Politologiyanın kateqoriyaları,metodları və funksiyaları


)PARTIYA SISTEMLƏRININ FƏALIYYƏTI VƏ ONLARIN INSKIŞAF MEYLLƏRI



Yüklə 38,78 Kb.
səhifə14/20
tarix02.06.2022
ölçüsü38,78 Kb.
#60432
1   ...   10   11   12   13   14   15   16   17   ...   20
Politologiyanın cavabları

)PARTIYA SISTEMLƏRININ FƏALIYYƏTI VƏ ONLARIN INSKIŞAF MEYLLƏRI
Müasir dünyada partiya sistemlərinin qərarlaşması partiyanın siyasi sistemdəki vəziyyəti, partiyalar arasındakı qarşılıqlı əlaqə və münasibətlərlə, eləcə də siyasi partiyaların öz tpi ilə əlaqədardır.Politoloqların fikrincə, hakimiyyətdə olan vahid partiyadan ibarət partiya sistemini takpartiyalılığın klassik nümunəsi hesab etmək olar.Belə sistemdə başqa partiyaların yaradılması qanunla qadağan edilir.Partiya siyasi fəaliyyəti inhisara alır.Bu sistemdə partiya dövlətə qovuşur və çox vaxt onu əvəz edir.Ölkədə başlıca siyasi qərarlar partiyanın ali rəhbərliyi tərəfindən qəbul olunur.Hazırda bu sistem Kuba və Şimali Koreyada qərarlaşmışdır.
SIYASI PARTIYALARIN TƏSNIFATI VƏ FUNKSIYALARI
Siyasi partiyaların fəaliyyətinin düzgün qiymətləndirilməsi üçün zəruri şərtlərdən biri onların təsnifatının sistemləşdirilməsidir.Partiyaların təsnifatı ilə bağlı siyasi ədəbiyyatda müxtəlif baxışlar formalaşmışdır.Dünyada mövcud olan partiyalar öz ideologiyalarına, sosial tərkibinə, daxili quruluşuna, fəaliyyət metodlarına görə fərqlənir.Mövcud siyasi partiyaları qruplaşdırmaq və təsnifatını vermək üçün ilk növbədə onları müəyyən xüsusiyyətlərinə görə ayırmaq lazımdır:
• kimlərin maraqları qorunur və hansı məqsədlər güdülür;məqsədə çatmaq üçün hansı metodlardan istifadə olunur;
•siyasi partiya öz fəaliyyətini seçkilərlə məhdudlaşdırır, yoxsa daimi siyasi proseslərə öz mövqeyini bildirir;
•siyasi partiya hansı təşkilati prinsiplərə əsaslanır və partiyadaxili həyatda demokratik amillərin üstünlyü özünü necə biruzə verir? və s.Sadalanan xüsusiyyətlər siyasi partiyaların müəyyən tpini müəyyənləşdirməyə kömək edir
SIYASI PARTIYALARIN MƏNŞƏYI VƏ MAHIYYƏTI
Siyasi partiyalar siyasi sistemin əsas komponentidir.Vətəndaş cəmiyyətinin təşəkkül tapmasında və siyasi sistemin demokratikləşməsi prosesində onların fəaliyyəti əsas meyarlardan biri hesab edilir.Siyasi partiyaların fəaliyyəti hazırda dünyanın siyasi mənzərəsinin ayrılmaz ünsürünə çevrilmişdir.Dünyanın bütün ölkələrində bu və ya başqa sayda siyasi partiyalar və partiya sistemləri fəaliyyət göstərir.Lakin partiyaların yaranması prosesi hal-hazırda da davam etməkdədir.Cəmiyyətin aparıcı qüvvəsi kimi çıxış edən orta təbəqələrin siyasi fəallığının artması, vətəndaşların seçki hüquqlarının genişlənməsi, xalqların milli mənlik şüurunun yüksəlməsi, cəmiyyətin demokratikləşməsi meyllərinin güclənməsi və s. amillər siyasi partiyaların təşəkkülü və təkamülünə güclü təsir göstərmişdir.

Yüklə 38,78 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin