onun surətidir, var olan insanlıqdır (ideyadır, formadır). Görünən şeylər yox
olacaq, görünməyənlər əbədidir (o
cümlədən, bədən müvəqqəti, ruh
əbədidir). Ümumi ad ümumi ideyadır, onu Tanrı yaradıb
.
əslində isə bizim gördüklərimiz yalnız konkret olanlar-fərdlər,
əşyalar, xüsusi adlar deyilmi!?
Duyğularla qəbul etdiyimiz hər şey (məsələn, bir şəxsin gözəlliyi) dəyişir,
hətta yox olur, gözəllik (ideya) isə əbədi və dəyişməzdir. Duyğu üzvlərinin
qəbul etdiyi rəydir, görüntüdür, əsl olanı, yəni biliyi isə ancaq ağıl vasitəsilə
əldə etmək mümkündür (mümkün olsa!). Platon xüsusini ümumiyə qurban
verir –belə demək mümkündür.
Platonun məşhur “Mağara” misalı-əfsanəsini yada salaq (“Dövlət”).
Mağarada əli, qolu, ayağı bərk zincirlənmiş, geriyə və yana heç cür qanrıla
bilməyən, bir-birini də
heç görə bilməyən, yalnız öz qabağındakı divarı
görən insanları (mənbusları deyə bilərik) təsəvvür edək. Onların başqa bir
dünyadan xəbərləri yoxdur. Mağaraya giriş uzundur və gündüz işığı
mağaranın içinə çatmır. Bu insanların arxasında –mağaranın ağzından bir
qədər aralıda hündür bir yerdə gur ocaq alovlanmaqdadır. Bu ocaqla
insanların arasından (insanların arxasından) keçən yolla başında müxtəlif
əşyalar daşıyan bir dəstə adam addımlayır. Mağaradakı insanlar öz
qarşılarındakı divarda nə görürlər? Ancaq ocağın işığının əmələ gətirdiyi
kölgələri - arxadakı yolla hərəkət edənlərin kölgələrini. Addımlayan
adamların səsi məhbusların qulağına qarşıdakı-gördükləri divardan əks-səda
olaraq çatır. Ömür boyu ancaq bu kölgələri görməyə və bu əks-sədanı
eşitməyə alışmış mağara sakinləri gözləri ilə gördüklərini-kölgələri,
təbii ki,
gerçək şey, əks-sədanı da gerçək səs hesab edirlər. Əslində isə onlar gerçək
varlıqları deyil, ancaq gerçək varlıqların – yolla gedən adamların təhrif
olunmuş əksini-kölgələri görürlər. Əgər bu məhbuslardan biri zəncirdən
azad olsa, geriyə dönüb baxsa, alovdan gözləri qamaşacaq və ağrıyacaq,
özünü itirəcək, heç nə başa düşməyəcək, əvvəlki-alışdığı-anladığı vəziyyətə
qayıtmaq istəyəcək. Onu bayıra çıxarsalar, işıqdan gözü tutulacaq, yenə heç
nə başa düşməyəcək.
Uzun müddət Yer üzündə qalsa, ona yad olan bu
dünyanı müəyyən dərəcədə anlasa və mağaraya qayıtsa (ilk əvvəl qaranlıqda
gözü tutulacaq), o, vəziyyəti heç dəyişməmiş məhbuslara nə danışacaq? Yer
üzündə gördüklərini...və məhbuslardan heç kim onu başa düşməyəcək,
məhbuslar görüntü olaraq ancaq kölgələri və səs olaraq əks-sədanı qəbul
edirlər. Beləliklə, insanların başına gələnlər, onların təcrübəsi əsl, yəni
gerçək deyil, onların düşündükləri, anladıqlarıdır.
Platon Pifaqorçu idi. Yaradıcılığının son dövründə
ədədlərin hər şeyin
kökündə dayanması, hətta hər şeyin ədədlərdən ibarət olması görüşü özünü
göstərmişdi. Platon Pifaqorçuların hər şey ədəddir və ya fiziki əşyalar
ədədlərin “təqlid”idir kimi fikirlərini fiziki əşyalar ədədlərdən “pay
almışdır” kimi özününküləşdirmişdi.
C.
Dostları ilə paylaş: