111) Aşağıdakı sinirlərin hansının bərpasında qalıq əlamət az qalır?
A) Said səviyyəsində dirsək siniri
B) Barmaq sinirləri
C) Mil siniri
D) Dirsək səviyyəsində orta sinir
E) Biləyin distal səviyyəsində orta sinir
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
112) Karpal tunelin bıçaqla zədələnmələrində ən az zədələnmə ehtimalı olan anatomik struktur hansıdır?
A) Baş barmağı bükən uzun əzələ
B) Orta sinir
C) Mil siniri
D) Dirsək siniri
E) Səthi bükücü vətər
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
113) Dirsək sinirinin iflicində aşağıdakılardan hansı müşahidə edilmir?
A) Əlin palmar səthində IV və V barmaqların ulnar səthində hissiyatın itməsi
B) “sallanmış “ bilək
C) Palmar və dorzal sümükarası əzələlərdə zəifliyin olması
D) Baş barmağın adduksiyasının itməsi
E) biləyin fleksiyasının itməsi
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
114) Orta sinirin aşağı səviyyədə ifilicində yaranan ən ciddi hərəki funksiya itkisi hansıdır?
A) baş barmaq supinasiyası
B) Baş barmaq adduksiyası
C) Baş barmaq pronasiyası
D) Baş barmaq oppozisyası
E) Bilək fleksiyası
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
Dostları ilə paylaş: |