xatırlanmasıdır. Ruh ölümsüzdür və yenidən doğulur (dəfələrlə). Sokrates
ruhun ölümsüzlüyü məsələsinin və ümumiyyətlə, ruhun təbiətini anlamağın
çox çətin olduğunu qeyd edir – “Phaidon”. Başqa sözlə desək, insan
bilmədiyi sandığı şeyləri əslində bilir, yəni insan doğulanda onda bilgi var
və öyrənmə bu bilginin xatırlanmasıdır.
Platon əvvəlki “bədən ruh üçün zindandır” fikrini sonralar xeyli
yumşaltmışdı, bədəni müəyyən dərəcədə ruhun tabeçiliyinə vermişdi
(Timaios). Bədənin ölməsi ruhu azad edir (Faidros). İlahi varlıqlar olan
səma cisimlərinin, kainatın özünün də ruhu və ağlı var (sonuncuya “aləm
ruhu” deyir). Platon “Timaios” dialoqunda daha bir qəribə fikir irəli sürür
(bu dialoqda nəyin ciddi, nəyin rəvayət olduğu yaxşı aydın olmur): insanın
iki ruhu var, biri ölməzdir və insanın başında yerləşir, digəri ölümlüdür və
sinədə (ürəkdə?) yer alır.
Platon eşqi, bu ilahi və ya mistik həyəcanı sevilənin üstün və xoşbəxt
olması, sevənin isə yoxsul, qeyri-xoşbəxt, o üstün və xoşbəxt olana
qovuşmaq, yoxsulluğu atıb zənginliyə qovuşmaq istəyi, gözəlliyə çatmaq
arzusu ilə tərif və izah edir.Yəni eşq gözəl olanı əldə etmək və ya yaratmaq
və bu yolla xoşbəxt olmaq arzusudur. Eşq ölümsüzlük istəyidir, uşağın
doğulması ata və ana ömrünün uşağın timsalında uzanmasıdır, davam
etməsidir. Bilik sevgisi, elmdəki möcüzəli gözəlliyə qovuşmaq bəlkə daha
güclü eşqdir; bu, ölümsüzlük gətirə bilir (Platon: “Simpozium”/Ziyafət).
Platon Sokrates`in dili ilə belə bir fikir irəli sürür: əsl biliyə qovuşmaq üçün
ağıl bədəndən ayrılmalıdır, bədən öz istəkləri ilə mane olur (“Fedon”).
Deməli əsl biliyə ancaq öləndən sonra çatmaq mümkündür. Bu, həmçinin
təmizlənmə, saflaşmadır. Əsl filosofun ruhu ölümdən sonra azad olub
gözəgörünməz dünyaya, tanrıların yanına yollanır. Digər insanların ruhları
heyvanların bədəninə daxil olur (yaxşı ruhlar yaxşı heyvanların-arı, qarışqa
kimi, pis ruhlar canavar, eşşək kimi heyvanların bədəninə daxil olurlar).
Platon ruhları ölümdən sonra fərqli yerlərə də göndərir, uyğun olaraq
göylərə, təmizləyici yerə və cəhənnəmə (“Fedon”). Tənbəl və pis kişilərin
ruhu qadınlara, astronomiyanı riyaziyyatsız öyrənməyə çalışanların ruhu
quşlara, fəlsəfədən uzaq düşənlərin ruhları yer üzərindəki vəhşi heyvanlara,
ən səfehlərin ruhu balıqlara keçəcək (“Timaeus”).
E.
Dostları ilə paylaş: