Mövzu 18. Pedaqoji psixologiyanın mövzusu, vəzifələri və metodları
Plan:
1.Pedaqoji psixologiyanın mövzusu və vəzifələri
2.Pedaqoji psixologiyanın sahələri və əsas problemləri
3.Pedaqoji psixologiyanın inkişaf tarixi
4.Pedaqoji psixologiyanın tədqiqat metodları
1.Pedoqoji psixologiyanın mövzusu və vəzifələri
Məktəblərimizin ən mühüm və daimi vəzifəsi olan gənc nəslə elimlərin əsaslari haqqinda dərin
və möhkəm biliklər vermək, həmin bilikləri təcrübəyə tədbiq etmək vərdişləri və bacariği
aşılamaq, hərtərəfli inkişaf etmiş şəxsiyyət formalaşdirilmasi işini müvəffəqiyyətlə həyata
kecirmək üçün müəllim tərbiyyənin və təlimin psixoloji qanunauyğunluqlarina dərindən
yiyələnməli və özünün pedaqoji fəaliyyətində həmin biliklərdən istifadə etməyi bacarmalidir.
Bu cür biliklər isə müasir psixologiya eliminin mühüm sahələrindən biri olan pedaqoji
psixologiyada öz əksini tapir.
Göründüyü
kimi pedaqoji psixologiyanın mövzusu çox genişdir.Şəxsiyyətin
formalaşmasının psixoloji mexanizmlərini öyrənmək,yetişməkdə olan gənc nəslə elmi biliklər
haqqında məlumat vermək,şəxsiyyətin hərtərəfli inkişafını təmin etmək,onları düzgün
istiqamətləndirmək,öyrəndiklərini praktikada tətbiq etməyi bacarmaq pedaqoji psixologiyanın
mövzusudur.
Pedaqoji psixologiya insanla məşğul olan elmdir,yəni,elmin predmeti insandır.Pedaqoji
psixologiyanın əhəmiyyətliliyini təkcə məktəblərdə yox,məktəbdən sonrakı dövrdə də daima
hiss etmək mümkündür.Amma təlim və tərbiyənin idarə olunması və bütün tələbləri həyata
keçirmək işində pedaqoji psixologiyanın işi məktəbdən başlayır.
Pedaqoji psixologiyanın predmetini-insanın tərbiyə,təlim, və pedaqoji fəaliyyətinin
psixoloji qanunauyğunluqlarının öyrənilməsi təşkil edir.Pedaqoji psixologiyanın predmetinə
birinci növbədə şəxsiyyətin formalaşmasının psixoloji mexanizminin öyrənilməsi
şəxsiyyətin inkişaf səviyyəsi,fəalığının qarşılqlı əlaqəsi,tərbiyənin idarə olunması
problemlərinin özünütərbiyə və əxlaq tərbiyəsinin gənc nəslin tərbiyəsinə təsir edən amillərin
psixoloji xüsusiyyətlərinin aşkara cixarılmasi təşkil edir.
Təlimin idarə olunmasının psixoloji məsələlərini, təlim və inkişafin qarşılıqlı əlaqəsini,
psixi proseslərin təlim motivlərinin psixoloji xüsusiyyətlərini, bilik, bacarıq və vərdişlərə
yiyələnmənin yollarını öyrənmək pedaqoji psixologiyanin komponentlərindəndir.
Təlimdə müvəffəqiyyəti və müffəqiyyətsizliyi şərtləndirən psixoloji amilləri, müasir dərsə
verilən psixoloji tələbləri,müəllimin pedaqoji mərifətini,pedaqoji ünsiyyətini,pedaqoji
ustalığını,dərsin
müasir
üslubda
qurulması
prinsipini,qrupdakı
qarşılıqlı
təsiri
öyrənmək,münasibətlərin düzgün qurulmasını şərtləndirən psixoloji amilləri öyrənmək,təhlil
etmək,pedaqoji psixologiyanın predmetini təşkil edir.
Belə nəticəyə gəlmək olur ki pedaqoji psixologiya təlim tərbiyənin və pedaqoji
fəaliyyətin psixoloji qanunauyğunluqlarını öyrənir
Belə ki, müəllim-şagirdlərin gələcək inkişaflarında əvəzsiz rol oynayır.O,şagirdlərin təlim və
tərbiyəsi ilə məşğul olur,gəncləri gələcək həyata hazırlayır,onların düzgün peşə
seçməsinə,qabiliyyətlərinin potensiallaşmasına düzgün istiqamətlərində onlara köməklik
göstərir.Onların vətənə,millətə,ailəyə,xalqa layiqli övlad kimi böyümələrində yaxından iştirak
edir.Müəllimlər gənclərə tərbiyəvi təsir vasitələrindən istifadə etməyi bacarmalı,onları öz
imkanlarına inandırmalıdırlar.
2.Pedoqoji psixologiyanın sahələri və əsas problemləri.
Pedaqoji psixologiyanın lazımi səviyyəyə qalxması üçün ilk növbədə onun qarşısında duran
problemlərin həmçinin təlim və tərbiyə zamanı yaranan çətinlikləri vaxtında həll etməsi
lazımdır.
Müasir dövrdə pedaqoji psixologiyanın qarşısında yeni-yeni problemlər yaranır.Ən mühüm
problemlərdən biri-uşaqların hər birinin senzitiv yaş dövrünü aşkara çixarmaq və həmin
dövrdə onların inkişafi üçün lazım olan bütün imkanlari müəyyənləşdirməkdən
ibarətdir.Pedaqoji fəaliyyət zamanı senzitiv dövr ona görə izlənməlidir ki,bu dövr hər bir
uşaqlarda müxtəlif dövrlərdə başlanır,davam edir və müxtəlif vaxtlarda da sona çatır.Digər
tərəfdən hər bir uşağin həyatinda bu mərhələlərin təzahürü fərdi xarakter daşımaqla müxtəlif
vaxtlarda özünü göstərir və müxtəlif şəkildə cərəyan edir
Pedaqoji psixologiyanin hələ də həll etməli olduğu problemlərdən biri də təlimin inkişafla
qarşılıqlı əlaqəsinin aşkara cixarmaqdan ibarətdir.Çünki,hər bir uşağın öz yaşına və cinsinə
uyğun imkanları var.Bu problemlər hələ də öz həllini lazımi səviyyədə tapa bilməyib.Bu
problemlərin həlli pedaqoji-prosesin səmərəliliyini artıran səbəblərdəndir.
Həll olunması tələb olunan başqa bir problem isə təlim və tərbiyənin ümumi və yaşla bağli
olan
cəhətlərinin
əlaqəsinin
aşkara
çixarılmasından
ibarətdir
Cünki
hələdə
aydinlaşdırılmamişdir ki,uşaq həyatının hər bir konkret mərhələsində təlim və tərbiyədən
hansına üstünlük vermək tərbiyəedici və öyrədici təsirlərin bir-birini tamamlamasi ücün hansi
yollardan istifadə etmək lazimdir. Digər problemlərdən biri uşaqlarin anadangəlmə genotipik
imkanlarinin və mühitin ayriliqda və ya birgə təsirinin xüsusiyyətlərimi aşikara cixarmaqdan
ibarətdir Deməli uşaqların böyüdüyü mühiti,tərbiyə aldığı ilk anları aşkar etmək,uşağın
imkanlarına təsir edən genotipin və mühitin təsir xüsusiyyətini müəyyənləşdirmək
lazımdır.Müasir dövrdə pedaqoji-prosesin idarə olunmalarına çox yüksək tələb qoyulur.
Onlardan
müəllim
şəxsiyyətinin,müəllimin
bilik,bacarıq
qabiliyyətinin,ünsiyyətinin,mərifətinin,ustalığının pedaqojixüsusiyyətlərini aşkara çıxarmaq
pedaqoji-psixologiyanın həll etdiyi problemlərdəndir.Hal-hazırda Respublikamızda pedaqoji
baxımsızlığa məruz qalan onlarla uşaqlar var. Belə uşaqların pedaqoji baxımsızlıqlarının əsas
səbəbi-çətin mühitdə böyüməsi, imkansızlıq, qaçqınlıq həyatı keçirmələri, ailədə çoxuşaqlılıq
və s.dir.
Pedaqoji cəhətdən baximsiz uşaqlar pedaqoji psixologiyanın həll etməli olduğu əsas
problemlərdəndir.Amma bu problemlər öz həllini tam tapmalıdır ki,uşaqların şəxsiyyət kimi
inkişaflarında təlim,tərbiyəsi işi öz səmərəsini verə bilsin.
a) müasir pedaqoji psixologiyanın qarşısında duran vəzifələrdən biri nəzəri vəzifədir.
Bu vəzifəyə təlim-tərbiyə prosesində psixi inkişafının imkanları, təlim və tərbiyəni ümumi
psixoloji qanunauyğunluqlarini öyrənməyi aid etmək olar. Əsas nəzəri vəzifələrdən biri kimi
uşaqların, gənclərin yüksək elmi dünyagörüşünə şüuruna xas olan keyfiyyətlərlə
formalaşdirilmasinin ən səmərəli elmi yollarini müəyyənləşdirməyi göstərmək olar.
b)müasir pedaqoji psixologiyanın qarşısında duran əsas vəzifələrdən biri də praktik
vəzifədir. Bu vəzifəyə:pedaqoji fəaliyyətin idarə olunmalarının psixololoji məsələsi,psixi
inkişafların qarşılıqlı əlaqəsi,şagirdlərin psixoloji nəzəri vəzifələri praktikaya tətbiq etdikləri
bacarığı və s.aid etmək olar.Pedaqoji fəaliyyətin səmərəliliyi üçün motivlərin yaranma
xüsusiyyətlərini aşkara çıxarmaq və bunlar haqqında müəllimləri daima məlumatlandırmaq
pedaqoji psixologiyanın praktiki vəzifələrindən biridir.
Bu vəzifələr həll olunmadan pedaqoji faktların səmərəli və ugurlu keçməsi mümkün deyil.
1.Pedaqoji psixologiya bir sıra elmlərlə qarşılıqlı əlaqədardır.Bu elə elmlərdir ki, onların
hamısının tətqiqat obyekti eynidir, yəni-insandır. Bu elmlərlə əlaqəsindən alınan nəticələrdən
pedaqoji psixologiya da istifadə edir və onları bütöv bir şəxsiyyət kimi öyrənməyə imkan
vərir.
a)pedaqoji psixologiyanın ümumi psixologiya ilə əlaqəsi-pedaqoji psixologiya ümumi
psixologiyanın bir sahəsi olduğu üçün bunların əlaqəsi daha yaxındır. Pedaqoji psixologiya öz
metodlarını, nəzəriyyələrini məhz ümumi psixologiyadan alır və onların əsasında inkişaf edir.
Təlim fəaliyyətinin uğurlu alınması üçün ümumi psixologiyanın qanunlarına istinad
etmək,ümumi psixologiyanın əlaqəyə girdiyi fənnlərə nəzər salmaq və bunların əsasında
təcrübəyə və biliyə yiyələnmək çox vacibdir.Bu zaman şəxsiyyətin formalaşmasında uğur
əldə etmək mümkündür.
Eyni zamanda pedaqoji psixojogiya da ümumi psixologiyaya təsir edir.Yəni bu təsir
qarşılıqlıdır.Belə ki,ümumi psixologiya sırf təlim-tərbiyə işini öyrənmədiyi üçün bir çox
pedaqoji fəaliyyətə aid praktiki metodları,işləri pedaqoji psixologiyadan əldə edir.
b)pedaqoji psixologiyanın-psixologiyanın bir sahəsi olan uşaq psixologiyası ilə qarşılıqlı
əlaqəsi var.Bu elm başqa elmlərə nisbətən daha yaxındır,çünki hər iki elmin tətqiqat obyekti
eynidir-yəni insandır.Pedaqoji psixologiya-şəxsiyyətin formalaşmasında tərbiyənin rolunu
qeyd edir.Yaş prosesi isə-şəxsiyyətin inkişafında hər bir yaş dövrünün imkanlarını,senzitiv
dövrlərin xüsusiyyətlərini,hər bir yaş dövründə psixi inkişafın gedişatını və xüsusiyyətlərini
öyrənir.Yəni,hər bir şəxsiyyətin yaşını və fərdi xüsusiyyətlərini nəzərə almadan onlara təsir
vasitələrini bilmək,onların imkanlarını istiqamətləndirmək mümkün olmaz.
C)pedaqoji psixologiyanın yaş fiziologiyası ilə əlaqəsi ən əvvəl fiziologiya psixologiyasının
əsasını təşkil edir.Uşağın psixi inkişafının xüsusiyyətini bilmədən, onun ali sinir tipini
müəyyinləşdirmədən, şəxsiyyətlərarası fərdi fərqlərə nəzər yetirmədən hər bir yaş dövründə
uşaqda baş verən fizioloji dəyişikliləri və bu dəyişikliklərin psixi inkişafa təsirini öyrənmədən
ona təsir etmək, onu formalaşdırmaq qeyri mümkündür.Yəni,bütün bu xüsusiyyətlər təlim və
tərbiyə zamanı nəzərə alınır.
d)pedqoji psixologiyanın pedaqogika ilə əlaqəsi-adındanda məlum olduğu kimi pedaqoji
psixologiya-pedaqogika və psixologiya elmlərinin inteqrasiyasından yaranan elmdir.Ona görə
də pedaqogika ilə də əlaqəsi daha yaxındır. Əgər pedaqoji psixologiya pedaqogikaya
arxalanmasaydı, ona istinad etməsəydi onda təlim tərbiyə işini, pedaqoji fəaliyyətdə yaranan
çətinlikləri həll edə bilməzdi.Eyni zamanda pedaqogikada yaranan problemləri psixologiya
xüsusilə də pedaqoji psixologiyanın köməkliyi olmadan aradan qaldırmaq çətin
olardı.Pedaqogikadakı problemlərin həlli psixologiyanın yerinə yetirdiyi məsələlərlə çox
bağlıdır.
e)pedaqoji psixologiyanın xüsusi metodikalarla əlaqəsi var.Hər bir fənnin öz pedaqoji
imkanlarına uyğun olaraq pedaqji psixologiya onların üsullarını,prinsiplərini yenidən işləyib
hazırlayır və bununlada onlara əsaslı təsir göstərir.
3.Pedoqoji psixologiyanın inkişaf tarixi
Psixologiya bir elm kimi hələ XIX əsrdən məlum idi.Pedaqoji psixologiya isə ayrıca bir elm
kimi formalaşana qədər yaş psixologiyasının tərkibində idi.Pedaqoji psixologiya da XIX əsrin
ikinci yarsında yaş psixologiyasından ayrıldı və müstəqil elm kimi inkişaf etdməyə
başladı.Pedaqoji psixologiyanın yaradıcısı məşhur rus pedaqoqu K.D.Uşiniski hesab
olunur.Pedaqoq özünün “İnsan tərbiyənin mövzusudur”əsəri ilə pedaqoji psixologiyaya bir sıra
yeniliklər gətirdi.İndidə bu əsərdən bir çox məsələlərin həllində çox geniş şəkildə istifadə
olunur.Uşiniski bu əsərində qeyd edir ki,insanı tərbiyə etmək üçün mütləq psixologiyaya
istinad
edilməlidir.Beləki,uşaqların
tərbiyəsi
ilə
məşğul
olan
hər
bir
valideyin,müəllim,tərbiyəçi ilk növbədə uşağın psixi inkişafınının xüsusiyyətlərini bilmədən
onları tərbiyə etmək,formalaşdırmaq olmaz.Uşiniski uşağı tərbiyə edən elmlərin mərkəzində
psixologiyanın durduğunu təsdiq edir.
a)XIX əsrin sonu XX əsrin əvvəllərində ümumi psixolgiya sahəsində aparılan
eksprimentlər pedaqoji psixologiyaya tətbiq olunmağa başladı.İlk əvvəllər elə düşünülürdüki
ümumi psixologiyada aparılan eksperimentlər asanlıqla pedaqoji psixologiyayada tətbiq
olunacaq.Amma əslində bu belə olmadı.Bir çox psixoloqların eksprimentlərini qeyd etmək
olar. Buna məşhur alman psixoloqu Vundtun fizioloji psixologiyada duyğuların və
hərəkətlərin xüsusiyyətlərini öyrənmək üçün apardığı eksprimentləri,Ebbinhauzenin hafizə
sahəsindəki tədqiqatlqrını,Veber və Fexnerin psixofiziki qanununu,Helmholsun hiss üzvlərinin
psixofiziologiyası sahəsində apardığı eksprimentləri aid etmək olar.
Pedaqoji psixologiya müasir vəziyyətini alana qədər çoxlu fikir ayrılığından
keçmişdir.Beləki,bəzi psixoloqlar ümumi psixologiyanın pedaqogika ilə birləşib yeni bir elm
yartmağının tərəfdarı olmamışdılar.Onlar düşünürdülərki,bu uşaqların tərbiyəsi ilə məşğul olan
pedaqoqlar arasında fikir ayrılığı sala bilər və onların mariflənməsinə hecdə müsbət təsir
göstərməz.Pedaqoji
psixologiyanın
nümayəndələrindən
sayılanA.P.Neçayev
və
N.Y.Rumyantsev belə hesab edirdilərki,pedaqogikada yaranan problemləri eksprimental yolla
həll etmək olar.A.P.Neçayev ümumi psixologiya ilə pedaqogikanı birləşdirib yeni bir elm
“Pedaqoji psixologiya” yaratmağı təklif edir.Ancaq onun fikirləri idealist xarakter daşıdığı
üçün bu fikir təsdiqlənmədi. Psixologiya pedaqogika ilə o zaman yaxınlaşa bilərki,təlım və
tərbiyədə yaranan problemlər və ümumilikdə bu proses eksprimental səviyyədə öyrənilsin.
Pedaqoji psixologiyada psixi inkişafa dair cərəyanlar
Pedaqoji psixologiya müstəqil bir elm kimi formalaşana qədər çox çətin bir yol
keçmiş və müxtəlif müqayisəli fikirlər,ideyalar,cərəyanlar özünü göstərmişdir.XX əsrdə
uşağın psixi inkişafının mənbəyini izah etməyə çalışan bir-birinə tam zidd olan iki cərəyan
meydana çıxdı.Biogeneik və sosiogenetik cərəyanlar.
Biogenetik cərəyan-bu cərəyanın nümayəndələri hesab edirlərki, uşağın psixi inkişafı
genetikdir,yəni bu xüsusiyyətlər anadangəlmədir.Biogenetiklər psixi inkişafı özbaşına bir
inkişaf kimi qəbul edirlər və bu inkişafın gedişinə qarışmağı yolverilməz hesab edirlər.Onlar
mühitin rolunu qəbul etsələrdə bu təsiri heçə endirilər.Bu cərəyanı psixoloqlar bir mənalı
qəbul etmirlər.Yəni,uşağın psixi inkişafında mühitin rolunu biogenetiklərin fikirləşdiyi
dərəcədə qəbul etmirlər.
Sosiogenetik cərəyan-bu cərəyanın nümayəndələri isə uşağın psixi inkişafında irsiyyətin
rolunu heçə endirir və mühitin təsirini isə əsas götürürlər. Onların fikrincə mühit uşağı
dəyişdirir.Yəni düşdüyü mühit uşağı tərbiyə edir.Əgər uşaqda müsbət və yaxud mənfi
xüsusiyyət olarsa buna səbəb onun formalaşdığı mühitdir.Bu mühitə onun göz açdığı ailə,uşaq
bağçası.məktəb və s. ola bilər.
Pedalogiya elmi isə uşağın inkişafında həm irsyyətin,həmdə mühitin təsirini qəbul
edir.Ancaq bunun elmi şəkildə açıqlamasını verə bilmir.Pedalogiya- inkişafda olan insanı
öyrənən müxtəlif elmlərin kompleksini təşkil edir.
Məşhur rus psixoloqu A.S.Makarenko öz konsepsiyasında inkişaf edən uşağın
psixologiyası məsələsinə toxunur və bunun geniş şərhini verir.Makarenko bu konsepsiyada ən
çox kollektiv məsələsinə toxunur.Yəni,şəxsiyyətin kollektivdə inkişafına. kollektivin insana
təsirinə,qrupun motivlərin formalşmasın təsirini nəzərdən keçirir.Onun fikrincə kollektiv elə
bir insan birliyidirki,orada insanlar bir-birlərinə təsir edir,bir-birlərini tərbiyələndirir və bir-
birləri ilə qarşılıqlı əlaqədə olurlar.O,kollektivi kortəbii insan qrupu adlandıranları kəskin
tənqid
edir.Makarenkonun
fikirlərinin
ən
üstün
cəhətlərindən
biridə
ondan
ibarətdirki,o,şəxsiyyəti formalaşdırmaqla yanaşı onu tərbiyə etməyidə əsas götürürdü.Onun
fikirləri indidə qiymətli dəyər kimi müasir şəxsiyyətin formalaşması məsələlərində çox geniş
istifadə olunur.
Pedaqoji psixologiyanın yaranmasında L.S.Vıqotskinin nəzəriyyəsi də mühüm rol
oynayır.L.S.Vıqotski ali psixi funksiyaların yaradıcısı sayılır.O,təlimi əsas götürür.Təlimə
əsaslanan L.S.Vıqotski inkişafın mənbəyinin təlim olduğu fikrini yürüdür.Təlim özü isə sosial
amilə əsaslanır yəni,o,şəxsiyyətin inkişafını sosial olaraq qəbul edir.Onun fikrincə ali psixi
funksiyalar ilk öncə killektivdə formalaşır, daha sonra şəxsiyyətin psixi funksiyasına çevrilir.
Pedoqoji psixologiyanın müasir vəziyyəti
Hal-hazırda pedaqoji psixologiya müstəqil elmdir,onun öz predmeti,öz obyekti və
özünəməxsus tətqiqat metodları var.Bir çox konsepsiyalar varki onlar müasir dövrdə istifadə
olunur. Bunlardan bayaqda qeyd etdiyimiz L.S.Vıqotskinin konsepsiyasıdır.Onun fikirləri
təkcə təlim psixologiyası üçün yox eyni zamanda tərbiyə psixologiyası üçündə əhəmiyyətlidir.
Pedaqoji psixologiyada əsas istifadə olunan konsepsiyalardan biridə P.Y.Qalperinin
nəzəriyyəsidir.Onun
nəzəriyyəsi”Fikri
fəaliyyətin
mərhələlər
üzrə
formalaşması”
nəzəriyyəsidir.Yəni,şagirdlərə biliklər hazır şəkildə verilmir.Onlar biliklərə tədricən məşq
zamanı,iş zamanı yiyələnirlər.Əsas məqsəd isə işin uğurlu olmasını güdməməkdi,ümumilikdə
gedişata nəzər yetirmək və biliklərə düzgün yiyələnməyin yollarını formalaşdırmaq lazımdır.
Bir çox psixoloqlar isə materialın müvəffəqiyyətlə mənimsənilməsi haqqında fikir
söyləmişlər.Onların fikrincə materialın necə mənimsənilməsi müəllimlərin seçdiyi yol və
üsullardan çox asılıdır.Dərsdə şagirdlərin təfəkkürü inkişaf etməlidir.Bunun üçün isə dərsdə
yaranan hər hansı bir problemin həllini müəllimlər şagirdlərlə birlikdə axtarmalıdır.Bu zaman
şagirdlərin təfəkkürü inkişaf edər. Məhz bu cür problemlər psixoloqları düşündürən bir
məsələdir.
D.B.Elkonin və V.V.Daidovun fikrincə isə şagirdlərin təlimdə geri qalmalarının səbəbi
materialın onlara düzgün çatdırılmamasıdır.Bu müəllimin nitqindəki qüsurlarla,şagirdlərin
xüsusiyyətlərini nəzərə almadan çatdırma yolu ilə bağlı ola bilər.
Azərbaycanda da pedaqoji psixologiya lazımı qədər inkişaf edib.Bildiyimiz kimi
Azərbaycanda psixologiyanın inkişafı Fuad İbrahimbəyovun adı ilə bağlıdır.O,ilk
ekspremental psixologiya laboratoriyasının yaradıcısıdır.Bu sahə ilə məşğul olan
psixolqlarımız var.
Bunlardan;Pedaqoji psixologiya kitabının müəllifi Muxtar Həmzəyevin adını çəkmək lap
yerinə düşərdi.Onun əsas tədqiqatları məhz pedaqoji psixologiya sahəsindədir.Onun “Pedaqoji
psixologiya”dərslik,”Yaş və pedaqoji psixologiyanın əsasları”dərslik,”Yazı təliminin bəzi
məsələləri” və s. dərsliklərin adını qeyd etmək olar.
Pedaqoji psixologiyada xidməti olan psixoloqladan Ə.Əlizadənin də adını çəkmək olar.Onun
da
əsas
araşdırdığı sahə
pedaqoji psixologiyadır.Onun “Pedaqoji və
etnik
psixologiya”,”Pedaqoji psixologiya-müasir Azərbaycan məktəblərinin psixoloji problemləri”
və s. adını çəkmək olar.
Ramiz Əliyev İbrahimoğlu-pedaqoji psixologiya sahəsində eksperimentlər aparmışdır.Onun
“Şagird
şəxsyyətinin
formalaşmasında
milli
xüsusiyyətlərin
nəzərə
alınması”,”Psixologiya”dərsliyi,”Məktəbə psixoloji xidmətin aktual məsələləri”,”Tərbiyə
psixologiyası” və başqa dərslikləri var.
M.C.Məhərrəmovun.Ş.Ağayevin,Ə.Bayramaovun,Ə.Ə.Qədirovun və başqalarının
adlarını qeyd edək.
Hal-hazırda adları çəkilən bu psixoloqlar pedaqoji psixologiyaya aid problemlərin həlli
ilə məşğuldurlar və bu sahədə çoxlu tədqiqatları var.
4. Pedoqoji psixologiyanın ümumi və xüssusi metodları.
Psixologiyanın digər sahələrində olduğu kimi pedaqoji psixologiyanında öz tədqiqat
metodları var.Bunlar müxtəlifdir. Bu metodlardan kortəbii istifadə etmək olmaz.Bu metodlar
vasitəsilə uşağın yaş xüsusiyyətlərini,problemlərini,hazırlıq səviyyəsini,davranışında baş verən
dəyişiklikləri öyrənmək mümkündür.
a)pedaqoji psixologiyanın metodikaları iki qrupa bölünür:ümumi və xüsusi metodikalar.
Ümumi metodikalara-psixologiyada istifadə olunan ümumi metodikalar nəzərdə
tutulur.Bura müşahidə eksprimenti,proyektiv metodlar,anket sorğusu, müxtəlif testlər,
müsahibə və başqalarına aid etmək olar.
Müşahidə metodu vasitəsilə şagirdlərin psixi proseslərinin xüsusiyyətini gedişata
müdaxilə etmədən öyrənmək mümkündür.Bu metod vasitəsilə şagirdlərin təlimdə geri
qalmalarının səbəblərini onların temprament tiplərini, xarakterlərini, qrupda şəxsiyyətlərarası
münasibətlətini,
psixi
proseslərinin
inkişaf xüsusiyyətlərinin və s.ni öyrənmək
mümkündür.Müşahidə metodunu tətbiq etməzdən əvvəl mütləq qarşıya məqsəd qoyulmalıdır
yəni nə öyrəniləcək. Bu məqsəd dəqiq və aydın olmalıdır.Müşahidə aparılarkən müşahidə
olunanlar mütləq qeyd olunmalıdır, çünki hadisələr o qədər inkişaf edərki müşahidəçinin
yadından nəsə çıxa bilər. Sonda qeyd olunanlar əsasında nəticə çıxarılır.
Ümumi metodlardan biri də ekspriment metodudur.Həm təbii,həm də eksprimentlərdən
istifadə olunur.Eksprimentlərdən daha dəqiq nəticələr əldə etmək üçün istifadə olunur.
Təbii eksprimenti ilk dəfə rus psixoloqo A.F.LASURSKİ elmə gətirib. Bu metodda hadisələrin
gedişinə müdaxilə olunur. Eksprimentator istədiyi hal vəziyyətləri ekspert vasitəsilə öyrənə
bilər. Bu zamanda məqsəd aydın olmalıdır ki,alınan nəticələrdə səhvlik olmasın.Bəzən bu
eksprimenti müşahidə eksprimentinə də oxşadırlar. Lakin bunların fərqi ondadır ki,müşahidə
metodunda psixi hadisələrin gedişatına müdaxilə olunmur,ancaq eksprimentlərdə müdaxilə
olunur. Eksprimentator onu maraqlandıran sualları sınanılana verir.Bunları birləşdirən ortaq
cəhət isə-hər ikisinin təbii şəraitdə öyrədir.
Laborator ekspriment-laboratoriyada müxtəlif cihazların köməyi ilə aparılır.Bu zaman
şagirdlərin psixi xüsusiyyətlərini öyrənmək mümkündür.Laborator ekspert zamanı nəticə
düzgün olmaya da bilər.Çünki yaranan lobarotar şərait sınanılana təsir edir və o da özünü
sərbəst apara bilmir.Özünü eksprimentatorun istədiyi kimi aparır və bəzi xüsusiyyətlərini
gizlədə bilir.
Xüsusi metodlara isə sırf pedaqoji psixologiyada istifadə olunan metodlar aid edilir.Buna
müşahidənin növləri olan geniş və məhdud müşahidəni göstərmək olar.
Geniş müşahidədə-müşahidəçi istədiyini əldə etmək üçün müşahidəni daha çox uşaqla,bir
neçə siniflə,bir neçə şagird qrupu ilə,bir və ya bir neçə məktəblə apara bilər.Bu zaman daha
çox xüsusiyyət öyrənilir.
Məhdud müşahidə isə-bir neçə xüsusiyyəti öyrənir.Bu zaman müşahidə bir neçə şagird
və bir sinifdə də aparılı bilər.
Sırf pedaqoji psixologiyada istifadə olunan xüsusi metodlardan psixoloji-pedaqoji
eksprimentlərdən istifadə olunur. Bunun da müəyyənedici və öyrədici növləri ayrılır.
Müəyyənedici eksprimentlərlə-ancaq şagirdlərin psixi xüsusiyyətinin inkişaf ənənələrini,
tərbiyəyilik səviyyəsini, davranışını, yoldaşına və dərslərinə münasibətini aşkara çıxarır.
Öyrödici(formalaşdırıcı)ekspert-bu
metod aşkara çıxarılmış qüsurların aradan
qaldırılmasına kömək edir. Tədqiqatçı şagirdlərdə görmək istədiyi keyfiyyəti onlara aşılayır və
formalaşdırır. Bu eksprimenti sinifdə də aparmaq olar.Bu zaman alınan nəticələrin
düzgünlüyünə tam inanmaq olar.
Müəyyənedici və öyrədici ekspriment bir-birini tamamlayır.
b)pedaqoji psixologiyada ümumi və xüsusi metodlardan başqa köməkçi metodlardan da
istifadə olunur.
Pedoqoji psixologiyanın tədqiqat metodları
Psixoloji məsləhət-psixoloji konsultasiyanın bir bölməsidir.Bu anlayışa bir mənalı
yanaşmaq olmaz. Çünki, psixoloji məsləhət müxtəlif sahələrlə sıx bağlıdır və müxtəlif
sahələrdə psixoloji məsləhətlər vermə işi tətbiq oluna bilər.
Məsləhətçi
müştəriyə
düşdüyü
çətin
anda
kömək
edir,onun
şikayətini
dinləyir,probleminin həlli yollarını axtarmaqda ona kömək edir. Bu kiminsə peşə seçimi ilə, iş
problemi ilə, şəxsi problemi ilə və s.ola bilər.
Psixoloji məsləhət zamanı mütləq yaş dövrü nəzərə alınmalıdır. Beləki, psixoloqların
fikrincə 15 yaşına çatmamış uşaqlara məsləhət vermək düzgün olmazdı. Çünki, bu yaşa kimi
uşaqları şəxsiyyət kimi qəbul etmirlər və bu yaşda onlarda cavabdehlik hissi tam
formalaşmayıb. Qocalıq yaşında isə getdikcə məsləhətvermə öz əhəmiyyətini və təsirini itirir.
Çünki, bu yaşda cavabdehlik hissi azalır.
Psixoloji məsləhət-insanların işgüzarlığını artırır.onlarda özlərinə inam yaradır və
imkanlarını dahada inkişaf etdirir.
Psixoloji korreksiya-korreksiya latınca “correktio”-düzəltmə, yaxşılaşdırma deməkdir.
Korreksiya qüsurun, çatışmazlığın bərpa edilməsinə yönəldilmiş planlı fəaliyyət sahəsidir.
Amma gərək bu psixi qüsur gərək psixi xəstəlik tipli olmasın.Çatışmazlığı aradan qaldırmaq
üçün korreksiya proqramı hazırlanır və bunun əsasında işlər həyata keşirilir. Bu cür işlərin
proqram əsasında işlənib, hazırlanması müasir dövrdə ən aktual problemlərdən
biridir.Psixoloji korreksiya işi çox çətin bir fəaliyyət sahəsidir. Bu iş psixoloqdan yüksək
ixtisas hazırlığı və təcrübə tələb edir. Çünki, bu işdə uşaqların yaş və fərdi xüsusiyyətləri
mütləq nəzərə alınmalıdır. Psixoloji korreksiya-fziki cəhətdən sağlam adamların psixikası və
davranşındakı qüsur və çatışmazlıqların aradan qaldırılması üçün psixoloqun istifadə etdiyi
psixoloji təsir priyomlarının məcmuyudur.
Psixoloji korreksiya vasitəsilə-insan yeni həyata uyğunlaşır, gündəlik həyatda yaşanan
gərginlikdən,stresdən,çətinliklərdən xilas olur. Psixo korreksiya şəxsiyyətin inkişafına mane
olan qüsurları aradan qaldırmağa kömək edir.
Anket-pedaqoji psixologiyada istifadə olunan köməkçi metodlardan biridir. Bu metodun
əsasını yazılı şəkildə sınanılanlara paylanan suallar təşkil edir. Qarşıya qoyulan məqsədə
uyğun olaraq qabaqcadan hazırlanmış suallar uşaqlara paylanılır və uşaqlardan sulları diqqətlə
oxumaq və onları qane edən cavaların qarşısından işarə qoyulması tələb olunur.Bu suallar
aşağıdakı kimi verilə bilər:
1.Oxuyuram ona görəki,savadlı olmaq istəyirəm.
2.Oxuyuram ona görəki,dərs çox maraqlıdır.
3.Oxuyuram ona görəki,müəllimimin xoşuna gəlim.
4.Oxuyuram ona görəki,sinif yoldaşlarımdan geri qalmayım.
5.Oxuyuram ona görəki,valideynlərim mənim oxumağımı çox istəyir.
6.Oxuyuram ona görəki,yaxşı işdə işləyə bilim.
Uşaqlar bu sualları cavablandırır.Cavablar əsasında ən az və ən çox motivi müəyyənləşdirmək
lazımdır.Bu metodun mötəbərliyini üyrənmək üçün metodu müxtəlif siniflərdə aparmaq olar.
Uşaqların cavablandırdığı suallar əsasında onların xüsusiyyətlərini və psixoloji.pedaqoji
nəticələri müəyyəlnəşdirmək mümkündür.
Sosiometriya metodu-pedaqoji psixologiyada istifadə olunan metodlardan biridir.
Bu metodu ilk dəfə amerikan psixoloqu Con Moreno işləyib, hazırladı. Sosiometriya
metodu vasitəsilə ən çox qrupda şəxiyyətlərarası qarşılıqlı münasibətləri müəyyənləşdirmək,
qrupda kimin kimə rəğbət bəslədiyi, kimin kimə laqeyd münasibət bəsləməsini, qrup
üzvlərinin qrupdakı müvqeyini öyrənmək üçün istifadə olunur. Bu metodun da əsasını
şagirdlərə verilən suallar təşkil edir.
Sual konkret və aydın olmalıdır.Məs:Dərslərini kiminlə birlikdə hazırlamaq istərdin?
Şagirdlərə verilən bu suallar sosiometrik meyar adlanır.Sosiometrik meyarın özüdə seans
şəklində qurulur.Hər seansda sual yerləşdirmək mümkündür.Şagirdlər bu sosiometrik meyara
əsasən qrupda ən çox rəğbət bəslədiyi 3nəfərin adını rəğbətin çoxluğu ardıcıllığı ilə qeyd edir.
Şagirdlərin cavablandırdığı sualların motivini müəyyənləşdirib,bunun əsasında cədvəl tərtib
etmək lazımdır.Cədvəldə əlifba sırası ilə şagirdlərin adları və adlarının qarşısında isə kimi
seçməsi qeyd lunur.Nəticədə qrupda statusu olan və rədd edilmiş uşaqlar müəyyənləşdirilir.
Dostları ilə paylaş: |