrid olunurlar.  
5.Hiperrefleks  modeli  («Hamlet»).  Bu  model  əvvəlkinin  bir  növ  əksini  təşkil  edir.  Müəllim 
qarşılıqlı  təsirin  məzmununa  deyil,  ətrafdakılırm  onu  necə  qavra-  masına  filcir  verir.  Bu  cür 
müəllim dərsdə sanki özünü üzür. Daima öz arqumentlərinin həqiqiliyinə şlibhə edir, hər şeyə 
ciddi reaksiya verir. Nəticədəmüəllimin sosial-psixoloji həssaslığı güclənir, kəskinləşiri sinfın 
replikasına və hərəkətinə qeyri adekvat reaksiya verir.Dəyişməyən reaksiya modeli («Robot»). 
Bu  cür  müəllimlər  şəraitin  dəyişməsinə  baxmayaraq  iinsiyyəti  əvvəl  planlaşdırdıqları  şəkildə 
aparmağa can atırlar. Nəticədə - pedaqoji qarşılıqlı təsirin səmərəsi aşağı olur.  
7.Avtoritar  model  («Mən  özüm»).  Təlim  prosesinde  bu  cür  müəllim  yeganə  və  əsas  iştirakçı 
olur.  Sualı  da,  cavabı  da,  hökmü  də  o  verir.  Siniflə  onun  arasmda  yaradıcx  qarşxhqlx  əlaqə 
praktik olaraq  mövcud deyildir. Müəllimin birtərəfli fəallxğx şagirdlərin hər cür təşəbbtisünü 
boğur.  Şagirdlər  özlərini  yalnxz  icraçı  kimi  dərlc  edirlər.  Onlarm  idrak  və  ictimai  fəallığı 
minimuma  enir.  Nəticədə  təşəbbüskar  olmayan  insanlar  tərbiyə  olunur.  Təlimin  yaradxcx 
xarakteri  itir.  İdrak  fəallxğxnm  motivasiya  sahəsi  təhrif  olunur.  8.Fəal  qarşılıqlı  təsir  modeli 
(«İttifaq»).  Du  cür  müəllim  şagirdlərlə  daima  dialoqda  olur,  onlarda  major  əhval  yaradır, 
təşəbbüsü  rəğbətləndirir.  Qrupda  psixoloji  iqlimin  dəyişməsini  asanlıqla  hiss  edir  və  ona 
reaksiya  verir.  Özüniin  rol  distansiyasını  saxlamaqla  dostluq  əlaqələrinə  üstünlük  verir. 
Nəticədə  qarşıya  çıxan  tədris,  təşkilati,  etik  problemlər  birlikdə,  hamının  gücü  ilə  yaradıcı 
şəkildə həll olunur. Bu ciir model daha  məhsuldar hesab olunur. Şübhəsiz pedaqoji ünsiyyət 
zamam müəllim həqiqi müəllim, dost mövqeyi tutursa öz məqsədinə nail ola bilir. 
Yüklə 2,3 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin