Siyasi sistemin mahiyyəti və nəzəri modelləri.
Müasir politoloji elmda siyasi sistemin mövcudluq mexanizmini izah etmak üçün çoxlu sayda yanaşmalar vardır. Bu yanaşmalar içərisində təsisathi, sistem, genetik, konkret-tarixi, substansional vəs. göstərmək olar.Tesisatlı yanaşma-siyasi sistemi müəyyən təsisat ların təşkil olunmuş fəaliyyati kimi izah edir (dövlət, siya si partiyalar və s.).Sistem yanaşma -siyasəti bir tam sistem kimi izah edir.Bu yanaşma siyasatin comiyyətin digar yarımsistemlərlə qarşılıqlı əlaqəsini, onlara təsirini, bir-birili funksional asılılığını öyrənir.Genetik yanaşma- siyasi sistemin mövcud olmasının iqtisadi və sosial amillərlə izah edilməsi.
• Konkret-tarixi yanaşma - cəmiyyətin hayat fəaliyyətindan asılı olaraq, onun sosial-iqtisadi, sosial struktur, sosial mədani, sosial-siyasi və hüquqi meyarlarını ayırır və siyasi sistemi bunların cəmi ilə izah edir.Substansional yanaşma-siyasi sistemin yaranmasının özəyini açmağa kömək edir və bu rolda hakimiyyət çıxış edir (substansiyanı müxtəlif elmlər müxtəlif cür qəbul edirlər.Iqtisadiyyatda omak, kimyada element, siyasi elmda isə hakimiyyət).Siyasi sistem nazariyyəsinin meydana gəlməsinda Fon Bertalanfi (biologiya elmində) tərəfindən yaradılan «<Ümumi sistem nazariyyasi» və T.Parsonsun «Sosial sistem nazariyyəsi» böyük rol oynamışdır.Siyasi sistemlər nəzəriyyəsi XX əsrin 50-ci illərinda amerikan politoloqlan D.İston, Q.Almond, K.Doyç va b. tərəfindən yaradilmışdır.
.Siyasi sistem anlayişi.
Ümumi mənada siyasi sistem, cəmiyyətin siyasi həyatında rol alan siyasi qurumları və digər ictimai qurumları, bunların fəaliyyətini və qarşılıqlı münasibətləri ifadə edir. Əlbəttə ki, hər cəmiyyətin siyasi sistemi onun inkişafının qanunauyğun nəticəsi kimi formalaşır. Siyasi sistem cəmiyyətin sosial-siyasi təbiətini, mövcud siyasi münasibətləri, təsisatları, normaları və hakimiyyətin təşkili prinsiplərini ifadə edir.[1] Kilsələr, yaxud vətəndaş cəmiyyətin digər ünsürləri, ictimai birliklər kimi, bunları da siyasi sistemin bir parcasıdır. Siyasi sistem bütövlükdə ictimai sistemin mühüm hissələrindən, ünsürlərindən biridir. O, siyasi hakimiyyətin təşkilini, cəmiyyətlə dövlət arasındakı münasibətləri ehtiva edir və ictimai sistemin digər hissələri ilə – sosial, iqtisadi, ideoloji, etik, hüquqi, mədəni sistemlərlə qarşılıqlı əlaqədədir. Konkret cəmiyyətin siyasi sistemi bir sıra amillərlə müəyyən olunur. Bu amillər içərisində cəmiyyətin sosial strukturunu, idarəçilik formasını, dövlətin tipini, siyasi rejimin xarakterini, sosial-siyasi münasibətləri, dövlətin siyasi-hüquqi statusunu, cəmiyyətdə siyasi-ideoloji və mədəni münasibətlərin xarakterini, siyasi həyatın formalaşmasının tarixi və milli ənənələrini göstərmək olar. Müasir politologiyada və sosiologiyada cəmiyyətin siyasi sisteminin öyrənilməsi mühüm yer tutur. Bu sahədə D.İston, Q.Almund, K.Doytç, D.Trumen, Q.Pauell, M.Kaplan, T.Parsnos, St.Koleman, T.Madron, K.Şelf, R.Qoldman, T.Yaniq, C.Veltman, İ.Hus və başqalarının tədqiqatlarını xüsusi qeyd etmək lazımdır.
Dostları ilə paylaş: |