ötürlər (“Timaeus”). Bütün səma cisimləri (onların ruhu var) müntəzəm
dairəvi hərəkət edirlər. Onların Yerdən olan məsafəyə görə düzülüşü belədir
(yaxından uzağa): Ay, Günəş, Venera/Afrodita, Merkuri/Hermes, Mars/Ares,
Yupiter/Zevs, Saturn/Kronos və ulduzlar sferası (“Dövlət”, sonuncu fəsil;
yunan adlarına sonrakı Roma adlarını əlavə etmişik – H.İ.).
Şəkil.
Platonda
planetlər Babillərdə olan adların tərcüməsidir, yəni uyğun allahların adını
daşıyırlar.
Demiorqos əvvəlcə insanın başını (ağlın yeri olduğu üçün yuxarıdadır və
kürəşəkillidir!), sonra gövdə, əl, qol və ayaqlarını, sonda üzündəki duyğu
orqanlarını yaratmışdır. Qeyd edək ki, Platon da Empedokles kimi görməni
gözdən çıxan şüaların baxılan obyektə çatması ilə izah edirdi (Platon:
Timaios)
Platon`un din anlayışı dövlətin nəzarət etməli olduğu cəmiyyətin inancı ilə
bağlıdır. Dinsizlik dövlətə qarşı günah, xəyanət kimi qiymətləndirilməlidir.
Tanrılar var, xeyrxah və ədalətlidirlər – doğru inanc budur, vətəndaş bunu
tam qəbul etməlidir. Fizik filosoflar hər şeyin əsasında təməl maddə və ya
maddələr qoyduqları üçün tanrılara xüsusi yer və rol qalmır. Sofistlər əxlaqı
təbii olmayan, süni bir şey kimi şərh etdiklərinə görə mənəviyyat aləmində
tanrılara yer saxlamamışlr. Bu qədər bir-birinə uymuş hissələrdən ibarət
olan, nizamı, agəngi olan Kainat bir təsadüfün nəticəsi ola bilməz, burada
ağıllı bir fövqəlgüc işə qarışıb, gözəl bir əsər ortaya qoyub (teleoloji sübut;
filosoflar kosmoloji və ontoloji sübutlar da irəli sürmüşlər). Hərəkət hər
şeyin təməlində dayanır, hər cür hərəkət ruha aiddir, deməli ruh maddi
olandan əvvəldir. Pis ruhlar da var (ruh ağılsızlıqla birləşə bilir). Lakin
bütövlükdə kainata xas olan mükəmməllik yaxşı/xeyir ruhla (ən yüksək
ruhla-Tanrı ilə) bağlıdır. Platon təktanrıçı deyil, amma ən mükəmməl ruhun
sahibi olan bir Tanrıdan da bəhs edir. Bəs ədalətsiz görünənlər nədir, niyə
onlar mövcuddur (Tanrı xeyrxahdırsa)? Platon bütün olanın öz bəzi
hissələrində fərqli görünə biləcəyini iddia edir, yəni ayrılıqda yaxşı
görünməyən şey fərdi duyğudur, bütün isə yaxşıdır (yağış bəzi yerlərə və
insanlara zərər vura bilər, bütövlükdə isə yağış zəruridir, yaxşıdır).
D.
Dostları ilə paylaş: