Politologiyanın kateqoriyaları,metodları və funksiyaları


XARICI SIYASƏTIN MƏQSƏDI VƏ VASITƏLƏRI



Yüklə 38,78 Kb.
səhifə16/20
tarix02.06.2022
ölçüsü38,78 Kb.
#60432
1   ...   12   13   14   15   16   17   18   19   20
Politologiyanın cavabları

XARICI SIYASƏTIN MƏQSƏDI VƏ VASITƏLƏRI
Xarici siyasət -dövlətin milli mənafelərinin, xalqınsuveren hüquqlarının dövlətin sərhədləri xaricində qorunması və həyata keçirilməsidir.Xarici siyasət dövlətlərarası münasibətləri əhatə edir ve onun mahiyyəti, məzmunu konkret tarixi şərait əsasında yaranır. Xarici siyasətin mahiyyəti, məzmunu və formasi bir-birilə vəhdət təşkil edir. Xarici siyasətin mahiyyəti adətən sabit, dəyişməzdir.Xarici siyasətin əsas məqsədi dövlətin milli təhlükə sizliynin təmin edilməsi, ərazi bütövlüyünün qorunması, siyasi va iqtisadi müstaqilliyin möhkəmləndirilməsi üçün dövlətlararası əməkdaşlığın genişləndirilməsindən ibaratdir.
TOTARITAR VE AVTORITAR REJIMLƏR
XX əsrin 40-50-ci illərindi totalitarizm nəzəriyyəsi əsasən formalaşıb başa çatdı.Totalitarizmin meydana gəlməsi müəyyən sosial şərait zəminində mümkün olmuşdur. Onun on ümumi şərti cəmiyyətin öz inkişafının sənaye mərhələsinə qədəm qoyması hesab olunur.Totalitarizmin yaranmasında sənaye mərhələsində meydana çıxan yeni sosial əlaqələr sisteminin insanlarda doğurduğu psixoloji uyğunsuzluq və narahatçılıq halı da mühüm rol oynayır.Avtoritar rejim şəraitində siyasi fəaliyyət ciddi surətdə reqlamentləşdirilir. Buna uyğun olaraq burada fəaliyyəti reqlamentləşdirilmiş leqal müxalifət mövcud olur. Bu rejimin antidemokratik xarakterini sübut edən mühüm cəhət ondan ibarətdir ki, burada baş verən sosial konfliktlər zamanı hakimiyyət orduya arxalanır. Vətən daşların siyasi hakimiyyətə münasibəti özgələşmə ilə səciyyələnir, yəni onlar hakimiyyətdə iştirak etməkdən kənarda qalırlar.
PARLAMENTIN SƏLAHIYYƏTLƏRI VƏ FUNKSIYALARI
Parlamentin mahiyyətini dolğun və daha düzgün anlamaq üçün bu təsisatın səlahiyyətləri və funksiyaları barədə geniş təsəvvürə malik olmaq lazımdır. Parlamentin səlahiyyətlərinin müəyyənləşdirilməsi ilə bağlı siyasi elm da müxtəlif fikirlər mövcuddur. Bu onu göstərir ki, müxtəlif ölkələrdə parlamentlərin səlahiyyətləri eyni deyildir.Bəzi tədqiqatçılar səlahiyyətlərinə görə parlamentin təsnifatını verərkən məhdud və qeyri-məhdud səlahiyyətli parlamentlərlə yanaşı, səlahiyyət sferası vahid prinsip üzrə müəyyən olunan parlamentləri də nəzərdən keçirirlər (məsələn, Hindistan).Məhdud səlahiyyətli parlamentin mahiyyəti ondan ibarətdir ki, qanunvericiliyə uyğun olaraq həmin fəaliyyətin obyekti olan məsələlərin dəqiq siyahısı hazırlanır və konstitusiyada öz əksini tapir (yəni, parlamentin səlahiyyətləri konstitusiya ilə məhdudlaşdırılır).

Yüklə 38,78 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin